Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əvəz Zeynallının ölkədən çıxışına qadağa götürüldü: “Biz bir yerdə güclüyük

Tarix 13.11.19, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qoyulan qadağa aradan götürülüb. Vergilər Nazirliyinin təqdimatı əsasında qoyulan qadağanın aradan qaldırılması ilə bağlı baş redaktor öz feysbuk profilində məlumat paylaşıb.

Statusu təqdim edirik: “Mən pasportu qeydiyyat üçün uzadanda zəng gəldi. Telefonda məhdudiyyətin götürüldüyünü və rahat İstanbula uça biləcəyimi xəbər verdilər. İndi yoxlamaları keçmişəm. Sərhəd xidmətinin əməkdaşlarını da sevinən gördüm.

Əziz dostlar, bu 3 gündə narahat olan, mənimlə birlikdə kədərlənən, həyəcanıma şərik olan hər kəsə təşəkkür edirəm. Onlarla insan zəng etdi, Vergilər Nazirliyi istirahət günü olmasına baxmayaraq, 4 idarərəisini işə çağırdı, 2 gün dalbadal görüşüb müzakirə etdik, çox dostlar ələrini daşın altına qoydular, müstəqil və azad media cəmiyyəti və əlaqədar qurumları ayağa qaldırdı, ictimai-siyasi xadimlər etirazlarını bildirdilər, vətəndaş cəmiyyətinin dəyərli simaları səsimə səs verdilər, vəkillərim dərhal yanımda cəm oldular, dövlət qurumları belə hərəkətə gəldi, bir sözlə, tərəqqipərvər Azərbaycan cəmiyyəti ayağa durdu və... problem həll olundu. Hər kəsə və hər kəsə təşəkkür edirəm. Biz bir yerdə güclüyük!

Müstəqil, vicdanlı və azad media ilə qürur duydum. Mücadilə edincə olur. İndiliksə gül üzlü mələklərimlə görüşə tələsirəm.

Ayın 10-da geri qaytardığım sovqatlarının da hamısını götürmüşəm.

Səni sevirəm, Azərbaycan!
Yoluna başım qurban, Vətən”.

Qeyd edək ki, Ə.Zeynallı Türkiyədə təhsil alan övladlarının yanına gedərkən belə bir qadağa ilə üzləşmişdi.



Xəbərin oxunma sayı : 328




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap