Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Koronavirus müharibə fitilini alovlandıra bilərmi? - TƏHLİL

Tarix 13.03.20, 21:01

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın müdafiə naziri David Tonoyan martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Andjey Kaspşiklə görüşüb. Həmin görüşdə erməni nazir az qala Kaspşikə yalvarıb ki, ATƏT nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddi boyunca atəşkəsin riayət olunmasına nəzarət etsin. Tonoyan deyib ki, İrəvan sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır.

Ermənistanın müdafiə naziri gələcək aylarla bağlı Kaspşikə başqa narahatlığını da çatdırıb. Erməni nazirin sözlərinə görə, bölgədəki gərgin vəziyyətə dünyada ağırlaşan iqtisadi və epidemioloji (koronavirusu nəzərdə tutur) əlavə etsək, təmas xəttində durumun gərginləşəcəyini gözləmək olar. Tonoyan demək istəyir ki, guya Azərbaycan ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək, hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Kaspşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimum artıracağını bildirib.

Ermənistan ordusu atəşkəsi pozur və hərbçilərimizi şəhid edir. Azərbaycan ordusu cavab verir və işğalçı da itki verir. Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan ordusu əməliyyat keçirmək istəsə, Andjey Kaspşik bunun qarşısını ala bilməyəcək. Ona görə də, İrəvanda gərək Kaspşikin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar. Əgər Kaspşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq.

Bu arada, atəşkəsin pozulmasıyla bağlı rusiyalı diplomatlardan iki ziddiyətli xəbər gəldi. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç dedi ki, bölgədə böyük insidentlər yoxdur və silahlı fəaliyyət geridə qalıb. Eyni günlərdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə dedi ki, Moskva Ermənistanla Azərbaycan sərhəddindəki vəziyyətin gərginləşməsindən və atəşkəsin intensiv pozulmasından narahatdır. Aleksandr Lukaşeviçin açıqlaması həqiqəti əks etdirmir. Onun təbirincə, “silahlı fəaliyyət” geridə qalsaydı, nə İrəvan təcili olaraq Kaspşiki İrəvana çağırardı, nə də rusiyalı diplomatın həmkarı Mariya Zaxarova həyəcan təbili çalardı.

İrəvanın qorxusu bəllidir. Ermənistan üçün oksigen rolunu oynayan İranla sərhəddi bağlıdır və vurisa görə nə zaman açılacağı hələ bəlli deyil. Dünyada və bölgədə iqtisadi vəziyyət ağırlaşır, başqa sərhədlər də qapanır. Bunun fonunda Ermənistanda düşünürlər ki, dünyanın başının qarışdığı məqamda Azərbaycan fürsətdən istifadə edə bilər. Ancaq Azərbaycanın da İranla sərhəddi qapalıdır və dünya iqtisadiyyatında problemlərin artması istər-istəməz Azərbaycana da təsir edir. Ona görə də rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarına əks-hücumla cavab verilə bilməz. 2016-ci ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq...

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 967




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap