Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda onlyan narkotik satan şəbəkə ifşa edildi - Sensasiyalı təfərrüatlar

Tarix 15.02.20, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


Mahmud Hacıyev: “Narkotik vasitələr ticarətindən hər il azı 30 milyard avro qazanırlar”

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin rəhbərləri İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və qohumu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. 

Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Müəyyən olunub ki, dəstə üzvləri gizli pərdələyici üsullardan istifadə edərək “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər. Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları, aralarındakı gizli sövdələşmələrin səs yazıları da müəyyən edilib.



Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı Ağayar Ağazadənin anası Elvira Ağayevada cəmlənib. 

Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib. Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkələrə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər. Qeyd edək ki, metamfetamin ağ kristal maddədir və yüksək asılılıq yaratmaq potensialına malik psixostimulyatordu. Narkotikin təsiri bitdikdən sonra insanda dərin ruh və fiziki düşkünlük yaranır. Davamlı olaraq ondan istifadə edən şəxslər intensiv çəki itkisinə məruz qalırlar. Metamfetaminin davamlı olaraq qəbulu insan sağlamlığı üçün geri dönüşü olmayan nəticələrə - və ən nəhayət ölümə səbəb olur.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, onlayn narkotik satışının qarşısının alınması üçün atılan addımlar və əldə olunan nəticələr uğurlu olsa da, cinayətkar şəbəkələrin hər dəfə yeni üsullardan istifadə edirlər:“Azərbaycan polisinin rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirməklə 27 nəfəri həbsi uğurlu əməliyyatdır. Bu yaxşı planlaşdırlmış əməliyyatın nəticəsidir. Bu gün bütün dünyada belə narkotik satışı var. Rusiyada sintetik narkotiklərin satışı əsasən bu şəkildə gerçəkləşdirilir. Əvvəllər daha çox təbii tərkibli narkotiklərə üstünlük verilirdisə, hazırda kimyaçıların hazırladığı sintetik narkotiklər dövriyədədir. 

Sintetik narkotiklə təbiilərdən fərqli olaraq daha güclü təsir edir, daha tez asılılıq yaradır. Müvafiq olaraq daha tez ölüm baş verir. Hüquq-mühafizə orqanları onlayn satılan narkotiklərin satıcılarını saxlamaqda daha çox səy göstərməli olurlar. Bu ənənəvi üsul deyil və satıcıların, bu şəbəkələrin izinə düşmək, onları ifşa etmək də o qədər də asan deyil. Yəni narkotiki onlayn satanı və yayanı tutmaq daha çətindir, nəinki küçədə-evdə narkotik satanı həbs etmək. İstifadəçilərin həbsi problemi aradan qaldırmır. Onlayn narkotik satışı belədir ki, alan narkotiki satanı tanımır. Pulunu onlayn ödəyir, narkotiki də ona poçtla göndərirlər. Və ya əvvəlcədən müəyyən olunan yerdən gedir götürür. Faktiki istifadəçi saxlanılanda da onun onlayn satışı təşkil edənlər haqda məlumatı olmur. Həm də bu gün bir ünvandan satılan, pulu müəyyən ödəmə sistemi ilə alınan narkotiki bir neçə gün sonra daha fərqli elektron ünvandan və digər onlayn ödəmə sistemi vasitəsi ilə alırlar”.

Mahmud Hacıyev ile ilgili görsel sonucu

Mahmud Hacıyev musavat.com-a deyib ki, hüquq-mühafizə orqanlarından onlayn narkotik satış şəbəkələrini müəyyən etmək üçün peşəkarlıq tələb olunur: “Avropa İttifaqının Narkotiklər və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) 2019-cu ildə yaydığı hesabatda narkotik ticarətinin tədricən internet vasitəsilə aparıldığı vurğulanıb. Eyni zamanda, Avropaya narkotik vasitələr gətirən qaçaqmalçıların insan qaçaqçıları ilə sıx işbirliyi tendensiyasının artdığı ifadə edilib. Hesabatda bildirilib ki, 2017-ci ildə cinayətkar dəstələr təkcə çətənə satışından 11,6 milyard avro əldə ediblər. Eləcə də kokaindən 9,1 milyard avro, heroindən 7,4 milyard avro və amfetaminlərdən 1 milyard avro dövriyyəsində də artım mövcuddur. Ümumilikdə cinayətkarlar Avropada narkotik vasitələr ticarətindən hər il azı 30 milyard avro qazanırlar. Bu gün Azərbaycan polisində belə şəbəkələri müəyyən etmək üçün kifayət qədər təcrübəli, peşəkar kadrlar var. Təsəvvür edin ki, Rusiyada 3 vilayətdə - Kirov, Tümen və Rostovda sintetik narkotiklər çox yayılıb. Rostov vilayəti də Azərbaycana yaxındır. Tümendə də 600 minə yaxın azərbaycanlı yaşayır. 1 il ərzində təkcə 1 vilayətdə sintetik narkotiklərdən istifadə edən 500-600 nəfər dünyasını dəyişib. Sintetik narkotikləri istifadə edənlər sadəcə beyinsiz məxluqa dönürlər. Beynin ardınca ürək-damar sistemini ləğv edir və ölüm baş verir. 1 ay əvvəl Sankt-Peterburqun 100 kilometrliyində, sovet dövrünün atılmış zavodlardan birinin anbarında 8 ton sintetik narkotik aşkar olunub. Məsələ belə olub ki, sahə müvəkkili öyrənib ki, anbarda yuyucu vasitələr, tozlar hazırlanır. Beləcə ora baxış keçirilib. Məlum olub ki, anbarda xüsusi bahalı avadanlıq quraşdırılmaqla sintentik narkotik istehsal olunur. Həmin 8 ton sintetik narkotik qablaşdırmada olub və MDB məkanına dağıdılması nəzərdə tutulub. 5 nəfərlik dəstə ələ keçib. Dəstənin 2 üzvü kimyaçıdır. 8 ton sintetik narkotiki qramla satıb nə qədər insanı zəhərləyəcəkdilər. Sintetik narkotiklər istifadəçilərdə 2-3-cü dəfədən sonra asılılıq yaradır. Təbii narkotiklərdə isə alışqanlıq, asılılıq daha uzun zamanda olur və ölüm halları da daha azdır. İstənilən halda narkotikdən uzaq durmaq lazımdır”.

Qeyd edək ki, “Baba” və “Orxan XX”nin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.








Xəbərin oxunma sayı : 733




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap