Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsmayıllıda dəhşətli hadisə: öldürülən 30-40 yaş arası naməlum şəxsə od vurublar

Tarix 07.04.20, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunda yandırılaraq qətlə yetirilən kişinin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində, yol kənarındakı kol-koslu sahədə tanınmaz halda olan kişi meyiti aşkar edilib.

Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, üstü isə mavi rəngli olan parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Onun başqa ərazidə qətlə yetirildikdən sonra yandırıldığı və həmin kol-koslu sahəyə gətirilərək atıldığı ehtimal olunur. 

Yaşı təxminən 30-40 arası və qan qrupu 3+ olan kişinin bədəni tamamilə yandığı üçün onun şəxsiyyəti istintaqa məlum olmayıb. 

Yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin, İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Xəbərin oxunma sayı : 739




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap