Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İrandan Azərbaycana gələn daha 23 nəfər xəstəxanasına yerləşdirildi – Koronavirisa görə

Tarix 25.02.20, 19:09

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İrana ziyarətə gedənlərdir”.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına məsələyə həssas yanaşmağı, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 31-ə çatıb. Bunlardan 6-sı 1 saylı Kliniki Tibbi Mərkəzdə, 2-si isə xüsusi ayrılmış tibb müəssisəsində həkim nəzarətindədir.



Xəbərin oxunma sayı : 850




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap