Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“FIFA və CAS mafiya kimi davranır“ - Mişel Platini

Tarix 18.01.20, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


"FIFA və İdman Arbitraj Məhkəməsi (CAS) mafiya kimi davranır".

"Report" "Sport.pl" saytına istinadən xəbər verir ki, bu fikirləri UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.

65 yaşlı fransalı funksioner bildirib ki, hər iki qurum öz istədiyini edir: "Heç kim onların işini izləmir. Hər kəsi futboldan uzaqlaşdıra bilirlər. Məni də ortadan qaldırdılar. FIFA prezidenti olmamağım üçün hər şeyi etdilər".

Platini deyib ki, FIFA prezidenti Canni İnfantino onun futbola qayıtmasına əngəl törədəcək: "Hər şey yaxşı planlaşdırıldı. Səbəbsiz deyildi ki, mənim cəzam 2019-cu ilin oktyabrında, FIFA prezidentinin yenidən seçilməsindən bir ay sonra başa çatdı".

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.



Xəbərin oxunma sayı : 658




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap