Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Prezident seçkilərdə iştirakla bağlı mənə təzyiqlər edilir” – Klinton

Tarix 13.11.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton bildirib ki, onun 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək planı yoxdur.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

H.Klinton bununla belə qeyd edib ki, ona planlarını dəyişməsi ilə bağlı təzyiqlər edilir.

“Dediyim kimi, heç vaxt, heç vaxt, heç vaxt” , – deyə o, BBC-yə verdiyi müsahibədə 2016-cı ilin prezident seçkilərindəki məğlubiyyətdən sonra yenidən prezidentliyə namizəd olmaq imkanı haqqında suala cavab verib.

“Sizə deyə bilərəm ki, çox insanlar mənə güclü təzyiq göstərirlər ki, bu haqda düşünüm”, – Klinton deyib.

“Amma hələ ki, bu studiyada oturaraq və sizinlə danışaraq deyə bilərəm ki, bu, mənim planlarıma qətiyyən daxil deyil”, – deyə o əlavə edib.

Qeyd edək ki, Hillari Klinton 2016-cı ilin prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi çıxış edib. O, seçki marafonunda favorit hesab edilirdi, ancaq Klintonun opponenti – respublikaçı Donald Tramp gözlənilməz qələbə qazanıb.



Xəbərin oxunma sayı : 541




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap