Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycanda “uşaqpulu ödənilmir” demək düzgün deyil”- Nazir etiraz etdi

Tarix 13.11.19, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycanda “uşaqpulu ödənilmir” demək düzgün deyil”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, “uşaqpulu” adlanan indiki anlayışdakı ödəniş 2006-cı ilədək tətbiq edilib: “Bu ödəniş də bugünkü pulla 2 manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa ödəniş edilib. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 200 manatdır. Yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara. Bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqdır. Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir. Bəzən bu addımların atılması səsləndirilir, bu gün Azərbaycanda 18 yaşınadək 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə 3,3 milyard manat vəsait edir. “Uşaqpulu” kimi proqramlar isə 1,2 illik olmur. ən azı 5 illik olur. Bu o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməldir”.




Xəbərin oxunma sayı : 730




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap