|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Əhalinin yarıdan çoxu İH-lərdən narazıdır - Zahid Oruc
Tarix 23.06.20, 12:15 |
|
"Nə bütövlükdə ictimai rəyin girovuna çevrilmək doğrudur, nə də onu inkar etmək”
Deputat, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Yeni Müsavat”a olduqca maraqlı müsahibə verib. Millət vəkili rəhbərlik etdiyi qurumun fəaliyyətindən tutmuş, ölkə gündəminin aktual mövzularınadək çoxsaylı suallarımıza cavab verib.
- Zahid bəy, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunmağınızdan 1 il 5 ay keçir. Uzunömürlü məmurlarla müqayisədə təbii ki, uzun vaxt deyil, amma az müddət də sayılmamalıdır. Bu müddət ərzində hansı işləri görə bildiniz?
- Bu suala cavab verməmişdən qabaq 2019-cu ilin ilk aylarının siyasi və idarəetmə çağırışlarına diqqəti cəlb etmək yerinə düşər. Prezident İlham Əliyev qarşıya qoyduğu ambisiyalı proqramlar çərçivəsində çox böyük dəyişikliklərə qərar verdi. İlk dövr, o addımları islahatlar və yaxud "Yeni kurs” siyasəti kimi xarakterizə etmək mümkün olsa da, proses siyasi və idarəetmə sistemində fundamental keyfiyyət dəyişikliklərini meydana çıxardığı üçün sonralar biz onu "İlham Əliyevin yeni hakmiyyət quruculuğu” adlandırardıq və zaman bizim yanaşmamızın doğruluğunu təsdiqlədi. Məhz bu dövrdə dövlət başçısının sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması böyük dəyişikliklər kursunun məntiqi ilə birbaşa bağlı idi. Müxtəlif dövlət, hökumət strukturlarının ləğv olunması özlüyündə sübut edirdi ki, ölkə rəhbəri tədqiqatlar sahəsinə diqqəti ilə bir tərəfdən indiki halda ictimai rəyi öyrənən bir institutun vacibliyini öz qərarı ilə cəmiyyətimizə və dünyaya nümayiş etdirir, digər tərəfdən sonrakı dönəmdə idarəetmə sistemində veriləcək qərarlarda mütəhərrik olaraq dəyişən cəmiyyət mövqeyini nəzərə almağa, elmi əsaslarla aparılan tədqiqatları nəzərə almağa qadir olduğunu bir daha bəyan edir. Axı gerçəkdən də ictimai rəy fenomeni bütün qabaqcıl dövlətlərin idarəçilik həyatında mühüm yer tutur.
"Nə ictimai rəyin bütövlükdə girovuna çevrilmək, nə də onu inkar etmək yanlış olar”
- Və siz qarşısına qoyduğunuz məram-məqsədlərlə işə başladınız...
- İlk vaxtlar təşkilati, texniki, müəyyən hüquqi prosedurları həyata keçirməyə çalışdıq, çünki sıfırdan yeni təşkilatın qurulması köklü qayğıları həll etməyi tələb edirdi. Hər hansı bir subyektiv, özəl maraqlar güdülmədən istedadı, intellektual qabiliyyəti, dövlətə, dövlətçiliyə bağlılığı daha ümdə tutmaqla qısa zaman kəsiyində sayı 30-a çatan bir komandanın yaradılması üçün gecəli-gündüzlü durmadan çalışmağın nəticəsini bir neçə ay sonra hiss etməyə başladıq. Yeri gəlmişkən, ötən əsrin 3-cü onilliyində Amerikada yaranmış Gallup Mərkəzi, həmçinin Britaniyada, yaxud Yaponiyada və digər ölkələrdə belə institutlar onlarladır. Təfərrüatlara varmadan deyək ki, biz müxtəlif təlimlər sayəsində dövlət siyasəti sənədlərinin hazırlanması, rəy sorğuları, təhlillər, hesabatlar və s. kimi mühüm sahələrdə qabaqcıl təcrübəni öyrənərək dünyada, xüsusilə də Avropada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə mühüm kriteriyanın nə qədər haqlı seçildiyini gördük. Yəni ölkələrin inkişafına qiymət verilərkən əhalinin 1000 nəfər çalışanına 10-dan artıq tədqiqatçı düşmürsə, bu halda Avropa siyasətinin yönləndiriciləri o ölkələrdə problemlərin olduğunu qeyd edirlər. Əlbəttə, nizamnamə sənədi, qarşıya qoyulmuş məqsədlər-müxtəlif sahələrdə 30-dan artıq prinsipial vəzifənin mərkəzin üzərinə düşməsi özlüyündə gözləntilərin həddindən artıq böyük olduğundan xəbər verirdi. Üstəlik, cəmiyyətdə belə düşüncələr, istəklər formalaşmaqda idi ki, mərkəz həm də dövlət rəhbərliyi və cəmiyyət arasında bir ötürücü naqildir, etibarlı rabitədir, həmçinin ictimai düşüncəni çatdıran mühüm bir körpüdür, kommunikasiya vasitəsidir.
Beləliklə, mərkəz ötən müddətdə cəmiyyətə gördüyü işlərin hesabatını təqdim etdi. Burada xüsusilə ötən ilin 24 sentyabrında STM-in "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda istər dövlət-hökumət, o cümlədən üçüncü sektor, elm-ictimaiyyət nümayəndələri, eləcə də media təmsilçiləri ilə birlikdə yadda qalan dərin araşdırma və təhlilləri xüsusi vurğulamaq yerinə düşər. Söhbət yalnız belə irimiqyaslı, təntənəli tədbirin keçirilməsindən getmir, ayrıca vurğulayaq ki, orada aparılmış araşdırmalar 2019-cu ildə həyata keçirilən köklü iqtisadi-siyasi dəyişikliklərin obyektiv, elmi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsini özündə ehtiva edirdi. Ardınca "Tam orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” adlı fundamental bir sənədimiz ortaya qoyuldu. Təhsillə bağlı araşdırmalarımız o sahə üçün yeni idi və Dövlət İmtahan Mərkəzinin daha çox qəbul sistemi, vətəndaşların ona münasibəti və bunun təhsilimizin gələcəyində oynayacağı rolla bağlı təhlillərdən söhbət gedirdi. Bu sənədin uzun müddət ictimai müzakirə aktuallığını qoruması millətimiz üçün yararlı iş ortaya qoyulduğunu bir daha sübut edirdi. Bundan sonra STM-in ölkədaxili miqrasiyanın sosial tədqiqi ilə bağlı hesabatı da çox önəmli informasiya, fakt və analizlərdən biri hesab oluna bilər. Dünyada olduğu kimi, Azəbaycanda da insanların bir bölgədən digərinə, yaxud da kəndlərdən qəsəbə və şəhərlərə köçünün sosial-iqtisadi səbəbləri ətrafında axtarışlar dövlətin-hökumətin müvafiq qurumları tərəfindən mühüm qərarların verilməsində önəm daşıyacaq işlərdir.
- Amma bildiyimizə görə, fəaliyyətiniz bunlarla məhdudlaşmır, elədir?
- Təbii. Paralel olaraq, Azərbaycanda media landşaftının sosioloji tədqiqi kommunikasiya sahəsində çox önəmli, strateji bir məsələdir. Yüz illərdir ki, media cəmiyyət həyatını, dövlət siyasətini həyata keçirməkdə vazkeçilməz vasitə kimi ən güclü qüvvədir. Biz "media landşaftı” layihəsi sayəsində Azərbaycan insanının informasiyaları haradan aldığını müəyyənləşdirməyə çalışdıq və müəyyən təkmilləşdirmələrə ehtiyacı olmağına rəğmən o sənədi də uğurlu şəkildə meydana çıxardıq.
"Bizim növbəti sənədlərimizdə məhkəmə, prokurorluq orqanlarına münasibətin xeyli narahatlıqlar doğurduğu təsdiqlənib”
Xüsusi olaraq STM tərəfindən "Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksi dünyada geniş yayılan və özünü doğruldan mühüm işlərdəndir. Burada müxtəlif vaxtlarda ölkənin birinci şəxsinin verdiyi qərarların ictimai önəmi, yaxud da regional, beynəlxalq müstəvidə apardığı genişmiqyaslı fəaliyyətin insanlar tərəfindən qiymətləndirilməsini aparmaq dövlət siyasətinin gələcəyini müəyyənləşdirməyə əvəzsiz kömək edə bilər. Məhz qeyd etdiyimiz məsələlər fonunda ölkə rəhbərinin müxtəlif vaxtlarda çıxışlarında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış işlərin nəticələrinə bir neçə dəfə istinad edilməsi bizi qürurlandırmaqdan daha çox məsuliyyətli edir, işimizdə daha ciddi tələbkarlıqla çalışmağa sövq edir. Ümumiyyətlə, bizim kimi çalışan mərkəzlər ilk növbədə dövlət, hakimiyyət orqanlarına qarşıdakı dövrün həyati ehtiyaclarını müəyyənləşdirən 1 illik proqram tərtib edirlər və onun əsasında çalışmalar gerçəkləşdirirlər, lakin cari kontekstdə çağırışlar da daim nəzərə alınır. Bir sözlə, ötən 1 il 4 ayın bailavasitə işləməyə imkan qazandığımız qısa dövründə aparılmış 14-ə qədər mühüm tədqiqat sənədlərini toplu halında ictimailəşdirə bilmişik, lakin bu tədqiqat sənədlərinin media vasitələrinə daha geniş çıxışı yaxın zamanlarda təmin ediləcək.
- Mərkəz olaraq tədqiqatlarınızı yəqin ki, yuxarı instansiyalara təqdim edirsiniz. Tədqiqatlarınız nə deyir, xalqın yerlərdə məmurlara münasibəti necədir? Ümumiyyətlə, DTX-nın keçirdiyi əməliyyatlarda sizin mərkəzin həyata keçirdiyi sorğuların nəticələri nə dərəcədə rol oynayır?
- Bu, çox vacib məsələdir, çünki hakimiyyət institutlarına ictimai etibar bütün demokratik cəmiyyətlərdə böyük önəm daşıyır. Doğrudur, istənilən şərti Avropa ölkəsi, məsələn, hətta qabaqcıl, dünyaya böyük inqilablar, dövlət quruluşları bəxş etmiş Fransanın özündə belə, rəhbərliyə gələnə qədər birinci şəxslərin reytinqi yüksək olur, sonrakı dövr bu əksər hallarda azalma ilə müşayiət olunur. Bu, elə bir fenomendir ki, əslində böyük bir okeanda kompas kimi qiymətləndirilə bilər. Ancaq belə demək mümkündürsə, nə ictimai rəyin bütövlükdə girovuna çevrilmək, nə də onu inkar etmək yanlış olar. Bu, mühüm bir fenomendir, onunla mütləq hesablaşmalısan, hətta ən xoş məramlı bir qərarın cəmiyyət tərəfindən uğurlu qarşılanmırsa, üzərində düşünməlisən. Bir məsələni burada qeyd etməklə fikrimizi daha aydın izah etmiş olarıq. Məsələn, İçərişəhərin qala divarları qarşısında yeni layihənin gerçəkləşdirilməsi zamanı anti-azərbaycançı qüvvələr informasiya məkanında böyük bir kampaniyaya başladılar və mahiyyət etibarilə bunun siyasi hədəfi dövlət idi. Lakin həmin qüvvələr, obrazlı desək, İçərişəhərin əsas günbəzində simvol kimi yerləşdirilmiş toplardan "atəş açırdılar” və "mədəni abidələrin qorunması” adı altında silahlanaraq hakimiyyətə qarşı, müasir dillə desək, infodemiyaya əl atdılar. Hadisə yerinə, qalmaqalın əsas episentrinə dövlətdə ikinci şəxsin, hörmətli Mehriban xanım Əliyevanın gəlişi ilə bütün emosiyaları sakitləşdirən və proseslərə yön verən davranışlar sərgiləndi, mediaya açıqlama verildi və o zaman birinci vitse-prezidentin çox vacib bir mesajı bütün hökumət orqanlarına ötürüldü. Orada deyilirdi-hər hansı qərarın icrasına başlamazdan əvvəl orada ictimai mübahisəli məqam varsa, bunun üçün həmin məsələyə dair ilkin izahat işləri aparılmalı, məsələn, mediaturlar təşkil edilməli, cəmiyyət məlumatlandırılmalıdır və yalnız ondan sonra uyğun addımlar atmaq lazımdır ki, əks cəbhələr açılmasın. Həqiqətən rəsmi informasiya və kommunikasiya siyasəti üçün bir nömrəli vəzifə bundan ibarətdir.
O ki qaldı dövlət institutlarına vətəndaşların münasibətinə, biz bunu 2019-cu ildəki sənədlərimizdə obyektiv olaraq əks etdirmişik. Çox mümkündür ki, bəzi sənədlər tam ictimailəşməyib, burada heç bir tələb də yoxdur, əsas məsələ o yöndə işlərin gerçəkləşməsidir. Yalnız onu deyə bilərik ki, bizim sənədlərimizdə icra hakimiyyətlərinə əhalinin yarıdan çox hissəsinin münasibətinin mənfi olduğu təsbit edilib. Bu, özlüyündə dərin narahatlıq doğurmaqdaydı. Bugünlərdə əsas siyasətin, eləcə ideoloji-siyasi işlərin quruculuğuna cavabdehlik daşıyan qüvvələrin fəaliyyətlərində dönüş etməyəcəkləri təqdirdə sərt addımların atılacağı şübhə doğurmurdu. Gördüyünüz kimi, artıq indi beş icra hakimiyyəti başçısının ən sərt qaydada cəzalandırılması, həbsə məruz qalması özlüyündə mühüm bir göstəricidir və təəssüf ki, mənfi siqnaldır. Belə halda, problemlərin xəritəsini müəyyənləşdirərək onun üzərindən sırf emosional hissi ovqatda deyil, elmi əsaslarla hər biri işi aparmaq təkcə problemi öz adı ilə çağırmaq deyil, təkliflər irəli sürmək və çıxış yollarını göstərmək sarıdan önəmlidir. Əlbəttə, dövlət təhlükəsizlik orqanlarında edilən kadr dəyişikliyi məlum qurumun imicinin cəmiyyətin nəzərində yüksək səviyyədə bərpasına kömək etdi, eləcə də yeni hakimiyyət quruculuğu, yeni elitanın formalaşması prosesinə ziyan vuran şəxslərin də cəzalandırılmasında vacib rol oyandı.
"Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış işlərin nəticələrinə bir neçə dəfə istinad edilməsi bizi qürurlandırmaqdan daha çox məsuliyyətli edir, işimizdə daha ciddi tələbkarlıqla çalışmağa sövq edir”
Əlbəttə, ölkə miqyasında təhlükəsizlik qüvvələrinin struktur bazisi böyükdür, onların dövlətimizin strateji mənafelərini daha böyük məkanda qorumağa çalışırlar, lakin onu deyə bilərik ki, bizim çalışdığımız müstəvi məxfi məlumatlar sahəsindən daha çox ölçülə bilən, görülən, analiz edilən məsələlərdir. Qarşıda görüləcək hələ çoxlu işlər var, çünki bizim növbəti sənədlərimizdə məhkəmə, prokurorluq orqanlarına münasibətin xeyli narahatlıqlar doğurduğu təsdiqlənib və biz o sənədi də ictimailəşdirdik. Müsbət hadisə odur ki, Ədliyyə Nazirliyinin rəhbəri hörmətli Fikrət Məmmədovun çıxışlarının birində bu məsələyə etibarlılıqla yanaşıldığını gördük. Bu, əlbəttə ki, bizi sevindirir, burada kimsə bizi qərəzdə, xüsusi bir ambisiyada, özəl mənafelərdə ittiham edə bilməz, əks halda, sadəcə, mərkəzin işini obyektiv əsaslarla qurmaq çətin olar.
Xəbərin oxunma sayı : 4927
Müsahibə
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV