Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların adları bəlli oldu – SİYAHI

Tarix 13.02.20, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın “quş qripi” və yeni koronavirus xəstəliyindən qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli “quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.

Bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Yüksək patogenli “quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:

Yüksək patogenli “quş qripi” üzrə:

– Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)

– Zoopark quşları, vəhşi və ov quşları

– İnkubasiya yumurtası

– Süfrə yumurtası və yumurta məhsulları

– Quş sperması

– Quş əti (soyudulmuş, dondurulmuş və s.)

– Quş əti məhsulları

– Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)

– Quş tükü və lələkləri

Koronavirus üzrə:

– İsti və soyuqqanlı vəhşi heyvanlar

– Zoopark heyvanları

– Vəhşi heyvanların trofeyləri

– Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)

– Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)

– Heyvan mənşəli ət məhsulları

– Ev heyvanları

– Quş və quş məhsulları

Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub/Report.



Xəbərin oxunma sayı : 430




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap