Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Eks-prezident qətldə ittiham olunur – Polkovniki snayperlə güllələyib

Tarix 13.12.19, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə təhlükəsizlik əməkdaşının ölümüylə bağlı ittiham irəli sürülüb. Daxili işlər naziri Kaşkar Cunuşaliyev dekabrın 13-də deyib ki, Atambaev polkovnik Usenbek Niyazbekovun güllələnərək öldürülməsində şübhəli bilinir və ona bu haqda məlumat verilib.

Hadisə avqustda keçmiş liderin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük qarşıdurma zamanı baş vermişdi. Altı uşaq atası olan polkovnik Atambayevin Bişkek yaxınlığındakı evinə reyd zamanı öldürülüb.

Cunuşalievin sözlərinə görə, ekspertiza Niyazbekovun Atambaevin adına qeydiyyatda olan məxsus snayper avtomatıyla sinəsindən vurulduğunu üzə çıxarıb. Atambaev avqustun 8-də jurnalistlərə demişdi ki, binada təkcə onun silahı olub və toqquşmalar zamanı odlu silahdan da təkcə o istifadə edib.

Atambaev Daxili İşlər Nazirliyinin dindirilməylə bağlı üç çağırışına cavab verməyəndən sonra təhlükəsizlik əməkdaşları onun evinə göndərilib. Prezident 2013-cü ildə mütəşəkkil cinayətkar dəstə başçısının qanunsuz olaraq azadlığa buraxılmasında iddia olunan roluna görə dindirilməyə çağırılırdı.

Keçmiş prezident ikigünlük qarşıdurmadan sonra polisə təslim olub, avqustun 8-də həbs edilib. Ona dövlət təmsilçisinə qarşı zorakılıqdan istifadə, kütləvi iğtişaş təşkili, qətl cəhdinin arxasında durmaq, girovgötürmə, korrupsiya ittihamları irəli sürülüb. Keçmiş prezident və tərəfdarlarının müqaviməti nəticəsində 170-dan çox adam xəsarət almışdı. Onların içində 79 hüquq-mühafizə əməkdaşı da vardı.

Bu zorakılıq Atambaev-lə öz əliylə seçdiyi varisi Sooronbay Ceenbekov arasında hakimiyyət çəkişməsinin nəticəsi idi və ölkədə sabitliyin pozulacağı sarıdan narahatlıq yaratmışdı. /Azadliq.org

WhatsAppFacebookFacebook MessengerTwitterShare



Xəbərin oxunma sayı : 229




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap