|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi:“Biz sizi yarı yolda qoymayacağıq“
Tarix 02.04.20, 20:13 |
|
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.
AzFakt.com-un məlumatına görə, müraciətdə deyilir:
“Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər!
Bugünlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Lakinbu il virus həyatımıza müdaxilə etdi, onu dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir! İndi bizonu virusdan müdafiə etməyi öyrənməliyik. Biz sağlam qalmalıyıq!
Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür.
Gəlin birgə sadə bir riyazi məsələyə nəzər yetirək, bu, virusun nə qədər təhlükəli olduğunu dərk etməyə kömək edəcək. Hansı səbəblərə görə karantin qaydalarına əməl etmək lazımdır?Bu dərəcədə sərt tədbirlər nəyə lazımdır?
Əgər başlanğıc mərhələdə infeksiyanın qarşısı sərt tədbirlərlə alınmasa, o həndəsi silsilə ilə artar və onun yayılmasının qarşısını almaq qeyri-mümkün olar. Həndəsi silsilənin nə demək olduğunu məşhur bir riyazi məsələ ilə izah etməyə çalışaq.
Təsəvvür edin ki, hər hansı bir gölün səthində su zanbağı bitib və onun yarpaqları həndəsi silsilə ilə artır. Başqa sözlə hər bir yarpaqdan gün ərzində daha bir yarpaq yaranır. Bu, hər gün zanbaq yarpaqlarının iki dəfə artmasına səbəb olur. Tutaq ki, 60 gün ərzində zanbaq yarpaqları gölün səthini tamamilə örtür. Sizcə zanbaq yarpaqlarının gölün səthinin yarısını örtməsi üçün neçə gün keçməlidir? İlk ağıla gələn cavab adətən 30 gün olur. Lakin doğru cavab 59 gündür. Yəni zanbaq yarpaqlarının gölün səthinin birinci yarısını örtməsi üçün 59 gün lazım olsa da, ikinci yarısını örtməsi üçün cəmi bir gün lazımdır.
Bəs sizcə bu hesabla gölün səthinin 1%-i neçənci gündə örtülür? Cavab 53-cü gündür. Yəni yayılmanın 0-dan 1 faizə çatması üçün 53, 1 faizdən yüz faizə çatması üçün cəmi 7 gün lazımdır.
İndi gəlin bu məsələni pandemiyaya tətbiq edək.
Tutaq ki, hər hansı ölkənin vətəndaşları düşünür ki, virusun ölkədəki yayılma faizi çox aşağıdır və ümumilikdə ölkə üçün heç bir təhlükə törətmir. Buna görə də öz normal həyatlarına davam edirlər və heç bir qabaqlayıcı tədbir görmürlər. Hesab edək ki, virusa yoluxan hər bir insan orta hesabla cəmi bir başqa insanı yoluxdurur. Bu şəkildə pandemiyanın yayılması 1%-ə çatdıqdan sonra cəmi 1 həftə ərzində bütün ölkə əhalisi yoluxmuş olacaq. (1% → 2% → 4% → 8% →16% → 32% →64% → 100%.)
Məhz buna görə də pandemiyaya mümkün qədər tez müdaxilə edilir və sərt tədbirlər görülür.
İndi isə gəlin başqa bir suala birgə cavab tapaq:
İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?
Bu suala cavab vermək üçün başqa bir məşhur riyazi məsələyə nəzər salmaq lazımdır.Hər birimiz məktəbdə hovuz problemi adlanan riyazi məsələləri həll etmişik.
Bu məsələyə görə bir hovuza krandan su doldurulur, başqa bir boru vasitəsilə isə su hovuzdan kənara axır. Əgər hovuza dolan suyun həcmi boşalandan böyükdürsə, onda bir müddət sonra hovuz dolub daşmağa başlayacaq. Əgər əksinədirsə, onda hovuz tezliklə boşalacaq. Əgər dolan su ilə boşalan suyun həcmi bərabərdirsə, bu halda hovuzda daim müəyyən sabit miqdarda su qalacaq.
İndi gəlin bu məsələni də pandemiyanın izahına tətbiq edək. Burada hovuz ölkənin səhiyyə sistemini, hovuzdakı su artıq virusa yoluxmuş və müalicə alan insanları, krandan gələn su yeni xəstələnənləri, boşalan su isə sağalan xəstələri ifadə edir. Hovuz kimi səhiyyə sisteminin də xidmət həcmi məhduddur. Yəni orada yataq yerləri, lazımi avadanlıq və həkim, digər tibbi personal bəlli bir sayda xəstəyə xidmət göstərilməsinə imkan verir. Əgər virusa yoluxma sürəti yoluxanların sağalma sürətindən aşağı və ya bərabər olsa, onda səhiyyə sistemi istisna halları çıxmaq şərtilə insanların əksəriyyətini müalicə edib sağalda bilər. Əgər xəstələnmə sürəti sağalma sürətini üstələsə, onda bu sistemin xidmət həcmini aşacaq, bütün yerlər dolu və həkimlər məşğul olduğu üçün yeni gələnləri müalicə etmək mümkün olmayacaq. Bu isə insan itkisinin kütləvi şəkildə artmasına səbəb ola bilər.
Gördüyünüz kimi, bu iki situasiya məsələsi orta məktəbin riyaziyyat kursuna aiddir. Bu məsələlər hazırki vəziyyətin strukturunu çox aydın şəkildə təsvir edir və izah edir ki, niyə biz sizə indi kütləvi imtahanların keçirilmə vaxtını dəqiq deyə bilmirik.
Amma yuxarıda qeyd etdiyim kimi, həyat davam edir və biz sizi yarı yolda qoymayacağıq.Bütün kollektivimiz hazırda onlayn şəkildə çalışır. Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12 239 istifadəçi tərəfindən 23 820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb). DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.“Pozitiv zəka” bloqunda insanlara psixoloji dəstək göstərilir. İnzibati binamızda vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar məlumat əldə etmək üçün Mərkəzin saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə, həmçinin [email protected] elektron poçt ünvanına da yaza bilərlər.
Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır. Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin.
Təbii ki, gigiyena və özünütəcrid qaydalarına da mütləq əməl edin. İndi siz virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün hökümətimiz tərəfindən ilk günlərdən həyata keçirilən bütün lazımiqabaqlayıcı tədbirlərin əhəmiyyətini daha yaxşı anlayırsınız. Mən də sizi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum ünsiyyətdə olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırıram.
Pis günün ömrü az olar.
Evdə qalın, pozitiv qalın və savadlı olun!”
Xəbərin oxunma sayı : 184
Sosial
Xəbərlər
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
-
Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
-
Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
-
Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? - SİYAHI
-
“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
-
Azərbaycanda hotellər bahalaşdı - VİDEO
-
Bugünkü imtahanda nəzarətçi köçürməyə şərait yaradıb – Rəsmi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Vaşinqton Kiyevə yardımla bağlı qəti cavab alacaq” - Mariya Zaxarova
-
“Qobu park 3” yaşayış kompleksində binalar əyildi – VİDEO
-
İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər
-
Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı - VİDEO
-
“Türkiyə Qəzza üçün qarant ölkə olmalıdır” - İsmayıl Haniyə
TOP 10
ARXİV