|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
DTX XİN-də niyə əməliyyat keçirdi? – TƏHLİL
Tarix 09.07.20, 12:42 |
|
Dövlət Təhlükəsizlik Xidməti (DTX) növbəti əməliyyatını bir neçə gün öncə Xarici İşlər Nazirliyində (XİN) keçirib.
Əməliyyatla bağlı yayılmış rəsmi məlumatda qeyd olunub ki, XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı DTX-ya məlumat daxil olub və bunun əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Məlumatda bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib və bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cəmiyyəti və ekspertləri düşündürən isə budur: indiyə qədər yerli icra orqanlarında, bəzi nazirlik, komitə və xidmətlərdə uğurlu əməliyyatlar keçirmiş DTX-nin növbəti ünvanı niyə XİN oldu? Azərbaycan xarici siyasətinin müəyyənləşmiş prioritetlərini həyata keçirməyə məsul olan bu dövlət orqanında vəziyyət hansı həddə çatıb ki, prosesə DTX-nın müdaxilə etməsinə qərar verildi?
Əlbəttə, dövlət üçün mühüm və strateji olan bu strukturda belə əməliyyatın keçirilməsi ciddi siyasi iradənin nəticəsidir. Prezident Əliyev bir daha islahat kursuna sadiq olduğunu, strateji əhəmiyyətindən asılı olmayaraq, qanunların pozulduğu, korrupsiyanın olduğu, adekvatlığı olmayan istənilən strukturda islahat aparılacağının və tədbir görüləcəyinin mesajını verir.
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov da mediaya son hadisələrlə bağlı verdiyi açıqlamalarında buna toxunub: “Bu səviyyədə və bu şəkildə həyata keçirilən əməliyyat onu göstərir ki, ortada dövlətin rəhbərliyinin ciddi siyasi iradəsi var. Xatırladım ki, Xarici İşlər Nazirliyi birbaşa prezidentə tabe olan strukturlar siyahısındadır. Məncə, burada baş verənlərə aydınlıq gətirilməsi üçün ortada ciddi siyasi iradə olub”. (azpolitika.info)
Məsələ ondadır ki, artıq bir neçə ildir, XİN rəhbərliyi və diplomatik korpusun bəzi nümayəndələri keçmiş diplomatlar, millət vəkilləri, ekspertlər tərəfindən tənqid olunur.
Xüsusilə XİN-dəki kadr təyinatları, səfirliklərə kadr seçimi, konsulluq idarəsindəki viza problemləri, həmçinin, Dağlıq Qarabağ məsələsində XİN-in təşəbbüskar ola bilməməsi zamanla tanınmış şəxslər tərəfindən tənqid olunub.
Onu qeyd etmək yerinə düşər ki, Azərbaycan hazırda Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq aləmdə və diplomatiyada üstün mövqedədir. Elə ötən il keçirilmiş Valday forumunda və MDB dövlət başçılarının Aşqabad sammitində, Münhen Təhlükəsizlik Konfransının toplantısında, elə bu günlərdə Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin video konfransında işğalçı ölkənin başçısı diplomatik nakouta düşdü. Bu hadisələrin hər biri isə Ermənistan ictimaiyyəti və siyasi elitasında Paşinyana qarşı etiraz doğurdu. Bu tədbirlərin hər birində Dağlıq Qarabağ məsələsi, Ermənistanın işğalçı siyasəti bir daha dünya mediasının gündəminə gəldi, beynəlxalq müzakirəyə çıxarıldı. Amma bu diplomatik qələbələrin hamısının müəllifi Prezident İlham Əliyevdir.
Bu günə qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı cəsarətli açıqlamalar, diplomatik qələbələr yalnız Prezident Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə qazanılıb. Çox təəssüf ki, belə polemikalardan söhbət düşəndə Xarici İşlər nazirinin cəmi bir dəfə bir erməni jurnalistlə təyyarədəki debatını xatırlaya bilirik. Halbuki XİN yumşaq gücdən (soft power) istifadə edə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə rutin görüşlərdən və əksər səfirlərin ildə 2 dəfə xidmətdə olduqları ölkənin az tanınan media orqanında köhnə məqalələri yeni adı ilə dərc etdirməsindən daha qabağa gedə bilərdi.
Çox təəssüf ki, bəzi ölkələrdə səfirlərlə diaspor nümayəndələri və rəhbərləri arasında problemlərin olması, səfirin diaspor təşkilatının rəhbərini qəbul etməməsi (!) kimi faktlar həmişə mətbuatda yazılıb.
Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev də bu məsələni gündəmə gətirmişdi: “Həmişə demişəm ki, bizim xarici siyasət idarəsinin başında duranlar kifayət qədər çevik siyasətçi və kifayət qədər də ağıllı, işgüzar, eyni zamanda yaxşı təşkilatçı olmalıdır. Təkcə diplomatiyanı bilmək kifayət deyil. Xarici İşlər naziri yaxşı təşkilatçı olmalı, səfirləri işlətməlidir. Mən bilirəm ki, Elmar Məmmədyarov səfirlərin fəaliyyətinə nəzarət edə bilmir. Səfirlərin əksəriyyəti oranı özlərinin biznes strukturu kimi idarə edir. Düşünürəm ki, ümumiyyətlə, bizim xarici siyasət komandası xarici siyasətlə məşğul olmalıdır. Gücləndirilməsinə ən böyük ehtiyac olan sahələrdən biri oradır”.
Yeri gəlmişkən, XİN-də kadr məsələləri, xüsusilə rəhbərlik arasındakı çəkişmələr, məsələn, nazir müavinlərinin bir-biri ilə danışmaması sənədlərin imzalanmasında günlərlə yubanmaya səbəb olub, iş prosesini ləngidib. Ümumiyyətlə, rəhbərliyinin əksər hissəsinin bir-biri ilə danışmadığı nazirlikdə hansı iş keyfiyyətindən söhbət gedə bilər?
XİN-də işləmiş, hətta indi də işləyən şəxslərin bildirdiyinə görə, 2004-2010-cu illər arasında Xarici İşlər nazirinin müavini kimi çalışmış Vaqif Sadıxov (hazırda BMT-nin Cenevrə ofisində Azərbaycanın səfiri) kadrların seçimi və irəli çəkilməsi üçün uğurlu sistem işləyib hazırlayıb və tətbiq edib. Hazırda isə həmin sistem tamamilə dağıdılıb, kadrlar daha çox XİN rəhbərliyinə yaxın şəxslər və dostlar arasından seçilir. Elə səfirlər arasında da rəhbərliyin sevimliləri və digərləri var. Nazirin təqdimatından kənar təyin olunmuş səfirlər XİN üçün daha çox “yad övlad” olurlar, onlar bir müddət sonra “uzaq ölkə səfiri”nə çevrilirlər və unudulurlar. Bütün bunlar XİN haqqında zaman-zaman tənqidi mövqelərin ortaya çıxmasına səbəb olur.
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, ilk növbədə islahatlar aparılmalıdır: “Təcrübə göstərir ki, kadrlar maliyyə pozuntularına yol verirlər. Həm də siyasi səhvlər buraxılır. Öz işini lazımi səviyyədə görməyən, eləcə də dövlətimizin imicinə ləkə gətirən diplomatlar da var. Ciddi təmizlik aparılmalıdır. XİN nümunəvi qurum olmalıdır. Təmiz və Azərbaycanı xaricdə təmsil edən şəffafa çevrilməlidir ki, hamımız onunla fəxr edək. İndi hamımız başa düşürük ki, bu istiqamətdə işlər lazımi səviyyədə təşkil olunmayıb”.
Bu, əlbəttə ki, təəssüf doğurur. Yüz illik diplomatiya tarixi, dünən də, bu gün də peşəkar diplomatları olan bir struktur “otkat” söhbətləri, “10 faizini özümə götürdüm, qalanını da…” atmacaları ilə gündəm olmamalıydı. Həmişə tənqid etdiyimiz, xarici səfirliklərin vasitəçi şirkətlər cəlb edib, ya da ayrı-ayrı adamlara himayədarlıq etməklə viza və s. məsələlərdən kütləvi pul qazanmaları halları bizim XİN-də olmamalıydı.
Ümid edək ki, sabiq Xarici İşlər nazirinin dediyi kimi, “bu strukturu təmizləmək üçün keçirilən əməliyyatın nəticələri Azərbaycanın xeyrinə olacaq, xarici siyasətə və onun imicinə müsbət təsir edəcək…”
APA Analitics
Xəbərin oxunma sayı : 3826
Analiz
Xəbərlər
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
TOP 10
ARXİV