Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azəriqaz” abonentlərinin sayı 2,3 milyona çatıb – Ruslan Əliyev

Tarix 13.12.19, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün “Caspian European Club”ın təşkil etdiyi “CEO Lunch” çərçivəsində Klubun üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.

“Caspian European Club”dan verilən məlumata görə, tədbir zamanı R. Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən qazlaşdırma işləri birbaşa ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir.

“Biz fəaliyyətimizdə məhz Prezidentin qarşımıza qoyduğu tapşırıqları hədəf olaraq diqqətdə saxlayırıq. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda qazlaşma investisiya xarakteri daşımır və dövlət büdcəsindən hər il ayrılan vəsait hesabına icra olunur. Son 10 ildə ölkədə qazlaşma səviyyəsi 62,2%-dən 96%-ə çatdırılıb. “Azəriqaz” İB-nin abonentlərinin sayı 700 mindən 2,3 milyona çatıb. Qaz xətlərinin çox hissəsi yenilənib, əsaslı təmir olunub. Bütün bunların mərkəzində bir məqsəd dayanır – Azərbaycan vətəndaşının rahatlığını və sosial rifahının yaxşılaşdırılmasını təmin etmək. Bu il də qazlaşdırma işləri həm Bakı və paytaxt ətrafında, həm də bölgələrdə sürətlə davam etdirilib. 2019-cu ilin sonunadək təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək. Digər tərəfdən fəaliyyətimizdə müasir texnologiyalardan yararlanmağa da çalışırıq. Müasir və şəffaf əsaslarla xidmət göstərmək üçün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə inteqrasiya olunmaqda maraqlıyıq. Bir sözlə, “Azəriqaz” İB abonentinin dostu olmağa, onun qayğılarını öz qayğıları kimi qəbul etməyə daim hazırdır”, – deyə R. Əliyev bildirib.

Sonra “Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən “CEO Lunch” sayəsində Klubun biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini deyib və bildirib ki, “CEO Lunch” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır: “Tədbir həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir”.

Məlumata əsasən, R. Əliyevə “Caspian European Club”ın fəxri üzvlük sertifikatı təqdim olunub. Klubun üzv şirkətlərinə də sertifikatlar verilib.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Klub-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.



Xəbərin oxunma sayı : 541




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap