Azərbaycanlı modeldən seksi pozlar - FOTOLAR Dünya ulduzu Parisdə tül geyimdə - FOTO Rəqqasə Aygünün açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO Röya qısa şortu ilə səs-küy yaratdı - FOTO
Axtar
 
  • / Maqazin / — 21 Yanvar 2020

    Azərbaycanlı modeldən seksi pozlar - FOTOLAR

  • / Maqazin / — 21 Yanvar 2020

    Dünya ulduzu Parisdə tül geyimdə - FOTO

  • / Maqazin / — 20 Yanvar 2020

    Rəqqasə Aygünün açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 19 Yanvar 2020

    Röya qısa şortu ilə səs-küy yaratdı - FOTO

  • / Maqazin / — 10 Yanvar 2020

    Aygündən ehtiraslı rəqs - VİDEO

  • / Maqazin / — 09 Yanvar 2020

    Aparıcı Güneldən yarıçılpaq poz - FOTO

Ərəblər Azərbaycana 300 milyon dollardan çox sərmayə yatıracaq - Rəsmi

Tarix 10.01.20, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 300 mln. ABŞ dollarından artıq sərmayə yatıracaqlar.

AzFakt.com xəbər verir ki, bunu "APA-Economics"ə Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva bildirib.

Layihələrin vaxt baxımından həyata keçirilməsini şərh edən Z. Əliyeva, bunun uzunmüddətli layihələr olduğunu qeyd edərək, dəqiq tarixi açıqlamayıb.

"Hazırda bu pilot layihələrdir, pilot layihələrdən sonra hərraclar keçiriləcək. Hərraclar keçiriləndə bu şirkətlər yenidən başqa bir layihələrdə də iştirak edə bilər", - deyə Z. Əliyeva əlavə edib.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, "ACWA Power" şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. "Masdar" şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.



Xəbərin oxunma sayı : 706

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda