Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - Video

Tarix 04.06.20, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son günlərdə koronavirusdan ölənlərin sayı artıb...

AzFakt.com xəbər verir ki, ilk ölüm halı qeydə alınan gündən hər kəsi maraqlandıran məsələ vəfat edən şəxslərin necə dəfn olunmasıdır. Gəncədə koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfni xüsusi nəzarət altında həyata keçirilir.

Belə ki, xəstəlikdən həyatını itirən şəxslər Operativ Qərərgahın təsdiq etdiyi qaydalara uyğun torpağa tapşırılır. Qəbiristanlıqlarda çalışan şəxslərə xüsusi geyimlər, əlcəklər və maskalar verilib. Dəfn işləri məhz bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Bu günə kimi Gəncə şəhərində virusdan dünyasını dəyişən şəxslərin əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır.

Dəfn və Mərasim Xidmətinin müdiri Ələddin Hüseynov bildirir ki, dəfn qaydaları bu dəfə ənənəvi şəkildə aparılmır.

“Biz onları xüsusi qaydada dəfn edirik. Meyitlər tabutda bura gətirilir, elə tabutda da dəfn edilir. Hər kəsə xidmət paltarları verilib, mütəmadi olaraq yenilənir” – deyə Ələddin Hüseynov əlavə edib.

Qəbiristanlıqlarda dəfn işlərini həyata keçirən işçilər üçün ayrılan qoruyucu vasitələr mütəmadi şəkildə yenilənir. Bu şəxslərə hər gün yeni xüsusi geyimlər, əlcəklər, maskalar verilir.

Bundan əlavə, qəbiristanlıqlarda həftə ərzində üç dəfə dezinfeksiya işləri aparılır. Kütləvi qəbirüstü ziyarətlər tamamilə məhdudlaşdırılıb.(Yenisabah.az)







Xəbərin oxunma sayı : 466




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap