Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Zelenski cərimə ödəyəcək – Karantin rejimini pozduğuna görə

Tarix 04.06.20, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın prezidenti Vladimir Zelenski ölkənin Xmelnitski şəhərində kafedə kofe içdiyinə görə cərimə ödəməyə hazır olduğunu bildirib.

Hadisə iyunun 3-də baş verib.

Məlumata görə, ölkədə kafelərin normal fəaliyyəti yalnız iyunun 5-də bərpa olunacağına baxmayaraq, V.Zelenski kafeyə baş çəkib.

“Əgər qayda pozuntusuna yol vermişəmsə, cərimə ödəməyə hazıram”, – ölkə başçısı söyləyib.

Bununla belə, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko V.Zelenskinin qaydaları pozmadığına işarə edərək bunu karantin tədbirlərinin ləğvindən öncə təşkil edilmiş inspeksiya olaraq qəbul edilməli olduğunu vurğulayıb.

Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko da məsələyə münasibətini bildirib:

“Hüquq-mühafizə orqanları dövlət başçısı tərəfindən güman edilən qayda pozuntusunu araşdıracaq”.

Qeyd edək ki, Ukraynada karantin qaydalarının pozuntusuna görə 17 min qrivna (1 080 AZN) cərimə nəzərdə tutulub/Report.



Xəbərin oxunma sayı : 538




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap