Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: “Əli, dərhal get polisə və təslim ol!“ - Video

Tarix 17.10.19, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Kiyevdə qətlə yetirilən 22 yaşlı Cavid Hacıyevin ölümündə dostu Əli Abdullayev Aydın oğlu şübhəli bilinir.  Əli yetərincə imkanlı ailənin övladıdır. O, "Altes Qrup" şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

AzFakt.com xəbər verir ki, R.Abdullayev qətl hadisəsindən sonra qaçıb gizlənən qardaşı oğluna səslənərək, onun hüquq-mühafizə orqanlarına təslim olmasını istəyib:

"Xəbər tutanda anasına və qardaşına bildirdim ki, Əli onlarla əlaqəyə girsə ondan polisə təslim olmasını tələb istəsinlər. Mən də öz növbəmdə tələb edirəm: "Əli, dərhal get polisə və təslim ol!"

Gizlənmək və qaçmaqla bu məsələ öz həllini tapmayacaq. Bu nə qədər sürə bilər?

Bir də, hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, Əlinin tapılmasında və cinayətin açılmasında öz köməklərini əsirgəməsinlər.  Əgər Əli bu vəhşiliyi törədibsə, təbii ki, qanun qarşısında öz cəzasını almalıdır!"

Qeyd edək ki, Əlinin Ukraynada silsilə qətllər törətdiyi barədə məlumatlar var. "Səni axtarıram" proqramına zəng vuran Aynur adlı xanım, onun üzərinə rusca "Diqqət, manyak axtarılır" və ingiliscə "Təhlükəlidir" yazılmış fotosu "Whatsapp" vasitəsilə hər kəsə göndərildiyini bildirib.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb. /Baku.ws




Xəbərin oxunma sayı : 673




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap