Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi: “Əlimdə irimiqyaslı korrupsiya faktları var“

Tarix 13.02.20, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib.

AzFakt.com interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində müraciət yayımlayıb. Prezidentin nəvəsi ona ölkəsində təzyiq göstərildiyini qeyd edib. Bildirib ki, əlində Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya faktlarına dair məlumatlar var. O, bununla bağlı bütün detalları "Times" qəzetinə verdiyi müsahibəsində oxuya biləcəyinizi qeyd edib.

29 yaşlı Aysultan Nazarbayev 2019-cu ildə Londonda bir polis əməkdaşına hücum etdiyi üçün saxlanılaraq, şərti cəzaya məhkum edilib.

"Nazarbayev narkotik maddələrin təsiri altında polisə müqavimət göstərib və birini vurmaq istəyib. İstintaq məlumatına görə, o, polis əməkdaşının əlində dərin iz buraxıb", - deyə BBC yazıb.

Məhkəmə buna görə, ona 18 ay sınaq müddəti və narkotik asılılığından müalicə, ictimai işlərə cəlb və pul cəzası tətbiq edib.

Aysultan Nazarbayev Qazaxıstanın sabiq prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. 

Qeyd edək ki, Dariqa Qazaxıstan Senatının sədridir. (qaynarinfo)



Xəbərin oxunma sayı : 211




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap