“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda bu məktəbin bütün şagirdləri dərsə velosipedlə gedir – VİDEO

Tarix 28.11.19, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Balakən rayonunun ən ucqar, qonşu Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində məktəbə yolu düşən hər kəs, özünü Avropanın hansısa inkişaf etmiş bölgəsində hiss edir. Məktəbin həyətində böyük velodayanacaqda səliqəylə düzülən 100-dən çox velosiped öz sahibini gözləyir. Çünki məktəbin hazırlıq sinfindən 11-ci sinfinədək əksər şagirdləri təhsil müəssisəsinə velosipedlə gedib gəlirlər.

ARB TV-nin xəbərlər komandası bu maraqlı məkana baş çəkib.

Azərbaycan və gürcü bölmələri olmaqla ümumilikdə 368 şagirdin təhsil aldığı İtitala kənd məktəbində artıq 5 ildən çoxdur ki, dərsə velosipedlə gedib gəlmək bir ənənəyə çevrilib. Şagirdlər səhər dərsə gəldikdə həyətdə bu məqsədlə ayrılmış ərazidə velosipedi səliqə ilə saxlayır, dərsdən çıxdıqda isə sürərək, evlərinə gedirlər. Hər sinfin cərgəylə ayrılan öz saxlama yeri olduğu üçün dərs sonu şagirdlər qarışıqlıq yaşamırlar.

Şagird: "4 ildir məktəbə velosipedlə gəlib-gedirəm. Həm vaxtıma qənaət edirəm, həm daha az yoruluram, həm də sağlamlığımın qeydinə qalıram”.

Müəllim: "Bu həm sağlamlıq üçün faydalıdır, həm də uşaqların yolları uzaq olduğu üçün velosipedlə gəlmək daha əlverişlidir”.

Məhəmməd Mustafayev – Məktəbin direktoru: "Davamiyyət göstəricisi demək olar ki, yüz faizdir. Bunun da başlıca səbəbi şagirdlərin və bəzi müəllimlərin dərsə velosipedlə gəlib-getmələridir.

Sağlam həyat tərzi dərslərə də təsirini göstərir. Velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir. Məktəb isə sadəcə velosipedlərin saxlanılması üçün ayrıca yer və dərs saatlarında şagirdlərə məxsus əmlakın qorunması kimi məsələlərə nəzarət etməklə bu məsələdə öz dəstəyini göstərir.







Xəbərin oxunma sayı : 415




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap