Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Salyanda dəhşətli qətl: kişi keçmiş arvadını qətlə yetirdi, sonra evi yandırdı

Tarix 27.02.20, 10:53

Font ölçüsü : - / +
bitmap-img6


Salyanda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər tezdən Salyan şəhəri, Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Ələkbər Fərhad oğlu keçmiş arvadı, 1970-ci iltəvəllüdlü Hüseynova Nübubət Əlifağa qızıgilə gəlib.

İlkin məlumata görə, darvaza bağlı olduğundan hasardan həyətə düşüb. O, həyətə girən zaman oğlu Fərhad Hüseynov evdə, keçmiş arvadı isə hamamın qarşısında olub. Ələkbər Hüseynov arvadını hamamın qarşısında qətlə yetirib. Əvvəlcə həyətdəki “Jiquli” markalı avtomobili yandıran Ələkbər Hüseynov fərdi yaşayış evinə od vuraraq hadisə yerindən uzaqlaşıb. Könüllü olaraq şöbəyə gələn Ələkbər Hüseynov polisə təslim olub.

Qeyd edək ki, ər-arvad bir il bundan öncə rəsmi olaraq boşanıb. Hadisəyə mülk bölgüsünün səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Xəbərin oxunma sayı : 562




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap