Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Hakimiyyəti dəstəkləməyə hazıram” - Rüstəm İbrahimbəyov

Tarix 03.12.19, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Rüstəm İbrahimbəyov kadr dəyişiklikərindən danışdı...


“Ramiz Mehdiyev və Əli Həsənov kimi adamların işdən çıxarılması sözsüz ki, müsbət addımdır və bunu ancaq alqışlamaq olar”.

AzFakt.com Azpost.info-ya istindən bildirir ki, bu barədə tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib: “Onları çoxdan çıxarmaq lazım idi, ən yaxşı isə ora təyin etməməliydilər. Bugünkü rəsmi ideologiyada nə qədər mənfi varsa, onların fəaliyyətinin nəticəsidir”, – R.İbrahimbəyov deyib.

Eyni zamanda o qeyd edib ki, həmin adamların kənarlaşdırılması aysberqin ancaq görünən hissəsidir: “Hələlik məlum deyil, bunun arxasında nə durur. Bu, taktiki addımdır, yoxsa strategiya dəyişikliyidir?”, – dramaturq deyib.

R.İbrahimbəyov ümumilikdə ideoloji cəbhədə vəziyyətin böhranlı olduğunu deyib: “Bu, telekanalların və KİV-lərin çox aşağı səviyyədə olmasında, az-çox müstəqil olanın da dağıdılmasında, plüralizmin olmamasında özünü göstərir. Mədəniyyət sahəsində də: teatr, kino, musiqi və digər sahələrdə vəziyyət yaxşı deyil. “İnanıram ki, hakimiyyət məhz bu səbəbdən Mehdiyev-Həsənov tandemini uzaqlaşdırıb və bu tədbirləri alqışlayıram. Rəhbərliyin son addımları məni sevindirir və nikbinlik yaradır. Özlərini gözdən salan köhnə kadrların getməsi və gənclərin, təhsilli şəxslərin gəlməsi sözsüz ki, vəziyyəti sağlamlaşdıracaq. Mən bu addımları hər vəchlə dəstəkləyirəm və lazım gələrsə, bu məsələdə hakimiyyətə mümkün olan bütün yardımı göstərməyə hazıram”, – R.İbrahimbəyov vurğulayıb.

“Hələ bir neçə il əvvəl mədəniyyət və ictimai xadimlər Ziyalılar Forumunu yaratmışdılar. Bu Forum məhz cəmiyyətin sağlamlaşdırılması məsələsinin vacibliyini qarşıya qoyurdu. Ramiz Mehdiyevin və Əli Həsənovun sayəsində bizi düşmən və hakimiyyəti devirməyə çalışan müxalifətçilər kimi təqdim edirdilər. Ümid edək ki, onların yerinə gələnlər özlərini başqa cür aparacaqlar”, – R.İbrahimbəyov deyib.




Xəbərin oxunma sayı : 829




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap