Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Almaniyada maska ilə bağlı tələb aradan qaldırılır – Açıqlama

Tarix 07.07.20, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın Şlezviq-Holşteyn əyaləti koronavirus pandemiyası ilə bağlı qapalı məkanlarda maska taxmaq məcburiyyətini aradan qaldırmaq istəyir.

“Report”un Avropa bürosunun məlumatına görə, artıq bununla bağlı əyalət parlamentində müzakirələr başlayıb. Əyalət baş naziri Herri Qlave mətbuata açıqlamasında bildirib ki, yoluxma stastikası aşağı səviyyədə qalsa, qapalı məkanlarda və pərakəndə satış obyektlərində maska ​​tələbini davam etdirmək üçün heç bir səbəb görmür.

H.Qlave bildirib ki, maska tələbi yalnız tövsiyyə şəklində olmalıdır. Baş nazirin sözlərinə görə, ilkin mərhələdə hələlik ictimai nəqliyyatda maskadan istifadə ilə bağlı məcburiyyət qala bilər.

Onun bu fikirləri digər əyalət baş nazirləri tərəfindən birmənalı qarşılanmayıb. Bavariyanın baş naziri Markus Zöder bildirib ki, indiki halda maskadan imtina etmək dəlilik olardı.

Saksoniya, Aşağı Saksoniya, Saksoniya-Anhalt və Bremen əyalətlərinin baş nazirləri  isə, maska ilə bağlı parlamentdə birgə müzakirədən sonra qərar verəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Almaniyada 5 600 aktiv koronavirus daşıyıcısından yalnız 35-i Şlezviq-Holşteyn əyalətində qeydə alınıb.



Xəbərin oxunma sayı : 2266




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap