Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Roqozin müşavirinin həbsindən danışdı:“Safronovun gizli məlumatlara çıxışı olmayıb”

Tarix 07.07.20, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


“Roskosmos”un baş direktorunun dövlətə xəyanətdə ittiham olunaraq saxlanılan müşaviri İvan Safronovun gizli məlumatlara çıxışı olmayıb.

Bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin TASS-a açıqlamasında bildirib.

“Ay yarım bundan əvvəl o, “Roskosmos”un fəaliyyətini işıqlandırmaq üçün dəvət olunub. Onun gizli məlumatlara çıxışı olmayıb”, – deyə D. Roqozin vurğulayıb.

Baş direktor onu da qeyd edib ki, illər ərzində İ. Safronovu mövzunu dərindən bilən jurnalist kimi tanıyıb: “Onun yüksək peşəkarlığına şübhə etməmişəm”.

Xatırladaq ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “Roskosmos” baş direktorunun müşaviri İ. Safronovun saxlanılması barədə məlumat yayıb. Məlumatda İ. Safronovun NATO-nun xüsusi xidmətinə işlədiyi, Rusiyanın hərbi-texniki əməkdaşlığı, müdafiə və təhlükəsizliyi ilə bağlı dövlət sirri daşıyan məlumatları qarşı tərəfə ötürdüyü bildirilib/APA.



Xəbərin oxunma sayı : 1894




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap