Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Evli qadına aşiq oldu, sonu cinayət... – “Dedi ki, ərim məni bağışlayıb”

Tarix 13.10.19, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qadını öldürən, sonra özü də intihara cəhd edən Ağsu rayon sakini, 37 yaşlı Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il iyunun 7-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.

İttihama görə, Fərhad Abuşovun sosial şəbəkədə tanış olduğu Kəmalə Mikayılova ilə aralarında sevgi münasibətləri yaranıb. O, ailəsindən ayrılaraq Kəmaləylə evlənmək istəyib. Lakin üç uşaq anası olan K.Mikayılova razılaşmayıb və ikinci dəfə ailə qurmaq niyyətində olmadığını deyib. F.Abuşov Kəmalənin onu aldatdığını, ailəsini dağıtdığını, indi isə birgə yaşamaq istəməmədiyini əsas tutaraq qadından qisas almaq qərarına gəlib.

Hadisə baş verən gün səhər saatlarında Kəmalənin evdən çıxdığını görüncə ona yaxınlaşıb, bir daha onsuz yaşaya bilmədiyini, evlənmək istədiyini deyib. Bununla bağlı aralarında mübahisə yaranıb. Mübahisə zamanı Fərhad cibindən çıxartdığı bıçaqla qadına çoxsaylı zərbələr endirib. Kəmalə yaralı vəziyyətə qaçaraq qonşu həyətə keçib, köməyə adam çağırıb. Onun öldüyünü güman edən F.Abuşov yaxınlıqdakı yarımtikili binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü atmaq istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra intihar etmək fikrindən daşınıb və yerə düşüb.

K.Mikayılova aldığı xəsarətlərdən dünyasını dəyişib. F.Abuşov isə saxlanılaraq Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

Təqsirləndirilən Fərhad Abuşov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Törətdiyi əməldən peşman olduğunu deyib. İfadəsində öz xalası qızı ilə 2004-cü ildə ailə qurduğunu, birgə nikahdan üç övladları olduğunu, Ağsudan paytaxta gələrək müxtəlif tikintilərdə fəhləlik etməklə ailəsini dolandırdığını göstərib. K.Mikayılova ilə 2016-cı ildə sosial şəbəkələrin birində tanış olan F.Abuşov bir müddət onunla dost kimi danışdığını deyib. Bir-birlərinə telefon nömrələrini veriblər, “whatsapp” da yazışıblar, şəkil göndəriblər. Fərhad Kəmalənin ailəli, 3 uşaq anası olduğunu öyrənib. Getdikcə aralarındakı dostluq sevgiyə çevrilib. İki il sevgili kimi danışıb görüşüblər. Kəmalə ilə isti münasibət qurması Fərhadı get-gedə ailəsindən soyudub. Hətta bir-birlərini çox sevdiklərindən evlənməyə belə qərar veriblər.

Ailəsinin yanına - rayona nadir hallarda gedib-gələn Fərhadla ailə üzvləri və qohumları arasında da soyuqluq yaranıb. Arvadı telefonda Kəmalənin şəkillərini gördükdən sonra ər-arvad arasında münasibət daha da pisləşib. Çox keçməyib ki, Kəmalənin də ailəsi onların gizli münasibətlərindən xəbər tutub. Bu səbəbdən bir müddət görüşməyiblər.

“Kəmalənin telefonunu əlindən almışdılar. Artıq telefon işlətmirdi. Gizlin görüşüb söhbət edirdik. Tez-tez onun yaşadığı ünvana sarı gedirdim, orada danışırdıq. Hər dəfə məni çox sevdiyini, ayrılmaq istəmədiyini deyirdi. Özüm də onu çox sevirdim, ayrılmaq  fikrim də yox idi”- F.Abuşov ifadəsində deyib.



Çox keçməyib ki, F.Abuşovun arvadı Ağsu rayon məhkəməsinə müraciət edərək rəsmi qaydada ərindən boşanıb. Ailəsi dağılan Fərhad Kəmalənin yanına gələrək onunla evlənmək niyyətində olduğunu deyib: “Dedi ki, ərim məni uşaqlarıma görə bağışlayıb, səni çox sevirəm, amma ikinci dəfə ailə qura bilmərəm”.

Fərhadın Kəmalədən ayrılıb ailəsi ilə yenidən bir yerdə yaşamaq istəyi də baş tutmayıb. Keçmiş həyat yoldaşı Fərhadı qəbul etməyib: “Hadisə baş verən gün onların evinin qarşısına gəldim. Kəmalə evdən çıxanda ona yaxınlaşdım. Kəmalə dedi ki, belə alınmayacaq, ayrılmalıyıq, ərim bu yaxında Rusiyadan qayıdacaq. Mən də dedim ki, əgər belə idisə, onda niyə məni aldadırdın, sənə görə ailəm dağıldı, qohumlarımın içində rüsvay oldum. Dediklərimi dinləmir, ayrılmayacağımız təqdirdə mənim üçün pis olacağını deyirdi. Əsəbləşib bıçaqla Kəmaləni vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Qışqırıb yola sarı qaçdı. Öldüyünü düşündüm, “Dünyagöz” xəstəxanasının yanındakı yarımtikilinin qaldırıcı kranına çıxıb oradan özümü atmaq istədim. Sonra fikrimdən daşındım”.

Zərərçəkmiş Kamil Heydərov ifadəsində mərhum bacısı Kəmalə ilə Fərhadın arasındakı münasibətdən xəbərsiz olduğunu deyib: “Kəmalənin əri işləri ilə əlaqədar bir ildən çocxur ki, Rusiyaya getmişdi. Fərhad qardaşımın yanında tikintidə fəhlə işləyib. Bacımla münasibətindən isə xəbərim olmayıb. Ötən ilin mayında bacım kiçik qardaşıma deyib ki, Fərhad ondan əl çəkmir, hədə-qorxu gəlir, görüşməyə məcbur edir. Bu məsələ aydınlaşanda məlum oldu ki, Kəmalə Fərhadla sosial şəbəkədə tanış olub, əri xəbər tutandan sonra onunla əlaqəni kəsib. Amma Fərhad Kəmalə ilə birgə çəkdirdiyi şəkilləri onun ərinə göndərib, ünvanına söyüşlər işlədib, Kəmaləni sevdiyini, ondan əl çəkməyəcəyini deyib. Hətta bununla bağlı polisə də müraciət olunmuşdu. Kəmalənin əri iyunun 8-də Bakıya gəlməli idi. İyunun 7-də bu hadisə baş verdi”.

Məhkəmə prosesi davam edir.





Xəbərin oxunma sayı : 1198




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap