Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sumqayıtda bir nəfəri güllələyib basdıran şəxs saxlanıldı - Video

Tarix 26.02.20, 22:59

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl Sumqayıtda çay evinin sahibi güllələnərək öldürülüb, daha sonra izi itirmək məqsədi ilə meyti yarımçıq tikilidə basdırılıb.

AzFakt.com xəbər verir ki, ağır cinayəti törətməkdə təqsirləndirilən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin 50 yaşlı sakini Eldar Cabbarov ötən gün Bakıda polis tərəfindən tutulub. Saxlanılan şəxs istintaq tədbirləri aparılması üçün Sumqayıt prokurorluğuna təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, E. Cabbarov həmin qəsəbənin ``Şirvan`` yaşayış massivində yaşayan çay evinin sahibi 43 yaşlı Zaur Mircəfərovun qətlində iştirak edib. O da məlum olub ki, Zaur Mircəfərov fevralın 21-də itkin düşüb. Həmin vaxt onun Abşeron rayonunun Masazır qəsəbəsində ``Qurtuluş - 93`` yaşayış massivində olması məlum olub. Burada onunla Eldar Cabbarov arasında münaqişə yaranıb. Elə hər şey də bundan sonra olub.

Kriminalistlər zərərçəkmişin meyitini təqsirləndirilən şəxsin göstərdiyi yerdə taparaq çıxarıblar. Polisdən verilən məlumata görə, bu il yanvarın 21-də Eldar Cabbarovun hədə-qorxu ilə pul tələb etdiyi üçün axtarışa verildiyi məlum olub. Bundan əlavə o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilib. Zaur Mircəfərovun qətli ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir. Qətlin motivi müəyyənləşdirilir. /"Xəzər Xəbər"








Xəbərin oxunma sayı : 703




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap