Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Öz itlərini zəncirdə saxla…”- Rusiyalı dizayner Kadırova meydan oxudu

Tarix 11.11.19, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada ən odioz fiqurlardan sayılan Çeçenistan lideri Ramzan Kadırov tanınmış dizayner Artemiy Lebedev tərəfindən kəskin tənqid olunub.

A.Lebedev çoxlarının heyrətlə, qorxu ilə yanaşdığı Kadırovdan çəkinmədiyini və ona səsləndirdiyi sərt ifadələrə görə cavab verməyə hazır olduğunu deyib.

Məsələ ondadır ki, “BBC”-nin Rusiya bürosunun xəbərinə görə, bir neçə gün əvvəl R.Kadırov Çeçenistanda iş adamlarının qarşısında çıxış edərkən internetdə ləyaqəti alçaldan ifadələr işlədənlərin ölümlə cəzalandırılmalı olduğunu deyib. Onun bu fikirləri cəmiyyətdə narazılığa səbəb olsa da, kimsə çeçen liderə açıq və kəskin etiraz bildirməyə cəsarət etməyib.

A.Lebedev isə “Teleqram” kanalda Kadırovdan qorxmadığını deyib və əlavə edib ki, əsl kişilər öz problemlərini qansız həll edir. Güclə isə hörmət yox, yalnız qorxu qazanmaq olar: “Səndən o qədər qorxurlar ki, cavab vermirlər, susurlar. Mən isə susmuram.”

O, bildirib ki, ailənin, sevginin, həyatın qanunlardan üstün olduğuna və qanunların mükəmməlikdən uzaq oduğuna dair Kadırovun fikirlərini bölüşür: “Lakin bəşəriyyət bundan yaxşı heç nə düşünə bilməyib. Və məhkəmələr, ədalət mühakiməsi olmasa, biz yenidən “daş dövrünə” qayıdacağıq”.

Lebedev deyib ki, Kadırovun ləyaqətin alçaldılmasına görə ölüm çağırışı etməsi düzgün deyil: “Heç bir kişinin ləyaqəti onun kiminləsə bağlı ölüm qərarı verməsinə əsas verə bilməz. İnsan həyat tanrı tərəfindən verilib və heç kimin onu almağa ixtiyarı yoxdur, hətta ləyaqəti alçaldılan adamın da. Öz xalqına növbəti dəfə nəsihət verəndə bunları yadından çıxarma. Və xahiş edirəm öz itlərini də zəncirdə saxla…”

Görünür, A.Lebedev Kadırova meydan oxumasına baxmayaraq, çeçen liderin onu cəzalandıracağından ehtiyat edir. Çünki belə hadisələr dəfələrlə baş verib. Ona görə də dizayner sözünün sonunda Kadırovdan “öz itlərini zəncirdə saxlamağı” xahiş edib. (AzPolitika.info)




Xəbərin oxunma sayı : 544




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap