Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ Venesuelaya qarşı sanksiyaları ləğv edə bilər - Müvəqqəti hökumət yaradılarsa

Tarix 02.04.20, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


Tramp administrasiyası Venesuelaya qarşı sanksiyaları bu şərtlə ləğv etməyi təklif edib ki, müxalifət partiyası və prezident Nikolas Maduronun Sosialist partiyası bir il ərzində azad prezident seçkiləri keçirilməsi məqsədilə müvəqqəti keçid hökuməti yaradılsın.

Rəsmi Vaşinqton tərəfindən Nikolas Maduroya və onun hökumətinə qarşı sanksiyaların köməyi ilə ilyarımdan artıq müddətdə davam edən təzyiqdən sonra ABŞ Dövlət Departamenti 13 bənddən ibarət plan elan edib.

Həmin plana əsasən, Maduro ölkənin lideri vəzifəsini müvəqqəti hökumətə güzəşt etməlidir. Bu hökumət Xuan Quaydonun müxalifət partiyasından seçilmiş iki nəfərdən, Maduronun Sosialist partiyasından seçilmiş iki nəfərdən və prezident səlahiyyətlərini müvəqqəti icra etmək üçün həmin dörd vəzifəli şəxs tərəfindən seçilmiş beşinci üzvdən ibarət olacaq. Hazırda fəaliyyətdə olan prezident sonrakı prezident seçkilərində iştirak edə bilməyəcək.

Əgər bu şərtlər qəbul edilərsə və Maduronu dəstəkləyən xarici təhlükəsizlik qüvvələri ölkəni tərk edərsə, onda Birləşmiş Ştatlar Venesuela hökuməti və bu ölkənin neft sektoru barəsində sanksiyaları dayandıracaq.

Venesuela hökuməti dərhal bu təklifə münasibət bildirib. Venesuelanın Xarici İşlər Naziri Xorxe Arreas öz Tvitter səhifəsində mesaj vasitəsilə ABŞ Dövlət Departamenti tərəfindən təklif edilmiş (müvəqqəti hökumət yaradılması və sonradan sanksiyaların ləğv edilməsi xatirinə seçkilər keçirilməsi haqqında) planı rədd edib(azərtac).



Xəbərin oxunma sayı : 538




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap