Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Davudoğlu yeni partiyasını elan etdi - “Təbəssüm göstərməyə gəlmişik“

Tarix 13.12.19, 21:47

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.

AzFakt.com “Hurriyet”ə istinadən xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın tanıtım toplantısı keçirilib.

Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə “Bizim bir gələcəyimiz var”dır.

Partiyanın tanıdılması toplantısında çıxış edən Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.

Qeyd edək ki, Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri olub. O, 2019-cu ilin sentyabrın 13-də hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.



Xəbərin oxunma sayı : 667




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap