|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
"Bilmirəm, orada kim nəyi zəbt edib..." - Oqtay Şirəliyevin qızı ilə müsahibə
Tarix 01.04.20, 18:11 |
|
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyevanın APA-nın Moskva müxbirinə müsahibəsi
– Nərmin xanım, Sizin haqqınızda Azərbaycan oxucusunda məlumat çox azdır. Azərbaycanın Səhiyyə nazirinin qızı olduğunuz və vaxtı ilə Moskva vilayətinin Mədəniyyət naziri, indi isə Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri olduğunuz məlumdur. Özünüz haqqınızda məlumat verməyinizi istərdim. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu (MQİMO) bitirdiyinizi və uzun müddət “Kultura” kanalında çalışdığınızı bilirik…
– Mən, MQİMO-nin beynəlxalq jurnalistika fakültəsini bitirmişəm. Hələ tələbəlik illərində “Kultura” qəzetində aktiv işləyib, digər nəşrlərdə də çap olunmuşam, TASS agentliyində təcrübə keçmişəm. İnstitutu bitirəndən sonra bir il “Kultura” qəzetində beynəlxalq şərhçi işləmişəm. 1997-ci ildə Rusiyanın görkəmli rejissoru Yevgeni Ginzburqla ailə həyatı qurmuşam. Elə həmin il “Kultura” kanalı yaradılıb və onun ilk rəhbəri o zaman beynəlxalq məzmunla dolu mədəniyyət sahəsində parlaq, ağıllı jurnalistikanı təcəssüm etdirən bir insan – Mixail Şvıdkoy olub. Gənc telekanalın komandasında mən də yer aldım. Bu, çox maraqlı idi. Televiziya gəncliyimin son dərəcə xoşbəxt bir vaxt olduğunu söyləyə bilərəm: bənzərsiz insanlarla görüşlər, bütün dünya üzrə maraqlı ezamiyyətlər, ilk studiya verilişlərim. “Xudsovet” proqramı ortaya çıxdı, studiyada müsahibə, proqramı həmkarlarımla birlikdə aparırdım. Lakin fikrimcə, reportyor işi gənclər üçündür. 40 yaşa yaxın başqa hansısa formata – müəllif, analitik jurnalistika, ya idarəçilik, ya da inzibati işə keçmək tələbatı yaranır. Bir qayda olaraq, bu, televiziyada çox fəal işləyən insanlarda olur. Mən, tədricən Moskva vilayətinin İctimai Palatasında işləməklə qubernator Andrey Vorobyovun komandasına qoşuldum və regional hökumətdə fəaliyyətimin yeni, heç də az maraqlı olmayan bir dövrü başladı.
– Jurnalistika sənətini özünüz seçmisiniz, yoxsa valideynləriniz istiqamət verib?
– Mənim humanitar elmlər sahəsində bacarığımın olduğu məlum idi. Məktəb vaxtı ən çox sevdiyim fənn ingilis dili olub. Dili asan qavramışdım, Avropa ədəbiyyatını həvəslə oxuyurdum. Tarix, dillər, ictimai elmlər-bütün bunlar mənim maraq dairəm idi. Yeri gəlmişkən, Bakıda 27 nömrəli ingilis dili təmayüllü məktəbi bitirmişəm. Əlbəttə ki, repetitorlarla məşğul olmuşam, lakin təhsil bazam mükəmməl olub. MQİMO-ya qəbul olunmaq ideyası olduqca məntiqli, jurnalistika fakültəsi isə yaradıcılıq sahəsindəki istəklərimə ən uyğunu idi. Paralel olaraq Bakıda Xarici Dillər İnstitutuna da imtahan verdim. Lakin MQİMO-ya beş imtahandan 24 bal toplayanda, qərar artıq qəbul olunmuşdu. 16 yaşımda MQİMO-ya qəbul olub, Moskvaya köçdüm. İndi 45 yaşım var. Artıq 30 ildir, Rusiyada yaşayıb, fəaliyyət göstərirəm.
– Bugünkü Azərbaycan jurnalistikası ilə tanışsızmı? Müasir Rusiya jurnalistikası ilə müqayisədə nə deyə bilərsiniz?
– Azərbaycan jurnalistikası ilə yaxşı tanış olduğumu deyə bilmərəm, axı, mən Rusiyada yaşayıram, işləyirəm. Bununla belə, mənə elə gəlir ki, hamının problemləri eynidir: jurnalistikanın ümumi səviyyəsi düşüb, çoxlu sarılıq, səriştəsizlik, yoxlanılmamış faktlar, açıq yalanlar. Artıq bir neçə ildir ki, MQİMO-nun professoruyam, öz jurnalistika fakültəmdə dərs deyirəm və çox çalışıram ki, övladlarım – tələbələri başqa cür adlandıra bilmirəm, onları bu şəkildə qəbul edirəm, oğlumla eyni yaşadırlar – seçdikləri peşəyə ciddi və məsuliyyətlə yanaşsınlar. Mənim bu gün boş dedi-qodulara, qeybətlərə, mənasız söhbətlərə xərclənən resurslara-virtual saatlara və ya adi kağızlara heyfim gəlir. Jurnalistika öz maarifçilik funksiyasını itirir. Bu, çox qorxuludur.
– Siz Rusiyanın media məkanında çalışmış, barmaqla sayılacaq azərbaycanlı jurnalistlərdən birisiniz. Niyə Rusiya mediasında fəaliyyətinizi davam etdirmədiniz? Nəzərə alaq ki, Azərbaycana düşmən olan ölkənin, Ermənistanın nümayəndələri Rusiyanın media sahəsini, belə desək, zəbt ediblər.
– Bu sual çox sadəlövh səslənir, eləcə də cavab verəcəyəm. Bilmirəm, orada kim nəyi zəbt edib, – ümumiyyətlə, “sui-qəsd nəzəriyyəsi”nin tərəfdarı deyiləm, – bu gün “şəxsi heç nə, sadəcə biznes” əsas qanundur, yaxşı satılan qazanır. “Yerlibazlıq” prinsipi peşəkar mühitdə işləmir. Heç işləmir. Ən azı 25 illik professional həyatım boyu bir dəfə də olsun kiminsə nəyisə istisnasız olaraq əslən haradan olmasına və ya mənşəyinə görə aldığını görməmişəm. Düzünü deyim, mən özüm də həyatımda bir çobanyastığı çiçəyini belə hədiyyə almamışam. Əlbəttə ki, bunu obrazlı şəkildə deyirəm. Taleyimdəki bütün çobanyastığı, qızılgül və səhlab çiçəyi işimə göstərdiyim zəhmətkeş, ciddi və vicdanlı münasibətlə qazanılıb. İndi yadıma salmaq istəyirəm ki, bu barədə nəsə bu cür bir şeyi xatırlayım, alınmır, çünki yoxdur. Bizim bir televiziya layihəmiz vardı. Bu barədə Sergey Bezrukovla (Rusiyanın Xalq artisti – red.) zarafatlaşırdıq ki, layihə ilə bağlı Timur Vanşteynə (Rusiyanın NTV kanalının baş prodüseri) deyək, axı o, bakılıdır, mənimlə dialoqa gedəcək. Bildiyim qədər Sergey onunla danışıb və bu məsələ heç nə ilə bitib, görüş baş tutmayıb. Sualınızın məntiqinə görə, bu ona görə baş tutmayıb ki, NTV Keosayanın (Tiqran Keosayan – milliyyətcə erməni, rusiyalı kinorejissor – red.) ərazisidir? Əlbəttə ki, yox. Bütün bunlar çox ciddi biznesdir. Rusiyada yaşayan və işləyənlərin heç biri öz professional qərarlarını digər ölkənin, hətta doğulduğu doğma ölkəsinin siyasi reallıqları ilə əlaqələndirmir. Buna, sadəcə olaraq, heç kəs imkan verməz, həmin adam dərhal işini itirər.
– Azərbaycanla əlaqələriniz barədə soruşmaq istəyərdim. Tez-tez olursunuzmu vətəndə?
– İstədiyimdən daha az oluram. İş çoxdur. İlin sonuna yaxın aydın olur ki, məzuniyyət günlərimin heç yarısını belə istifadə etmirəm. İmkan düşəndə hansısa tədbirə hər zaman məmnuniyyətlə gedirəm. Lakin bu heç də tez-tez olmur. Sonuncu dəfə Azərbaycanda bu qış olmuşam. Həmkarlarıma təşəkkürümü bildirirəm ki, məni Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. İşləmək çox maraqlı idi – seçki proseduru hüquqi və medianın təminatı, təşkili və beynəlxalq proses baxımından qüsursuz idi. Şadam ki, indi oğlum Bakıda tez-tez olur, şəhəri sevir, ailəmizlə danışmağa can atır. Belə ki, ötən yay o, tələbə tətilinin bir hissəsini mənsiz Bakıda keçirib, oradan çox xoşbəxt, günəşlə, dənizlə və isti ilə dolu qayıdıb.
– Rusiyadakı Azərbaycan diasporu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, necə hesab edirsiniz, azərbaycanlıların Rusiya cəmiyyətində mövqeyi necədir? Bu mövqe Sizi qane edirmi?
– Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun Rusiyadakı Azərbaycan diasporunun müsbət imicini formalaşdırmaq üçün gördüyü işlərin miqyasını qiymətləndirmək çətindir. O, bir şəxsiyyət olaraq fikrimcə, Rusiyada yaşayan azərbaycanlının ideal simasını təcəssüm etdirir: qüsursuz, alicənab, təhsilli, cazibədar, xarizmatik, yaşlı insanlara hörmət olunan ənənəvi dəyərlər sistemində yaşayan, qadınlara diqqət göstərən, uşaqları sevən. Mənə elə gəlir ki, məhz bunlar – sağlam konservatizm, həyat eşqi, xeyirxah ünsiyyət, qonaqpərvərlik hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının nümayəndələrinə xas olan müsbət cəhətlərdir. Məncə, bu gün Azərbaycanın nadir mədəni irsi digər mədəniyyətlərlə qarşılıqlı təsir sayəsində nə qədər çox mövqe tutarsa, humanitar sahədə bir o qədər əhəmiyyətli birgə layihələr ortaya çıxacaq, üstəlik ölkənin dünyada imici qalib olacaq. Ümumiyyətlə, mədəni əlaqələr mənim sevimli mövzumdur, təkcə ona görə yox ki, mən bu barədə MQİMO-da dissertasiya müdafiə eləmişəm. Səmimi qəlbdən əminəm ki, bir ölkənin yüksək mədəniyyətə sahib olması ilə qazandığı dividentlər iqtisadi cəhətdən daha çox qazanc gətirir. XX əsrin əvvəllərində Rusiyada da belə idi – “Russkie sezonı” brendi hələ də satılır. Mənə elə gəlir ki, müasir Azərbaycanın bu mənada fantastik potensialı var.
– Nəhayət, Azərbaycan oxucusunu ən çox maraqlandıran suallardan birini vermək istəyirəm. Təbii ki, bu sual atanızla bağlıdır. Oqtay müəllim uzun müddətdir ki, Azərbaycan səhiyyəsinə rəhbərlik edir. Baxmayaraq ki, Oqtay müəllimin qızı jurnalistdir, lakin o, mediaya açıq adam deyil. Ölkə ictimaiyyətində Oqtay müəllimin ünvanlına tənqidlər olur, lakin bu tənqidlər cavabsız qalır. Bununla bağlı Sizin fikirlərinizi bilmək çox maraqlı olardı.
– Birmənalı cavab vermək istərdim: Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə. Bu sözləri olduqca sakit söyləyirəm, qızı kimi deyil, obyektiv gerçəkliyi görməyi bacaran bir yetkin peşəkar insan kimi… Qızı kimi isə onun haqqında ancaq sonsuz sevgimdən danışa bilərəm. Media haqqında isə şəxsi müşahidəmi əlavə edə bilərəm. Bu müşahidə mədəniyyət sahəsindəndir, hansı ki, medianı özündə ehtiva edir. Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görsənmək başqalarının işidir. Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar.
Xəbərin oxunma sayı : 358
Müsahibə
Xəbərlər
-
Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi
-
3 dərəcə şaxta, qar, güclü külək - Sabahın havası
-
Cəza sərtləşdirildi: bu şəxslər 2500 manat cərimələnəcək
-
Bu şəxslərin maaşları artırılır - MƏBLƏĞ
-
Moskvadakı terroru kim maliyyələşdirib? - İstintaq Komitəsi açıqlama yaydı
-
Kommunal xidmətlərlə bağlı dəyişiklik - QƏRAR
-
Üçqat dünya çempionumuzun cinayət işi: 185 mini kim mənimsəyib?
-
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama
-
Qazaxıstandan öz vətəndaşlarına çağırış: “Odessa və Xarkov vilayətlərini tərk edin”
-
Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL
-
Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
-
Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA
-
İsrail Hələbə hava zərbələri endirib - 36 Suriya hərbçisi həlak olub
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 21 məsələ var
-
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
-
1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı
-
NATO Ukraynaya ciddi dəstək verməlidir - Latviya XİN başçısı
-
Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
-
Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib - Görünməmiş TƏHLÜKƏ
-
Yaponiyadan texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi
-
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
-
“ABŞ-nin NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - Bolton
-
Jurnalist İdrak Camalbəyli Kiyevdə vəfat edib
-
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
-
Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
-
İlon Mask müğənni sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb? - FOTO
-
Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
TOP 10
ARXİV