Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dollar satışıyla bağlı müəmma: Milli Bank o təlimatı verib, yoxsa...?

Tarix 26.06.20, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda banklardan 500 ABŞ dollarından çox valyuta alışı ilə bağlı bütün əməliyyatların nəzarətə götürülməsi barədə xəbərlər yayılıb. İddia olunur ki, Mərkəzi Bank bu barədə dollar alqı-satqısı ilə məşğul olan bütün kommersiya banklarına təlimat göndərib. Təlimata əsasən, müştərilər ad-soyadını, əlindəki vəsaitin mənbəyini və xarici valyutanı hansı məqsədlə aldığını yazılı şəkildə göstərməldir, bu barədə bankda ona verilən xüsusi blankı doldurmalıdır. Bankdan alınan valyutanın məbləği 20 min manatı və ya 20 min manat ekvivalenti həcmində xarici valyutada olanda isə artıq həmin müştəri Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin nəzarətinə düşür.

Bu halda, müştəri təkcə blankı doldurmaqla yanaşı, orada yazılanları konkret sənədlərlə də təsdiqləməlidir. Məsələn, müştəri dollara çevirmək istədiyi böyük həcmdə vəsaiti əmlakını satmaqla əldə etdiyini göstərirsə, o zaman alqı-satqını təsdiqləyən notarial müqaviləni də ortaya qoymalıdır. Yaxud şəxs maaşını topladığını bildirirsə, bu halda, əmək haqqı barədə möhürlü arayış təqdim etməlidir. Əgər müştəri əlindəki vəsaitin mənbəyini göstərə bilməsə, onda vergiyə cəlb olunacaq. Şəxs həmin vəsaitin 14 faizi qədər vergi ödəmək məcburiyyətində qalacaq.

Bu qaydalar mətbuatda müzakirə mövzusuna çevrilməklə yanaşı, manatın devalvasiya riski qarşısında qalması və bu addımların məhz devalvasiyanı önləmək məqsədilə atılması kimi fikirlər də gündəmə gəlib.

Digər tərəfdən, Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin may ayında satılan vəsaitin həcmi açıqlanıb. Məlumatda bildirilir ki, 2020-ci ilin may ayı ərzində ARDNF tərəfindən 334 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin aprel ayı ilə müqayisədə 37,1%, ötən ilin may ayı ilə müqayisədə isə 5,2% azdır. Bu ilin yanvar-may aylarında ARDNF tərəfindən 3 637 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur. Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satılıb.

Bövzu ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu təlimatın hər hansı rəsmi mənbəyi yoxdur: "Biz özümüz də bu qərarın kökünü araşdırdıq, lakin heç nə tapa bilmədik ki, bu hansı sənədlə, hansı təlimatla verilib. İlk baxışdan Azərbaycanda çirkli pulların yuyulması ilə bağlı müvafiq qanunvericilik var. Həmin qanuna əsasən, 20 min manat və ondan yuxarı ekvivalentdə xarici valyuta dəyişəndə bu mütləq Maliyyə Monitorinqi Xidməti tərəfindən qeydə alınır və mütləq rəsmiləşdirilir. Bu nəzarətə düşür. Ancaq hazırda söhbət 500 dollardan gedir, hətta bəzən 100-200 dollar alanlarda da analoji hal olur. Vətəndaşların dollar alarkən doldurduğu blanka da baxdıq, istənilən rəsmi blankın üzərində onun əsaslandığı bir təlimata istinad olunur. Məsələn, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin və ya Mərkəzi Bankın filan tarixli qərarı ilə bu təsdiq edildi. Ancaq blankda mən bu informasiyaya rast gəlmədim. Bu qərarı kim, necə verib, bilinmir. Çox güman ki, bu, banklara şifahi olaraq verilmiş bir göstərişdir. Bankda çalışanlar da bunu təsdiqlədilər. Səbəb çox sadədir. Son vaxtlar dollar alışına tələbat artıb. Doğrudur, karantin dövründə karantin qaydalarının özü dollar alışını məhdudlaşdırdı. Valyuta hərraclarına baxsaq, orada da valyuta alışlarının azaldığını müşahidə edirik. Bir tərəfdən insanlar banklarda daha çox dollar alır, əhalinin tələbi var. Digər tərəfdən, valyuta hərraclarında bankların dollara tələbi 30-40 milyon arasında dəyişir. Halbuki bir neçə ay bundan qanaq söhbət 60-80 milyon arası vəsaitdən gedirdi. İndi məlum olur ki, bankların dollara tələbi azalıb. Əlbəttə, bu, reallığı tam əks etdirmir”.

İqtisadçının fikrincə, reallıq ondan ibarətdir ki, dollara tələbat var və yüksəkdir: "Bilirsiniz ki, 4 bank bağlanıb və onların əmanətləri qaytarılır. 680 milyon manat həcmində vəsaitdən söhbət gedir. Onun hansı hissəsinin xarici valyutadan ibarət olduğunu deyə bilmərik, çünki o məlumatlar açıqlanmır. Təxminən yarısının dollarda olduğunu düşünsək, ən azı 300-400 milyon manat arası milli valyutada olan əmanətlərdir ki, onu alanların əksəriyyəti xarici valyutaya çevirib başqa banklara qoyurlar, ya da evdə saxlayırlar. Görünən odur ki, əmanətlərin qaytarılması da dollara tələbatı artırıb”.

S.Əliyev də hesab edir ki, dollar satışına qoyulan məhdudiyyətlər devalvasiya riskini azaltmağa yönəlib: "Bu yolla dollar alışı məhdudlaşdırılır, çünki 2020-ci ilin birinci rübündə tədiyyə balansında 1,3 milyarddan çox kəsir yarandı. Bu o deməkdir ki, hökumət o kəsiri örtmək üçün 1, 3 milyard dollar xərcləyib. Həmin vəsaitlər də Neft Fondundan gedib. Neft Fondunun aktivləri də birinci rübdə 2 milyard dollardan çox azaldı. İkinci rüb də iyun ayında bitir, böyük ehtimalla orada da kəsir olacaq. Çünki neftin qiyməti yüksəkdir. Bu kəsiri örtmək üçün valyuta ehtiyatları xərclənməlidir. Yenə söhbət Neft Fondundan gedir. Mart ayında Neft Fondu tələb olunandan 3 dəfə çox valyuta bazara çıxartdı. Orta hesabla ayda təxminən 550 milyon dolların bazara çıxarılması nəzərdə tutulurdusa, bundan 3 dəfə artıq valyuta satıldı. İndi bu kimi yollarla dollar alışını məhdudlaşdırırlar. Həm idxal məhdudlaşdırılır, çünki idxal zamanı da ölkədən dollar çıxır”.

İqtisadçı vurğulayıb ki, bu məhdudiyyət uzunmüddətli dövrdə qara bazarı canlandıra bilər: "Ancaq uzunmüddətli dövrdə problemin həlli üçün bu yetərli olmayacaq. Əksinə, bunun nəticəsi ”qara bazar"ın yenidən orta çıxmasına səbəb olacaq. Hansı ki, 2014-2015-ci illərdə "qara bazar” yaranmışdı. Bunun qarşısı təkcə inzibati yolla alınmadı, dollar qıtlığı aradan qalxdığı üçün qara bazar sıradan çıxdı. Əgər yenə bu tipli məhdudiyyətlər olacaqsa, "qara bazar” inkişaf edəcək, insanlar oraya axışacaqlar. Qara bazardakı dollar alqı-satqısı bir neçə yüz dollardan ibarət deyil, daha böyük həcmli valyutalardan söhbət gedir. O baxımdan insanlara bu cür psixoloji təsir etmək, onların dollar alışına məhdudiyyətlər yaratmaq çıxış yolu deyil".



Xəbərin oxunma sayı : 2737




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap