Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram” – Merkel

Tarix 06.12.19, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya kansleri Angela Merkel Auşvitz-Birkenau Fondunun 10 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

TASS-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən kansler alman faşistlərinin törətdiyi cinayətlərdən utandığını bildirib.

“Burada Almaniya kansleri kimi dayanıb bu çıxışı etmək mənim üçün çox çətindir. Almanların burada törətdiyi əməllərə görə dərin utanc hissi duyuram”, – deyə kansler çıxışında vurğulayıb.

Auşvitzin faşistlərin törətdiyi cinayətlərin simvolu olduğunu deyən A. Merkel qeyd edib ki, bu məkanda baş verənləri həmişə xatırlamaq lazımdır: “Gələcəkdə bu cür qətliamların yaşanmaması üçün alman tarixinin bir parçası olan bu hadisələr haqqında həmişə danışmalıyıq. Baş verənləri unuda və ya dəyişdirə bilmərik”.

Qeyd edək ki, Angela Merkel Auşvitz həbs düşərgəsini ziyarət edən 3-cü Almaniya kansleridir. Ondan əvvəl Helmut Şmidt və Helmut Kol Auşvitzi ziyarət ediblər. (apa)



Xəbərin oxunma sayı : 367




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap