Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

YAP-dan müxalifətin aksiya qərarına sərt reaksiya:“Bu, təxribatdan başqa bir şey deyil”

Tarix 16.10.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Radikal müxalifətin əhalinin gur olan yerində kütləvi aksiya keçirmək istəyi təxribatdan başqa bir şey deyil”.

AzFakt.com xəbər verir ki, bu sözləri “Modern.az”a açıqlamasında Milli Şuranın 19 oktyabra planlaşdırdığı mitinqi haqqında danışarkən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının şöbə müdiri Aydın Mirzəzadə söyləyib.

Deputat qeyd edib ki, kütləvi aksiyalar heç bir halda insanların hərəkətinə, təhlükəsizliyinə, nəqliyyatın fəaliyyətinə mane olmamalıdır:

“Dünyanın heç bir yerində heç bir mitinq, heç bir piket insanların hərəkət etdiyi, nəqliyyatın gur olan yerində keçirilmir. Bu, təxribatdır. Belə etmək istəsələr, bunu keçirən müxalifət qanadı öz hüquqi cavabını alacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqinin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nunda keçirilməsinə icazə verib.

Şura təmsilçiləri isə bu qərarla razılaşmayaraq, mitinqi metronun 28 may stansiyasının çıxışında keçirməkdə israrlı olduqlarını diqqətə çatdırıblar.




Xəbərin oxunma sayı : 904




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap