Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İsrail təhlükəsizlik başçıları və ərəb liderləri həmrəydir: TRAMPIN PLANI FƏLAKƏTDİR

Tarix 31.01.20, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Yossi Melman

“Middle East Eye”, 29.01.2020

 
İsrailin sərt təhlükəsizlik nöqteyi-nəzərincə, habelə Fələstin Administrasiyası (FA) və praktiki olaraq bütün ərəb hökumətlərinin fikrincə, Trampın Yaxın Şərq planı çox pis və o qədər təhlükəlidir ki, bölgəni alova bürüyə bilər.

Son bir həftədə İsrail təhlükəsizlik rəhbərləri, Donald Trampın vədinə əsasən, Benyamin Netanyahunun sağçı hökumətinin İordan Vadisi və yəhudi yaşayış məntəqələrinin olduğu ərazini ilhaq edəcəyi təqdirdə, Qərb Sahili və Qəzza Zolağının partlaya biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Gizli iclaslarda “Şin Bet” daxili təhlükəsizlik agentliyindən olan hərbçilər fələstinli həmkarlarını sakitləşdirməyə çalışıb, onları gözləmə mövqeyi tutmağa və qaçaraq qərarlar qəbul etməməyə çağırıblar.

İsrailin əsas təhlükəsizlik narahatlığı FA rəhbərliyinin işğalçı İsrail qüvvələri ilə təhlükəsizlik əməkdaşlığını dayandırmaq qərarına gəlməsidir.

Bu əməkdaşlıqdan hər iki tərəf faydalanır. İsrail təhlükəsizlik agentlikləri FA-nın təhlükəsizlik aparatına “HƏMAS”ın planlaşdırdığı hücumları izləmək, azaltmaq və qarşısını almağa kömək edir.

Eyni zamanda, “Şin Bet” və İsrail hərbi qüvvələri “HƏMAS” rəsmilərinin Qəzzə qərargahlarında Qərbi Şəriyyədə sabitliyi pozmaq və orada FA-nın iqtidarını devirmək cəhdlərini dayandırmağa çalışırlar.

İsrail təhlükəsizlik rəsmilərinin “tələsməyin” mesajı məxfi iclaslarda verilmiş bu eyhamlara əsaslanır ki, Netanyahu hökuməti ilhaq qanun layihəsini qəbul etsə də, o qədər hüquqi, siyasi və beynəlxalq əngəllər var ki, demək olar ki, bu mümkün olmayacaq. Ən azı təxminən bir ay sonra İsraildə keçiriləcək seçkilərdən əvvəl.

Başqa sözlə, İsrail təhlükəsizlik işçiləri gizli və qeydiyyata alınmayan iclaslarda öz hökumətlərinin açıq bəyanatlarına zidd olan fikirlər bildirirlər.

Ancaq bunu açıq söyləyə bilmədikləri üçün FA-nın prezidenti Mahmud Abbas təhlükəsizlik əməkdaşlığının dayandırılacağı ilə bağlı təhdidləri təkrarlayır. 

İkibaşlı danışıq

İsrail və Fələstin rəsmilərinin ikibaşlı danışması ərəb hökumətlərinin mövqelərini əks etdirir.

Ərəb dünyasında, Rabatdan Qahirəyə və Məsqətdən Bağdadadək, ərəb liderləri İsrailin Fələstin torpaqlarını işğal etməsi ilə bağlı eyni fikirdədirlər.

Abbas da daxil olmaqla, onların hamısı bölgədəki həqiqəti çox yaxşı bilirlər. Torpaq müsadirəsi, insan haqlarının pozulması, həbslər və qanunsuz yaşayış məntəqələrinin inşası ilə müşayiət olunan İsrail işğalı – gerçəkdir.

Qəlblərinin dərinliyində onlar bilirlər ki, 53 illik işğal dəyişə bilməz. Buna görə də, soruşurlar ki, niyə siz, israillilər və Tramp gəmini silkələyirsiniz? De-yure ilhaqa nə ehtiyacınız var? Məgər de-fakto ilə razılaşa bilməzsiniz?

İndiyə qədər ərəb liderləri və hökumətləri hasarın üstündə oturublar. Heç bir şərh vermirlər və ya olduqca zəif və qərarsız dildən istifadə edirlər. Bütün Ərəb dünyasının xarici işlər nazirləri Trampın Çərşənbə axşamı günü Ağ Evdəki mərasimə dəvətini qəbul etməyiblər. Yalnız Oman, Bəhreyn və BƏƏ-nin səfirləri mərasim iştirakçısı olub.

Ən azı son 20 ildə əksər ərəb liderləri İsrail-Fələstin münaqişəsinə çox az maraq göstəriblər. Fələstinlilərin rədd edilməsi, İsrailin ciddi bir sülhdə maraqlı olmaması və zorakılıq dövrlərindən beziblər.

Ərəb hökumətlərinin daha ciddi problemləri var: Livan və İraqdakı daxili iğtişaşlar, Suriya və Yəməndə vətəndaş müharibələri və Körfəz dövlətləri ilə İran arasında davam edən qarşıdurma.

Körfəzin ərəb ölkələri İrana qarşı qamçı olaraq İsrailə ehtiyac duyur. Onların kəşfiyyat rəhbərləri “Mossad” rəhbərləri ilə tez-tez görüşürlər. Tehran və onun etibarlı şəxslərinə qarşı hərbi və müdafiə qabiliyyətlərini artırmaq üçün İsrail kiber və yüksək texnoloji firmaları ilə iş görürlər. İsrailin kəşfiyyat cihazları öz vətəndaşlarına casusluq etmək üçün də əlverişlidir.

İsrail və Amerikanın Qərb Sahilinin böyük hissəsini ilhaq etməyi planladığına qarşı etirazlar nəzarət altına alınmazsa, ərəb hökumətləri İsrail əleyhinə dodaqqaçırma ilə danışacaqlar.

Lakin İsrailin planları və hərəkətləri nəticəsində böyük və şiddətli eskalasiya baş verərsə, öz fələstinli tərəfdar əhalisindən qorxaraq ərəb liderlərinin İsrailə qarşı daha sərt tədbirlər görməkdən başqa seçimi qalmayacaq.

İordaniya tələyə düşdü

Ən həssas münasibətlər İordaniya Haşimi Krallığı ilə əlaqədardır. Onsuz da kral Abdullahın taxtı çox laxlayır. Vətəndaşlarının əksəriyyəti fələstinlilərdir, iqtisadi böhran getdikcə genişlənir, Suriyadan gələn bu qədər qaçqının qəbulu və müalicəsində çətinliklər günbəgün artır.

Əgər indi bütün bu çətinliklərlə yanaşı, İsrail Qərb Sahili və Haşimilər Krallığı arasındakı sərhədi olan İordan Vadisini ilhaq etsə, kral üçün sarsıntılar dözülməz ola bilər.

Kral Abdullahın təhlükəsizlik və hərbi rəisləri bilirlər ki, İsrail ən vacib strateji müttəfiqdir. İki ölkə onilliklər boyu kəşfiyyat mübadiləsi, birgə hərbi təlimlər keçirmək və bir-birlərinə “HƏMAS”, “Hizbullah” və İŞİD-i nəzarətdə saxlamaqda kömək edir.

Amma İordaniya tələyə düşə bilər. İsrailin müttəfiq olmasına imkanı yoxdur, digər tərəfdən, İsrailin ilhaqı cəzasız qala bilməz.

Ümumən, israillilərin yarısı, təhlükəsizlik başçıları, eləcə də FA və ərəb liderləri ümid edirlər ki, Netanyahunun torpaqları ilhaq etməsi hər hansı bir səbəblə bloklanacaq, bununla da status-kvo və de-fakto ilhaqın saxlanılması – ən azı 2 Mart seçkilərinə qədər mümkündür.

Sonra, bəlkə də, korrupsiya ittihamı ilə Netanyahu seçkini uduza bilər və bəlkə Tramp da noyabr ayında eyni aqibətlə üzləşəcək.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 217




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap