Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“NATO-da “beyin ölümü” prosesi baş verir“- Fransa Prezidenti

Tarix 07.11.19, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın strateji qərarlar üzrə NATO üzrə müttəfiqləri ilə əlaqəni itirməsini alyansın daxilində “beyin ölümü” kimi qiymətləndirib.

“The Economist” nəşrinə müsahibəsində Fransa Prezidenti buna misal olaraq NATO-üzvlərinin məşvərətsiz mühüm hərbi qərarlar qəbul etdiyini misal çəkib. O, bu kontekstdə Avropa İttifaqının müstəqil geosiyasi güc kimi çıxış etməsinin zəruriliyini vurğulayıb və əks halda “Avropanın öz taleyini nəzarətdə saxlaya bilməyəcəyini” deyib. E.Makron əlavə edib ki, Aİ hazırda uçurumun kənarındadır və tez bir zamanda ölkələrin hərbi gücü artırılmalıdır.

Avropanın gələcəyi ilə bağlı bədbin mülahizələrini davam etdirən Fransanın dövlət başçısı deyib ki, Brexit Aİ-də başlayan dərin böhranın əlamətidir. Onun sözlərinə görə, bəzi siyasi liderlər baş verən prosesləri, xüsusən millətçilik təzahürlərinin güclənməsini gözardı edirlər. Makron təklif edib ki, yeni bir struktur – Avropada Demokratiyanın Qorunması Agentliyi yaradılsın, hər bir ölkəyə seçki prosesində baş verən kiber hücumların qarşısını almaq məqsədilə yardım edilsin.

Fransa Prezidenti 26 ölkənin üzv olduğu Şengen sonası rejimini də dəyişdirməyi təklif edib. O, bunu Avropa daxilində sərbəst hərəkət etmənin fəsadları və qanunsuz miqrasiya ilə bağlı üzv ölkələr arasında fikir ayrılığı ilə əsaslandırıb(azərtac).



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap