Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda “ət müəmması”: Bu işdə bir qəribəlik var...

Tarix 17.10.19, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ilin 9 ayında Azərbaycana xaricdən 56 milyon 569 min dollar dəyərində 37 min 390 ton ət idxal edilib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatından belə məlum olub ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 7 milyon 285 min dollar, miqdar ifadəsində isə 3 min 138 ton artıb.

Belə ki, 2018-ci ilin 9 ayında Azərbaycana 49 milyon 283 min dollar dəyərində 34 min 252 ton ət idxal edilmişdi.

Qaynarinfo-nun mövzu ilə bağlı araşdırmasından isə aydın olur ki, Azərbaycan iribuynuzlu heyvan ətini, əsasən, Ukrayna, Hindistan, Belarus, Braziliya, Paraqvay, Moldova, Almaniya, Bolqarıstan, ABŞ və Rusiyadan gətirir, quş ətini isə Belarus, ABŞ, Ukrayna və Rusiya ilə yanaşı Türkiyə, Belçika, Braziliya, Kanada, Gürcüstan, Polşa, İspaniya, Almaniya, Belarus və Fransadan alırıq. 

Ən maraqlısı odur ki, son illər ölkədə ət istehsalının sürətlə yüksəldiyi bildirilir. Belə ki, rəsmi statistikaya görə, 2007-ci ildə Azərbaycanda 218,7 min ton kəsilmiş çəkidə ət istehsal edildiyi halda, həmin göstərici 2017-ci ildə 316,8 min ton olub.

Anormallıq da ondadır ki, həm ölkədə ət istehsalının yüksəldiyi, həm də ölkəyə ət idxalının artdığı bir vaxtda bu məhsulun qiyməti ilbəil bahalaşmaqdadır. Üstəlik, bu, Azərbaycanda əhalinin alıcılıq səviyyəsinin aşağı düşməsi fonunda baş verir. 

Yerli istehsal və idxal artır, bunun əvəzində əhalinin alıcılıq səviyyəsi aşağı düşürsə, məntiqlə, ətin qiyməti ucuzlaşmalı deyilmi? 

Başqa bir məntiqlə, əhalinin alıcılıq səviyyəsi azalır, yerli istehsal isə artırsa, onda idxalda geriləmə olmalı deyilmi? 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normalara görə, il ərzində adambaşına düşən ətin miqdarı 84 kiloqramdır. Ekspertlərin iki il öncə bəyan etdiyi hesablamalara görə, Azərbaycanda bu rəqəm hardasa 3 dəfəyə yaxın azdır – cəmi 32 kiloqram! Bunun özü də əhalinin alıcılıq səviyyəsinin nə qədər aşağı olduğunun təsdiqidir. Sadə vətəndaşların cibi ÜST-ün müəyyənləşdirdiyi normalar daxilində ət qəbul etməyə imkan vermir. Belədə artan yerli istehsal və idxal nə üçün bazarda bolluq yaratmır və ətin dayanmadan bahalaşmasını önləyə bilmir?

Başqa bir təzadlı məqam da var: Dövlət Statistika Komitəsinin ötənilki məlumatında bildirilirdi ki, Azərbaycanda 2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışın sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb. Lakin qəribədir ki, adıçəkilən Komitə həm də 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında ət istehsalının 3,1 faiz artaraq 245,2 min tona çatdığını bildirmişdi.

Ziddiyyət ondan ibarətdir ki, mal-qara sayı azaldığı halda, ət istehsalı necə arta bilərdi? Yoxsa xaricdən alınan diri çəkili heyvanlar burada kəsildikdən sonra onların əti də yerli istehsalın ayağına yazılır? Praktik baxımdan mümkündür, ancaq nə qədər ədalətlidir? 

Və nəhayət: Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Həsən Quliyev demişdi: "Azərbaycanda ət qiymətləri barədə müzakirələrə idxaldan asılılıqdan azad olduqdan sonra başlamaq daha məqsədəuyğundür. Bununla belə, qeyd etmək lazımdır ki, ət istehsalının artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin ət qiymətlərinin azalmasına da səbəb olacağı gözlənilir”.

Belədə iki yeni sual yaranır. Birinci, "idxaldakı asılılıqdan azad olmaq” barədə necə danışmaq  mümkündür ki, ət idxalı tam əksinə, sürətlə artır? 

İkinci, "ət istehsalının artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər”dən təzə xəbər varmı? Həmin tədbirlər hələ də "nəzərdə tutulur”, yoxsa artıq həyata keçirilməyə başlanılıb? Bu sualın cavabı xüsusilə ona görə maraqlıdır ki, camaatın işini bəri başdan bilsin: əti cibinə uyğun qiymətə almağa ümid etməyə dəyər, ya yox?!

Göründüyü kimi suallar çox, rəsmilərdən isə hələ ki, bütün bu maraqlı, elə maraqlı olduğu qədər də əndrabadi məqamlarla bağlı ağlabatan izah yoxdur. 



Xəbərin oxunma sayı : 604




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap