Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“NATO müttəfiqləri Türkiyə ilə tam həmrəy olduğunu bəyan edir” – Stoltenberq

Tarix 28.02.20, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiyanı və Əsəd qüvvələrini hava hücumlarını dayandırmağa çağırırıq”.

Bunu NATO baş katibi Yens Stoltenberq NATO Şurasının Suriyadakı vəziyyətlə bağlı keçirilən fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, fevralın 27-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub və onlar Suriyadakı vəziyyəti müzakirə ediblər: “NATO müttəfiqləri İdlibdəki hücumlar nəticəsində türk əsgərlərinin həlak olması ilə bağlı başsağlığı verir və Türkiyə ilə tam həmrəy olduğunu ifadə edir”.

NATO baş katibi Bəşər Əsəd rejiminin və Rusiya qüvvələrinin İdlib vilayətinə etdiyi hava hücumlarını şiddətlə qınadığını vurğulayıb: “Mən onları hücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə və BMT-nin sülhün əldə olunması istiqamətində səylərini dəstəkləməyə çağırıram. Bu təhlükəli vəziyyət aradan qaldırılmalıdır. Biz tərəfləri sülhü bərpa etməyə çağırırıq”.

Stoltenberq qeyd edib ki, son hadisələr regionda humanitar vəziyyəti də çətinləşdirir, habelə İdlibdə təhlükəyə məruz qalan mülki vətəndaşlar üçün humanitar keçid təmin olunmalıdır: “Bu gün keçirilən görüş Türkiyə ilə həmrəy olduğumuzun göstəricisidir. Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir. Türkiyə həm də Suriyadakı vəziyyətin təsirinə ən çox məruz qalan NATO müttəfiqidir. Türkiyə ən çox terror hücumlarından əziyyət çəkib və milyonlarla qaçqına ev sahibliyi edir. NATO müxtəlif addımlarla Türkiyəni dəstəkləməyə davam edir. NATO vəziyyəti diqqətlə izləməyə davam edəcək”.

NATO baş katibi əlavə edib ki, o Türkiyəyə NATO müttəfiqlərini Suriyadakı son vəziyyətlə bağlı məlumatlandırdığı üçün təşəkkür edib. (APA)



Xəbərin oxunma sayı : 535




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap