Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda avtomobil istehsalı 6,5 dəfə artıb – Statistika Komitəsi

Tarix 18.10.19, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 mln manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.

Dövr ərzində 886 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 26,2% azdır. Nəticədə, bu ilin oktyabrın 1-nə 358 ədəd məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin 9 ayında ölkədə 1 688 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 6,5 dəfə çoxdur. Nəticədə, bu ilin oktyabrın 1-nə 325 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə ştanqlı quyu nasoslarının istehsalı 59,5%, fəvvarə armaturunun istehsalı 21,9%, mancanaq dəzgahlarının istehsalı 21,6% artıb.



Xəbərin oxunma sayı : 604




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap