Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cahandar Bayoğlu Türkiyə telekanalında Elçibəydən danışdı - VİDEO

Tarix 17.10.19, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı davam edir. 

Dünyanın müxtəlif ölkələrində, o cümlədən türk dövlət və topluluqlarında yaşayan soydaşlarımız türk ordusunun ədalətli mübarizəsini  dəstəkləyir. Azərbaycan türkləri də Suriyada PKK/PYD, YPG terrorçularına qarşı vuruşan türk ordusuna dəstək verir. 

AzFakt.com xəbər verir ki, bu günlərdə Türkiyədə səfərdə olan Birləşmiş Azərbaycan Yurdları Ocaqları başqanı Cahandar Bayoğlu Ankarada yayınlanan “Kultur” TV-nin qonağı olub və Türkiyə həbçilərinin apardığı antiterror əməliyyatına dəstəyini ifadə edib. 

Cahandar Bayoğlu türk ordusunun Suriyada, Fərat çayının şərqində apardığı əməliyyatın haqq savaşı olduğunu bildirib: 

“Azərbaycan türkləri Türkiyə hərbçilərinin terrorçularla apardığı savaşı dəstəkləyir. Bu əməliyyat təkcə Azərbaycanda yox, bütün dünyada əks-səda doğurdu.  Türkiyədəki 82 milyonluq soydaşımız bu hərəkata necə yanaşırsa, biz də elə yanaşırıq. Türkiyəni apardığı bu əməliyyat terrorçulara qarşıdır. Orada PKK/PYD-nin adı çəkilir. Ancaq o bölgədə dünyanın ən qanlı terror təşkilatları fəaliyyət göstərir. Türk ordusunun Fəratın şərq bölgəsində apardığı əməliyyat Türkiyəyə şərəf gətirir, eyni zamanda dünyaya bir insanlıq dərsi verir. Bu təkcə Türkiyənin deyil, bütün türk dünyasının, əzilən xalqların savaşıdır”.

Bu günlərdə Bakıda keçirilən Türk Şurasının toplantısına toxunan Cahandar Bayoğlu türk dövlətləri arasında inteqrasiyanı vacib hesab edib: 

“Dövlət başçılarının verdiyi bəyanat adi deklorativ sənəd deyil. Bu sənədin arxasında böyük ordu dayanır. Görüləcək işlərin konturları görünür”. İranın “Sülh çeşməsi” əməliyyatına qarşı çıxmasına gəlincə, C.Bayoğlu bunun anlaşılmaz olduğunu deyib: “Türk ordusu bu gün İranın da savaşını aparır. Çünki o terror təşkilatları İranın bütövlüyünü də təhdid edir. Terror təşkilatları Mərkəzi Asiya respublikaları üçün də təhlükə törədir. Mənim fikrimcə, türk dövlətlərinin birgə barış ordusu yaradılmalıdır”.

Cahandar Bayoğlu “Sülh çeşməsi” əməliyyatının heç bir etnosa qarşı çevrilmədiyini, yalnız bölgədə sülhü təhdid edən terror təşkilatlarına qarşı olduğunu vurğulayıb: 

“Terrorun, terrorçunun milliyyəti yoxdur. Onlar qlobal güclərin qurduğu terror təşkilatlarıdır. Neft bazarından gəlirləri var. Dünya gücləri də onlardan istifadə edir. Onlar yeni düzən qurmaq istəyirlər. Lakin Türkiyənin dirənişi buna mane olur”.

Cahandar Bayoğlu təmsil etdiyi təşkilatın Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin xeyir-duası ilə yarandığını bildirib: 

“Birləşmiş Azərbaycan Yurdları Ocaqları ideya təşkilatıdır. Bu təşkilat böyük mücahid, böyük öndər Əbülfəz Elçibəyn ideyası əsasında yaranıb. Bu ideya Sultan Osman Qazidən, Sultan Alparslandan, Sultan Mehmetdən, Şah Xətaidən, Atatürkdən, Alparslan Türkeşdən, Əbülfəz Elçibəydən gəlir. Hədəfimiz odur ki, insanlarımız bu ideyalara sahib olsunlar”. (Cebhe.info)






Xəbərin oxunma sayı : 925




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap