| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Eli- obası pərən- pərən düşən insanlardan biri də mənəm“ - Mahir Abbaszadə
Tarix 05.02.20, 16:30 |
|
Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank” ASC-nin "Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib. Ehtiyatda olan zabitdir. 15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İxtisasca iqtisadçıdır, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. İngilis, rus, türk dillərini bilir. Ailəlidir, 3 övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib. 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
– Mahir müəllim, Azərbaycan parlamentinə bu il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədliyiniz Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Xeyirli-uğurlu olsun. Seçkiqabağı əhvali-ruhiyyəniz necədir?
– Həm yerlərdə, həm də sosial şəbəkələrdə mənə göstərilən isti münasibət, insanların içdən gələn xoş arzular ifadə etməsi, eyni zamanda, bir komanda şəklində bu prosesdə iştirakımız bizdə kifayət qədər nikbin seçkiqabağı əhvalın formalaşmasına səbəb olub. Təbii ki, 4 il yarımlıq parlament fəaliyyətim və insanlarla səmimi ünsiyyətim seçicilərlə münasibətimizin yüksək səviyyədə qurulmasında mühüm rol oynamaqdadır. Həmçinin, rayon ziyalılarının, ağsaqqallarının, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının, gənclərin bu prosesə böyük həvəslə qoşulması məndə ikiqat müsbət əhvali-ruhiyyə yaratmaqdadır. Səsvermə günü yaxınlaşdıqca, insanların seçki prosesinə olan müsbət münasibəti aydınlaşdıqca bizdə əminlik yaranır ki, 2015-ci ildə olduğu kimi, bu dəfə də seçicilərin mütləq əksəriyyətinin səsini qazana biləcəyəm.
– Milli Məclisə seçkilərin vaxtının irəli çəkilməsini, Sizcə, hansı səbəblər zəruri etdi?
– Ümumiyyətlə, seçki prosesi ölkənin həyatında tarixi hadisədir. Tarixi hadisənin yetişməsi üçün həmin dövrün şəraiti mütləq qiymətləndirilməlidir. Xatırladım ki, 2018-ci ilin aprel ayında yenidən Azərbaycan Prezidenti seçilərkən cənab İlham Əliyev ölkənin yeni bir dönəmə daxil olduğu, islahatların daha da dərinləşdiriləcəyi barədə mesajlar verdi. Müstəqillik əldə etdikdən sonra ölkəmiz həyatın bütün sahələrində zəngin bir tarixi yol keçib. Amma düşünürük ki, sürətlə dəyişən dünyada yeni modellər üzərində işləməyə zərurət yaranıb. Artıq informasiya-kommunikasiya texnologiyaları bütün sahələrdə həyatımıza çox sürətlə daxil olmaqdadır. Dövlət idarəetməsində də tamamilə başqa münasibətlər formalaşmaqdadır. Ölkə başçısının rəhbərliyi ilə mərkəzi icra hakimiyyəti orqanlarında aparılan struktur islahatları kadr dəyişikliklərini də əhatə etməkdədir. Yerli icra strukturlarına da təsir göstərən bu islahatlar nəticəsində gənc kadrlar yerli idarəetmə orqanlarına rəhbər vəzifələrə gətirilməkdədir. Cənab Prezidentin sərəncamına əsasən, ölkənin hüquq-mühafizə orqanlarında da islahatlar başlayıb, yeni məhkəmə institutları yaranmaqdadır. İlk dəfə olaraq özəl və alternativ ekspertiza institutunun yaranması Azərbaycanın hüquqi həyatında çox mühüm bir hadisədir. Hakimiyyətin 3-cü qolu sayılan qanunverici orqan da bu islahatlara adekvat olmalıdır.
Düşünürük ki, möhtərəm cənab Prezidentin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüslə çıxış etməsi bu adekvatlığı təmin etmək məqsədi daşıyır. Bunun üçün, həmişəki kimi, demokratik seçkilər keçirilməli, vətəndaşlar öz iradələrini ortaya qoymalıdırlar və yeni bir parlament formalaşmalıdır. Xüsusilə də, ölkə rəhbərinin qeyd etdiyi kimi, gəncliyə daha çox yol verilməlidir. Hakim partiyanın parlamentdə görmək istədiyi və vətəndaşların seçiminə verdiyi namizədlərin siyahısına baxsanız, görərsiniz ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiq etmiş gənclərin irəli çəkilməsi ilə bağlı mühüm bir jest var. Ona görə də bu qənaətə gəlirik ki, bütövlükdə ölkədə aparılan islahatlara uyğun yeni bir parlamentin formalaşması dövrün, zamanın tələbidir. Yəni ölkə rəhbərinin seçki ərəfəsində əhaliyə verdiyi mesajların tərkib hissəsidir və hesab edirəm ki, yeni formalaşacaq parlament özü ilə Azərbaycanın siyasi həyatına yeniliklər gətirəcək. Bu baxımdan növbədənkənar parlament seçkiləri zərurət idi və artıq seçkinin astanasındayıq.
– İlk dəfə deputat seçilərkən parlament fəaliyyətiniz üçün müəyyənləşdirdiyiniz meyar və prinsiplərdə, dörd il yarımlıq təcrübədən sonra, hansısa dəyişikliklər varmı?
– Deyim ki, əsas ana xətt dəyişmir. Ana xətt Azərbaycan dövlətinə xidmətdir. Mənə səs verib Milli Məclisin tribunasını əldə etməyə kömək göstərmiş şəxslərin, konkret olaraq seçicilərin diqqətində qalmaq, onları parlamentdə ləyaqətlə təmsil etmək, mənsub olduğum rayonun, elin-obanın müsbət xüsusiyyətlərini parlamentə daşımaq fəaliyyətimin əsas ana xətlərindən olub. Xatırlayırsınızsa, 2015-ci ildə parlament seçkilərinə gedərkən bütün seçicilərimin qarşısında onların əlçatan deputatı olacağıma söz vermişdim. Mənə elə gəlir ki, biz 4 il yarımlıq dönəmdə bu ana xətti qoruyub saxlaya bildik. Həm dövlətə sədaqət, həm millətə xidmət, eyni zamanda seçiciyə əlçatanlıq prinsipinə sadiq qaldıq. Haqqımda deyilən fikirlərdən də belə qənaətə gəlirəm ki, bunu edə bilmişəm. Əgər Yeni Azərbaycan Partiyası, nəzərə alsaq ki, sədri də cənab Prezidentdir, mənim namizədliyimi yenidən dəstəkləyirsə, bunu mənə göstərilən yüksək etimad kimi dəyərləndirirəm. Sualınızın digər hissəsinə cavab olaraq bildirim ki, parlamentin görünən və görünməyən tərəfləri var. Mənim 2015-ci ilə qədər parlament fəaliyyətim olmayıb. Ancaq seçicilərin mütləq əksəriyyətinin səsi ilə parlamentdə təmsil olunandan sonra artıq onun mətbəxini öyrənməyə başladım. Əmin oldum ki, hər şey heç də kənardan göründüyü kimi deyil. Parlament də bu cəmiyyətin ayrılmaz hissəsidir. Bəzən adi həyatımızda arzu və istəklərimizlə imkanlarımız üst-üstə düşmədiyi kimi, orada da arzu və istəklərlə imkanlar həmişə üst-üstə düşmür. Məsələn, mən ixtisasca iqtisadçıyam. Ola bilər ki, hansısa məsələyə yanaşmam fərqlidir, yəni həmin məsələnin hüquqi tərəfi, mədəni tərəfi anındaca diqqətimi çəkməz. Amma qanunlar çərçivəsində mən seçicilərimin istək və arzularını həyata keçirməyə borcluyam. Eyni zamanda baxışlarım təmsil olunduğum partiyanın siyasəti ilə, mənə etimad göstərib parlamentə gətirən insanların istək və arzuları ilə uzlaşmalıdır. Həmçinin, özünün şəxsi düşüncələrin, qabiliyyətin deputatlıq fəaliyyətini tamamlamalıdır. Yəni ortaq bir təmas nöqtəsi tapılmalıdır ki, qəbul olunan qızıl xətlə gedəsən və nəticədə dövlətə sədaqətini, seçicinə diqqət və qayğını, Vətənə olan sevgini göstərə biləsən. Mənim üçün ən yaddaqalan, ən unudulmaz, həmişə qürur mənbəyi olacaq məqam ondan ibarətdir ki, parlamentdə fəaliyyət göstərdiyim dövrdə danışa bilməyən deputat sindromunu aradan qaldıra bilmişəm. "Biz istəyirik ki, seçdiyimiz şəxsin səsi Azərbaycan mətbuatından, televiziyasından gəlsin” – deyən insanların ümidini doğrulda bildim. Laçın rayonundan seçilmiş bir deputat olaraq ilk dəfə Azərbaycan parlamentindən xaricə gedən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərə bilmişəm. Xarici beynəlxalq təşkilatlarda Laçın rayonunun işğalı ilə bağlı ən ümdə məsələlərin həll olunması, bu torpaqların həqiqətən Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq konfranslarda fikirlərimi söyləyə bilmişəm. Bu mənim parlament həyatımda yadda qalan illərdir ki, bu illər ərzində bunları həyata keçirdikcə düşünmüşəm ki, seçicələrimin sosial sifarişi də məhz bununla bağlı idi. Çünki seçicilərin isti münasibətindən də bunu hiss etməkdəyəm. Parlament həm də Azərbaycan cəmiyyətinin bir hissəsidir, ona görə də cəmiyyətdə baş verən hadisələr parlamentdə hansısa formada öz əksini tapır. Eyni zamanda parlamentin özünün də daxili mətbəxi var ki, müəyyən bir çərçivə daxilində hüquqlarının, səlahiyyətlərinin, təmsilçiliyinin hüdudlarını anlaya bilirsən. Bundan sonra qalır məsələlərə öz şəxsi nüfuzun, fərdi mövqeyin nöqteyi-nəzərindən müdaxilə edə bilmək bacarığın. Allahımdan ona görə çox razıyam ki, parlamentə qədəm qoymamışdan öncə ictimaisiyasi həyatda fəal olmuşam, insanlarla yaxşı təmaslar qurmuşam. Bütün bunlar deputat fəaliyyətim dövründə müəyən arzu və istəklərimizin həyata keçirilməsində böyük rol oynayıb.
– Laçınlı seçicilərin əsas narahatlıqlarından biri də onları təmsil edən deputatların fəallığı ilə bağlı olub. Bu barədə soruşmaq istədiklərimizə qismən cavab verdiniz. Öz üzərinizdə ictimai nəzarətin olduğunu hiss edirdinizmi?
– Biz Milli Məclis binasının içərisində deputatıq. Cəmiyyətə, el-oba arasına çıxanda isə adi insanlardan biriyəm. İstər parlamentdə və televiziyalarda çıxışlarım, istər müxtəlif tədbirlərdə iştirakım və xarici təşkilatların təmsilçiləri ilə görüşlərim zamanı, istərsə də adi həyatda həmişə bu düşüncədə olmuşam ki, 76 min əhalisi olan bir rayonu parlamentdə təmsil edirəm. Seçicilərimin nəzər-diqqətini həmişə öz üzərimdə hiss edərək çalışmışam ki, onların görmək istədiyi bir deputat ola bilim. Fikirlərin müxtəlifliyinə təbii baxıram. Amma istərdim ki, mənə olan fərqli baxışlar mənim ictimai-siyasi fəaliyyətimə, hansısa məsələyə olan münasibətimə olan fərqli baxış kimi görünsün.
– Sizə elə gəlmirmi insanlarımızın millət vəkillərindən gözləntiləri həddindən artıq çoxdur? Hətta cəmiyyət torpaqlarımızın işğaldan azad olunmasını da daha çox deputatlardan umur. Bu cür yanaşma normaldırmı?
– Buna normal baxmaq lazımdır, çünki cəmiyyətin sifarişidir. İnsanların Qarabağ problemi, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı narahatlığı başa düşüləndir. Ötən 27-28 il kiçik bir dövr deyil. Artıq nəsil dəyişmək üzrədir. Amma, gəlin, məsələyə bir qədər ədalətli, real yanaşaq. Bu tip məqalələri, şərhləri oxuyanda, ilk baxışdan çox populyar görünən fikirlərə nəzər yetirəndə məndə, istər-istəməz, bəzi suallar yaranır. Soruşmaq istəyirəm, parlament Qarabağı kimdən tələb etməlidir? Əgər bu parlament Azərbaycan Respublikasının parlamentidirsə, ölkənin Prezidenti, Xarici İşlər Nazirliyi, səfirlikləri, parlamentimizin Avropa Şurasında, Avropa İttifaqında, ATƏT-in Parlament Assambleyasında, İslam Konfransı Təşkilatında, Müstəqil Dövlətlər Birliyində olan nümayəndə heyətləri bütün beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyon 200 mindən artıq qaçqın və məcburi köçkünlərimizlə bağlı məsələləri bir nömrəli problem kimi önə çəkirsə, Azərbaycan parlamenti Qarabağı kimdən tələb etməlidir? Parlament deputatı ölkə rəhbərindən, digər dövlət orqanlarından nəyi tələb etməlidir? Ölkə rəhbəri qatıldığı hansı tədbirdə, görüşdə torpaqların işğaldan azad olunması ilə bağlı çıxış etmir ki? Baxın, cənab Prezidentin bütün çıxışlarının əsas qayəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasıdır. Dünyanın ən böyük təşkilatlarında bu məsələlər qabardılır. O ki qaldı parlamentdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasına, hələ Ulu Öndərin dövründə bu məsələ parlamentdə dəfələrlə müzakirəyə çıxarılıb. Məsələnin həlli prosesinin bir neçə variantı – siyasi, siyasi-iqtisadi, iqtisadi-hərbi tərəfi müzakirə edilib. Məlum faktdır ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan dövlətinin apardığı siyasətin, xüsusilə də, xarici siyasətin mərkəzindədir. Amma deputatın torpaqların işğaldan azad olunmasını Azərbaycan dövlətindən tələb etməsinin məntiqini özüm üçün hələ də aydınlaşdıra bilmirəm. Axı biz kimdən nəyi tələb edirik? O nöqteyi-nəzərdən bəzi adamların bu cür münasibəti qeyriciddidir. Xüsusilə də, bu məsələdə əhalisi məcburi köçkün olan rayonlardan seçilən deputatları torpaqlarımızı tələb etməməkdə suçlamaq kökündən yanlışdır. Mən özüm Laçın rayonundanam, məcburi köçkünəm. O yanan evin bir sahibi də mənəm. O dağılan bağ-bağatın bir sahibi də mənəm. Babasının, dədəsinin, nənəsinin, anasının qəbri işğalda qalan adamlardan biri mənəm. Məktəbi dağılan insanlardan biri mənəm. Bağçası dağılan insanlardan biri mənəm. Xəstəxanası dağılan insanlardan biri mənəm. Eliobası pərən-pərən düşən insanlardan biri mənəm. Kim deyə bilər ki, kimsə vətənini məndən daha çox sevir və yaxud mən ondan çox sevirəm?! Heç kəs bu iddiada ola bilməz. Torpaq işğaldan azad olunanda ən çox sevinən insanlardan biri də mən olacağam. Xəyal məni aparıb haralara çıxarmır ki?! Yay gələndə millət vəkilləri uşaqlarını götürüb öz rayonlarına getdikləri halda, biz öz rayonumuza gedə bilməməyin acısını yaşayırıq. Əlbəttə, bu, paxıllıqdan doğan həsəd deyil, yurd nisgilinin göynərtisidir. Yəni hər bir insan o hissi öz içində keçirir, istər deputat olsun, istər icra başçısı olsun, istər nazir olsun, istər varlı olsun, istər kasıb olsun, müəllim olsun, həkim olsun. Hansı sənətin sahibi olmasından asılı olmayaraq bizim hamımızın bir vətən həsrətimiz var. Torpaqların işğal altında qaldığını nəinki mənim, vətən həsrəti ilə yaşayan insanların heç birinin yadına salmağa ehtiyac yoxdur.
– Ötən müsahibələrinizdə də demişdiniz ki, deputatlıq da, vəzifə də gəldi-gedərdir, laçınlılıq isə daimidir. Yenə də öz aktuallığını qoruyan bu fikirlərə nəsə əlavə edərdinizmi?
– Siyasi mübarizənin ruhundan irəli gələn məsələ ondan ibarətdir ki, müəyyən qütbləşmələr olur. Çox şükürlər olsun ki, biz hələ 2015-ci il seçkilərində bu qütbləşməni minimuma endirməyi bacardıq. Keçən dəfə də demişəm, bu gün də deyirəm, eyni seçki dairəsində mənimlə bərabər mübarizəyə qoşulan insanlara da çatdırılmasını istəyirəm ki, bu mübarizə müvəqqətidir. Ən vacibi eyni yerdən, eyni obadan, eyni yurddan olmaq təəssübkeşliyimizi, düşüncəmizi itirməməkdir. Çünki biz istəsək də, istəməsək də, sabah istənilən qeyri laçınlının, Allah bizə həmişə şadlıq qismət eləsin, xeyrində-şərində qarşılaşan, bir-birimizə salam verən insanlarıq. Hətta özümüzün yaxşı münasibətlərimiz olmasa belə, dostlarımızın, doğmalarımızın kəsişən nöqtələri çoxdur. Hər birimiz yaxşı bilirik ki, bizim aramızda olan bu mübarizə yalnız siyasi mübarizədir və fevralın 9-da bitəcək.
– Həm əhalisi məcburi köçkün rayonlardan birinin deputatı olmaq, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsini icra etmək çətin deyil ki? İşlərinizi necə tənzimləyirsiniz ki, bütün məcburi köçkünlər, o cümlədən seçiciləriniz daha çox faydalana bilsinlər?
– Bəli, 2018-ci ilin noyabr ayında mənə yeni bir etimad göstərildi. Həmin vaxtdan deputatlıq fəaliyyətimlə yanaşı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsini də ictimai əsaslarla icra etdim. Təbii ki, bu bizi seçən insanlara, bizə etimad göstərən insanlara xidmət etmək üçün əlavə imkanların verilməsi demək idi. Düzdür, fond direktoru olaraq işğal altında olan bütün rayonların əhalisinə xidmət göstəririk. Söz yox ki, məcburi köçkünlük, qaçqınlıq həyatı yaşayan insanların hər birinin problemi ilə məşğuluq və bu məsələdə ayrı-seçkiliyə yer yoxdur. Amma bu vəzifənin mahiyyəti elədir ki, bütün hallarda eyni kateqoriyaya aid olan insanların problemlərini daha yaxından öyrənmək imkanı qazanırsan. Mövcud problemləri həll olunan insanların arasında səni seçən, sənə etimad göstərən insanları da görmək adamı ikiqat sevindirir. Bir də bu vəzifəni icra etmək mənə ona görə rahatdır ki, bu sahədə olan problemlərlə yaxından tanışam. Yəni bu həyatı mənə izah etməyə ehtiyac qalmır. Çünki bu həyatı özüm yaşamış biriyəm. Deyirəm ki, mənə yataqxanada başına su daman məcburi köçkün haqqında heç kim danışmasın. Çünki o başına su damanın biri mənəm. Hansısa bir məcburi köçkün anasının, bacısının növbəliklə yataqxananın dəhlizini təmizləməsini də mənə xatırlatmayın. O ananın, o bacının biri də mənim anam-bacım olub. Yəni bu həyatın bütün acılarını, bütün çətinliklərini görmüş biriyəm. Bu baxımdan iç-içə olduğun problemin həlli üçün ürəyini qoyursan, eyni zamanda imkanların arzularınla üst-üstə düşdüyü üçün, kimlərisə sevindirə bildiyin üçün ikiqat-üçqat rahatlıq tapırsan. Mən sizdən heç gizlətməyəcəyəm. 2015-ci ildə mən parlament seçkilərinə qatılanda siz də, təbii ki, bizimlə bir yerdəydiniz. O zaman Ağcabədinin Taxtakörpü qəsəbəsində məcburi köçkünlərlə görüşmüşdüm və bu insanların nə qədər ağır şəraitdə yaşadıqlarının şahidi olmuşdum. Seçki ərəfəsində də, parlament seçkilərindən sonra da mənə seçicilərin arzu və istəklərini çatdırmışdılar. Həmişə düşünürdüm ki, ilk növbədə eyni arzuları ümumiləşdirib həyata keçirək. Məsələn, Masazırda yerləşən Çıraqlı kənd orta məktəbi üçün yeni binanın tikilməsi ilə bağlı mənə müraciət olunmuşdu. Maliyyə nazirindən xahiş etdim, məsələ müsbət həllini tapdı. Məni ən çox narahat edən isə Taxtakörpünün acınacaqlı vəziyyəti idi. Eyni zamanda mən rayonların məskunlaşma səviyyəsinə baxanda görürdüm ki, yeni binalarda məskunlaşanlar arasında ən az Laçın rayonundan olan sakinlərdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri olmaq mənə əlavə bir imkan verdi ki, ümumi mənzərə ilə daha yaxından tanış olum. Bir il bundan öncə Ağcabədinin Taxtakörpü ərazisində 645 evdən ibarət yeni bir qəsəbənin tikintisi ilə bağlı cənab Prezidentin tapşırığını uğurla həyata keçirərək bu il açılışını etdik. Artıq orada 3 böyük məktəb, eyni zamanda uşaq dünyaya gətirmək üçün xüsusi palata ilə təmin olunmuş xəstəxana fəaliyyət göstərir. Allaha min şükürlər olsun ki, neçə illərdir ürəyimdə gəzdirdiyim bir arzu da gerçəkləşdi və bu problemi də həll edə bildik. Laçın rayonunun orta məktəbləri, bağçaları, xəstəxanaları və rabitə qovşağının yeni müasir binalarda yerləşdirilməsi də son 4 il yarımlıq fəaliyyətimizin bir hissəsidir. Yeni mənzillərlə təmin olunan laçınlı məcburi köçkünlərin sayında da nəzərəçarpacaq artım var. Xatırladım ki, bütün bunlar ölkə başçısının rəhbərliyi ilə qəbul edilən Dövlət Proqramı əsasında həyata keçirilir. Bu nöqteyi-nəzərdən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olmağım bu problemlərin həll edilməsində mənə əlavə stimul verir. Hesab edirəm ki, hələ qarşıda görəcəyimiz işlər çoxdur. Zaman gəldikcə, imkanlarımız artdıqca digər problemlərin də həllini həyata keçirə biləcəyik.
– Bu da sirr deyil ki, deputatdan ən çox narazılıq fərdi problemlərin həllinə görə olur. Şəxsi məsələlərlə bağlı müraciətlərə necə baxırsız?
– Mən 2015-ci ilin parlament seçkilərində seçicilərimlə görüşəndə də deyirdim ki, fərdi xahişlərin yox, kollektiv mahiyyət daşıyan xahişlərin həyata keçirilməsinə çalışacağam. Parlament fəaliyyətim dövründə də şahid oldum ki, əgər bir fərdin hansısa xahişini həyata keçirə bilirsənsə, başqa bir fərdin başqa formada olan xahişini həyata keçirə bilmirsənsə, o fərd səndən narazı qalır. Ümumi xahişləri yerinə yetirmək isə ona görə asandır ki, xahiş edənin şəxsi marağı yoxdur. Həmin xahişləri əlaqədər qurumlara, məsul şəxslərə çatdırmağa da utanmırsan. Çünki belə xahişlər qınaq yox, rəğbət yaradır. Həllini tapanda da faydalanan insanların sayı çoxalır. Tutaq ki, İsmayıllının hansısa kəndində yaşayan 60 laçınlı ailənin, orta hesabla 300 nəfərin yol problemi var. Bu problemi müvafiq orqanların qarşısında qaldırıb həllinə nail olanda 60 ailə yararlanır. Oxşar hallarla vaxtaşırı rastlaşırıq. Beyləqanın bir kəndində 16 ailəyə işıq transformatoru lazım idi. Problemi həll edə bildik. Lakin ola bilsin ki, həmin 16 ailədən hansınınsa fərdi xahişini isə müəyyən səbəblərdən yerinə yetirmək mümkün olmayıb. Xalqımızın həssas təbəqəsi olan şəhid ailələrinin, Qarabağ əlillərinin və veteranlarının fərdi xahişlərinə münasibətim isə tamamilə fərqlidir. Vətən uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin ailə üzvlərinə, Vətən savaşında sağlamlıqlarını itirən qazilərimizə maddi və mənəvi dayaq durmaq hər birimizin müqəddəs borcudur. Düşünürəm ki, bir tərəfdən, dövlətimizin diqqət və qayğısı, digər tərəfdən, şəxsi nüfuzumuz, dostlarımızın qaldırılan problemlərə müsbət münasibət bildirməsi sayəsində bu kateqoriyadan olan insanların xahişlərini mümkün qədər həll edə bilmişik. Əlbətdə, həllini tapmamış problemlər də kifayət qədərdir. Nə qədər ki cəmiyyət var, insan var, problemlər də olacaq. Bizim üzərimizə düşən isə yorulmadan çalışmaqdır.
– Milli Məclisdə fəaliyyətiniz necə yadda qaldı? Nələri edə bildiniz, nələri etməyə çatdırmadınız? Seçicilərinizlə təmaslarınız hansı səviyyədə baş tutdu? Əgər yenidən seçilsəniz nələri həyata keçirməyi planlaşdırırsız?
– Parlament həyatına qədəm qoyduqdan sonra çalışdıq ki, millətimiz üçün, bizi seçən insanlar üçün əlçatan olaq. Bu əlçatanlığın vasitələri telefonla əlaqələr, sosial şəbəkələr, Milli Məclisdə, laçınlıların kompakt yaşadığı yerlərdə keçirilən qəbullar, eləcə də xeyir-şər məclislərində olan görüşlərdir. Çalışdıq ki, insanlarla münasibətlərimizi dəqiq quraq. Amma etiraf edim ki, təmaslarımız yenə istədiyimiz səviyyədə deyil. Təbii ki, bu aktivliyi artırmaq lazımdır. Məsələ burasındadır ki, Laçın rayonunun insanlarının yerləşməsi də digər məcburi köçkün rayonlarının yerləşməsindən çox fərqlidir, dağınıqdır. Əhali 58 rayonda məskunlaşıb. Məsələn, Lənkəranda bir laçınlı ailə yaşayır, Zabux kəndindəndir. Orada 42 ailə üçün tikilən binada həmin ailəyə də mənzil ayrılacaq. Cəlilabadda məskunlaşan 3-4 laçınlı ailə ilə də görüşmüşük. Onlardan biri Kürdəmirdə, digərləri isə öz istəklərinə uyğun olaraq Ağdamda salınmış qəsəbədə, Cəlilabadda mənzillə təmin olunacaqlar. Xaçmaz rayonunda Laçından cəmi 12 məcburi köçkün ailəsi var. Bu ailələrlə gedib görüşmək, onların problemlərini dinləmək həm vaxt, həm fiziki baxımdan çətin olsa da, imkan daxilində əlaqə qurmağa çalışmışıq. Kompakt yaşayan məcburi köçkünlərimizlə əlaqə yaratmaq isə daha rahatdır. İndi seçki ərəfəsindəyik. Ən çox seçki məntəqəsi də Laçın rayonundadır, 100-dən artıq məntəqəmiz var. Hətta əhalisi, seçiciləri rayonumuzun əhalisindən, seçicilərindən çox olan digər məcburi köçkün rayonlarının seçki məntəqələri bizdəkindən azdır. Onu da vurğulayım ki, Azərbaycanın həyatında yeni bir dönəm başlayır. Biz Laçın rayonundan olan gənclərin potensialından yetərincə istifadə etməliyik. Onları rayonumuzun elm, təhsil, mədəniyyət, iqtisadiyyat, sahibkarlıq və digər sahələrdə tanınmış insanları ilə görüşdürməyi planlaşdırırıq. Həm biri-birinə həyat təcrübəsini aşılaya bilsinlər, həm də şəxsi münasibətləri yaransın. Rayonumuzun ölkə miqyasında sayılıb-seçilən insanlarına oxşamaq istəsinlər. Bundan əlavə, məcburi köçkün qəsəbələrində məşğulluğun artırılması, pulsuz xarici dil kurslarının təşkili də gələcək planlarımıza daxildir. Bir prizmadan baxanda 4 il yarım o qədər də böyük zaman məsafəsi deyil, amma başqa prizmadan baxanda həm də xidmət üçün böyük bir zamandır. Elə məsələlər var ki, həll etmişik, elə məsələlər var ki, təməl prinsipini qoymuşuq. Bəzi arzularımız da var ki, zamanı yetişəndə yerinə yetirəcəyimizə inanırıq.
– Son olaraq seçicilərinizə və siyasi rəqiblərinizə sözünüz...
– Seçicilərimə, həm də siyasi rəqiblərimə sözüm ondan ibarətdir ki, bu seçki prosesində aktiv olsunlar. Seçkidə iştirak etmək bir vətəndaşlıq borcudur. Kimə səs vermələrindən asılı olmayaraq, seçici fəallığı nümayiş etdirməlidirlər. Seçki qutusunun başında fikirləşməyə də vaxtları olacaq. Onları parlamentdə ləyaqətlə təmsil edəcəklərinə inandıqları, axtaranda tapa biləcəkləri, xeyirdə-şərdə yanlarında olan, şəhid ailələrinə ehtiram göstərən, Qarabağ əlilinin probleminə biganə qalmayan insanı seçərək ən layiqli namizədə səs versinlər. İnanıram ki, Laçın rayonunun sakinləri, bütün seçkilərdə olduğu kimi, qarşıdakı seçkidə də öz seçici mədəniyyətini nümayiş etdirərək bu fəallığı qoruyub saxlayacaqlar. Öz rəqiblərimə də uğurlar arzulayıram. Qoy ən güclü qalib gəlsin.
Laçın yurdu – №1(24), 2020
Xəbərin oxunma sayı : 403
Müsahibə
Xəbərlər
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
-
“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
-
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
-
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - Siyahı
-
Şadlıq evləri toy qiymətlərini artırdı - VİDEO
-
Avto-icbari sığortada ən çox şikayət edilən şirkətlər - SİYAHI
-
“Tramp danışıqlar üçün İrana yalvarırdı...“ - Abbas Əraqçi
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - VİDEO
-
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - TƏFƏRRÜAT/FOTO
-
Azərbaycanda un neçəyə satılır? - Topdansatış qiymətləri
-
“Saxta nikah“, məcburiyyət, aldatma - Nikah hansı hallarda etibarsız sayılır?
-
DİN-dən onlayn alış-verişdə kiberdələduzluqla bağlı – Xəbərdarlıq
-
Azərbaycanda ucuz avtomobillər hərracda - 600 manatdan başlayır
-
Ermənistan Aİİ üzrə referendum keçirməsə, addımlar atılacaq - Qaluzin
-
“Mirana Luxury“ şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyona
-
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
-
“Heyvan alıb satacağıq, qazanc verəcəyəm“ - Bakıda vətəndaşları aldadana CƏZA
-
Korte Bəyannaməsi“ qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
-
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb - DSMF
-
“Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir“ – Rusiya XİN
-
I qrupda təhsil haqları: ən ucuz və ən bahalı ixtisaslar
-
Milyonluq fırıldaq və 25 arvad - Hindistanda kuryoz hadisə
-
Azərbaycanın strateji valyuta ehtiyatları 86,8 milyard dolları ötüb - Statistika
-
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - VİDEO
-
Biləcəridə bina sakinlərinin hotel kabusu - “Gecələr rahatlığımız pozulub“ + VİDEO
-
Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
-
Azərbaycandan Türkiyəyə göndərilən cehizlik əşyaların ünvana verilmir - VİDEO
-
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
-
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
-
İran Ukraynaya ultimatum verdi - “Kiyevdən qisas alınacaq...”
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
-
MİQ müsabiqəsi: ümumi vakansiya seçimi mərhələsi başlayır
-
“Azərbaycanda işləmək məni həyəcanlandırır“ - Ceki Çan
-
“PAŞA Bank“ın kredit portfeli sürətlə böyüyüb - Rəqəmlər
-
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi - SİYAHI
-
Kiberpolis əməliyyat keçirdi: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi (VİDEO)
-
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı qalxıb - Son 6 ayda
-
Şıxov çimərliyində iki qadın dənizdə boğuldu - FHN axtarışa başladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda 60 mindən çox iş yeri boş qalıb - Vətəndaşlar niyə bu işlərə maraq göstərmirlər?
-
Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət
-
Dövlət avtomobilləri satışa çıxarılır: Sentyabrın 15-də növbəti hərrac keçiriləcək
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olub? - STATİSTİKA
-
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi – Sahəsi 1 480 kv. metrdir
-
Bu şəxslərin evi hər an sökülə bilər - Bakıda yeni proses başlayır
-
“Atəşgah Sığorta“ 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
-
Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
-
“Məqsəd Aİ-dən pul qoparmaqdır“ – Belarusdan Latviyanın sərhəd qərarına etiraz
-
Bu ölkələrdəki səfirlər geri çağrıldı- Yeni təyinatlar edildi + DOSYELƏR
-
Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
-
“Məkkə razılaşmasından narahatlıq üçün əsas yoxdur“ - İran XİN
-
Yerə yeni maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
-
Birinci kurs tələbələrinin yaşadığı əsas problem - “Universitetlər bunu etməlidir”
-
Azərbaycanda ən çox böyüyən sığorta şirkətləri - SİYAHI
-
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
-
Qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərini bu şirkət tikəcək - 5.2 milyon alacaq
-
Müharibənin gedişində əsas dəyişiklik: Ukrayna döyüşləri Rusiya ərazisinə daşıyır
-
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
-
DOST Agentliyinin “dostu“... - “İnnova İnşaat“ 11 milyonluq tenderlərin qalibi olub
-
Almaniya səmasında nə baş verir? - UNO müşahidələrində rekord
-
Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət etdi - Elnarə Canlı ilə bağlı
-
Litvanın Baş naziri İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə - Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri...
-
Ötən həftə 925 yanğına çıxış olub - 10 meyit aşkarlanıb
-
Mourinyo yeni transferi bəyənmədi - “Məzuniyyətdə futbolla əlaqəsini kəsib...“
-
“Yol çəkilib, amma keçid qoyulmayıb“ - VİDEO
-
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” - Qaluzin
-
Azərbaycanda yaşlılar daha çox, gənclər daha az boşanır - RƏQƏMLƏR
-
“Müharibə zamanı Azərbaycan bizə çox kömək oldu” - Pezeşkian
-
Vaşinqtondan Kiyevə kritik yardım: Rusiya obyektlərinin koordinatları verilir
-
Zaqatala icra başçısının sürücüsü qəzada öldü - FOTO
-
Bakının iki rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Toylar başlayır - Şadlıq evləri qiymətləri artırıb - VİDEO
-
“Misir də bu ittifaqına qoşula bilər...“ - Hakan Fidan
-
ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək - İrandan xəbərdarlıq
-
Kasko sığorta ilə bağlı yeni yanaşmalar tətbiq olunacaq - VİDEO
-
Magistratura üzrə təhsil müddətinin 1 ilə endirilməsi təklif olunur - VİDEO
-
Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
-
ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq - Əraqçi
-
Xmeymim və Tartus bazaları təlim mərkəzi olur - Suriya və Rusiya razılaşdı
-
Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO
-
Kosova parlamentində ölkdeputat baş nazirə yumurta atdı - VİDEO
-
Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb?
-
Ay Günəşi kölgəsində gizlədəcək - 30 il sonra ilk dəfə
-
İki il təhsil, yoxsa iş təcrübəsi? - Magistratura üçün yeni yanaşma TƏKLİFİ
-
Bakı və Abşeronda güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanlı fəalların müəmmalı ölümləri - Güneydən həyəcanlı xəbərlər
-
Suriyadan qaçan keçmiş kəşfiyyat rəisi Rusiyada ola bilər - “BBC News”
-
Wikipedia-nın qurucusundan sarsıdıcı sensasiya – ABŞ kəşfiyyatı məqalələri...
-
“David Seliverstov“ dələduzluq layihəsinin arxasında kim dayanır? - “Magen David“dən deputatın adına uzanan zəncir
-
Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - Səbəblər və gözlənilən yeniliklər
-
Müctəba Xamenei üzə çıxdı, 5 aydan sonra ilk görüntüləri yayıldı - VİDEO
-
Fırıldaqçıların yeni silahı: Süni intellekt - Bunları etməzdən əvvəl diqqətli olun
-
Sabah dağətəyi rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ
-
Tələbələr üçün yeni məcburiyyət: Yaşamadıqları mənzilin kirayəsini ödəyirlər
-
Bakıda magistralla qaçan cins atlar kimindir? - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Video
-
Xaricə gedənlərin DİQQƏTİNƏ: Səyahət sığortanız ən lazım olan anda işə yaramaya bilər
-
Rusiya Xarkova zərbə endirib - Ölən və yaralananlar var
-
Orban vəzifədən azad etmişdi - Prezidentliyə namizəd oldu
-
“Məkkə sazişinə oxşar anlaşma Qafqaz ölkələri ilə də imzalana bilər“ - Fidan
-
Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?
-
Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)
-
İran Hörmüzlə bağlı yeni tələblər irəli sürdü - Boğazın açılması mümkünsüz hala gəlir
-
Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB açıqladı
-
Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır
-
Nikol Paşinyan İlham Əliyevə zəng etdi - Nə danışılıb?
-
Qatar gecikdiyinə görə Bakıya taksiylə gəldi: ADY pulunu geri qaytaracaq
-
17 yaşlı yeniyetməni nişanlayanlar jurnalistlərə hücum etdilər – Video
TOP 10
ARXİV






