Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan millisi ilə oyunda qələbəyə görə 50 min avro mükafat təyin olunub” – AVRO-2020

Tarix 11.11.19, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Slovakiya Futbol Federasiyası AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib.

Bu barədə aktuality.sk saytına müsahibəsində qurumun rəhbəri Yan Kovaçik bildirib. 57 yaşlı funksionerin sözlərinə görə, Slovakiya yığması noyabrın 16-da səfərdə Xorvatiya kollektivini məğlub edəcəyi təqdirdə, komandaya 200 min avro mükafat veriləcək.

Üç gün sonra Azərbaycan millisi ilə ev oyununun mükafatı isə 50 min avro təşkil edəcək.

Kovaçik bildirib ki, Slovakiya yığması AVRO-2020-yə vəsiqə qazanarsa, komandaya 3 milyon avrodan çox mükafat ödəniləcək: “2016-cı ildə Fransada keçirilən Avropa çempionatına vəsiqəyə görə 3 milyon avro verilmişdi. Bu dəfə daha çox olacaq”.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. (Report)




Xəbərin oxunma sayı : 157




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap