Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Fairmont Baku“ müştərilərdən üzr istəyib - Otel hovuzu bağlayıb

Tarix 07.07.20, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


"Faitmont Baku" hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb...

AzFakt.com xəbər verir ki, bu barədə hotel məlumat yayıb.

"COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. Fairmont Bakıda yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur".

"Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələri Baş meneceri Metyu Qreppo bildirib.

Qeyd edək ki, sözügedən hotel sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, açıq hava hovuzunu müştəriləri üçün açıq etmişdi. Bu barədə xəbər yayıldıqdan sonra Bakı polisi "Fairmont Baku"da əməliyyat keçirmiş, otelin müştərilərini cərimələmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün məsələ ilə bağlı danışaraq oteldə baş verənləri biabırçılıq adlandırmışdı.(Yenisabah.az)



Xəbərin oxunma sayı : 1873




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap