Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xəzərdə buxarlanma artacaq, su qıtlığı yaranacaq - QORXUNC PROQNOZ

Tarix 12.11.19, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


“İqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq”.

AzFakt.com  APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Akademik bildirib ki, iqlimin istiləşməsi ilə əlaqədar şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq, yağıntılar azaldığından çayların suyu azalacaq:

“Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq”.

Alim qeyd edib ki, Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir.

Akademik regionların torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunmasının, təbii-landşaft potensialının mühafizəsi, biomüxtəlifliyin saxlanılması və s. kimi amillərin qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.



Xəbərin oxunma sayı : 799




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap