“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yaxın Şərqdəki gərginlik neft bazarına necə təsir edəcək? – Ekspertdən şərh

Tarix 09.01.20, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda Yaxın Şərqdə müşahidə olunan gərginlik qısamüddətli perspektivdə neft qiymətlərinin artımına təkan verə bilər”.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə Atlantika Şurasının baş əməkdaşı və “Beynəlxalq təhlil bazarı” MMC-nin təsisçisi Ariel Koen deyib.

Ekspert bildirib ki, İranın ABŞ hərbi bazalarına raket hücumu general Qasım Süleymaninin öldürülməsinə cavab addımı olsa da, tərəflər irimiqyaslı müharibə istəmir:

“Bu hadisələrin neft bazarına qısamüddətli təsiri tərəflərin seçdiyi gərginlik kursundan asılı olacaq. Gərginlik davam etsə, neft qiymətlərinin dayanıqlı artımı müşahidə olunacaq. Uzunmüddətli perspektivdə isə vəziyyətin gərginləşməsi dünya iqtisadiyyatında artımın yavaşlamasına, tədarük mənbələrinə tələbin azalmasına gətirib çıxara bilər”.

A.Koen əlavə edib ki, tərəflərin böyük itkiləri ilə müşayiət olunan birbaşa hərbi qarşıdurma nəticəsindı neft qiymətləri 120 dollar/barel həddinədək yüksələ bilər.

Onun sözlərinə görə, əgər tərəflər dolayı və asimmetrik rejimdə qarşıdurma yolunu seçsə, qiymət artımı tədricən olacaq.



Xəbərin oxunma sayı : 679




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap