| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
General-polkovnik Məhərrəm Əliyev:“Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır“
Tarix 23.07.20, 18:21 |
|
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm ƏLİYEV “Teleqraf.com†saytına müahibə verib.
AzFakt.com həmin müsahibəni oxucularına təqdim edir:
– Məhərrəm müəllim, bildiyimiz kimi, işğalçı Ermənistana məxsus silahlı qüvvələr iyulun 12-dən başlayaraq bir neçə gün ərzində Tovuz rayonu istiqamətində təxribatçılıq əməllərinə yol verdi və Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, onu geriyə çəkilməyə məcbur etdi. Sizcə, bu kimi əməllərin arxasında düşmənin daha hansı maraqları dayanmışdı?
– İlk öncə, hadisələr zamanı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ailələrinə baş sağlığı verirəm və səbr diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar öz qəhrəmanlıqları və şücaətləri ilə bir daha sübut etdilər ki, Azərbaycan Ordusu istənilən an, istənilən təxribata layiqli cavabını vermək əzmində və gücündədir.
Sualınıza gəldikdə isə, demək istərdim ki, biz daha öncələr də, cəbhə xəttinin müxtəlif təmas zolaqlarında erməni işğalçılarının təxribatçı davranışlarının şahidi olmuşuq və onların törətdikləri əməllərə qarşı Silahlı Qüvvələrimizin necə ağır və layiqli cavab verdikləri, düşməni susdurduqlarını görmüşük. Lakin buna qədər daha bir faktoru diqqətə çatdırmaq istəyirəm ki, erməni işğalçılarının və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdı.
Bildiyimiz kimi, BTC, TANAP, BTQ kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşündülər, ancaq göründüyü kimi, dərindən və köklü şəkildə yanıldılar. Onların qarşısında güclü, qüdrətli, qələbə əzmli Azərbaycan Ordusu və bu Ordu ətrafında birləşən ümumxalq birliyi, sarsılmaz həmrəylik faktoru dayanmışdı. Düşmən nəinki geriyə çəkildi, eləcə də öz mövqelərini, silahlarını ataraq qaçmalı oldu. Bu gün Tovuz rayonu istiqamətindəki strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altındadır və erməni işğalçılarının istənilən hərəkətləri müşahidə olunur.
Erməni tərəfinin daha bir məqsədi ölkədaxili siyasi və iqtisadi böhranın diqqətdən yayındırılmasına doğru yönəlmişdi. O cümlədən Azərbaycanın diplomatik uğurları işğalçı ölkənin siyasi fıaskosunu sürətləndirirdi. Ona görə də, Tovuzda təxribat cəhdinə əl atmaqla həm daxilindəki narazılıqları, həm də beynəlxalq diqqəti Qarabağ mövzusundan yayındırmağa çalışdı. Nəticədə, Qarabağ mövzusu daha qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdı və düşmən ikitərəfli məğlubiyyət məngənəsində sıxışıb qaldı. Yəni, bu gün beynəlxalq siyasi aləm Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edirsə, bu, işğalçı Ermənistanın həm hərbi, həm də siyasi tənəzzülünün göstəricisi olaraq qiymətləndirilməlidir.
– Ermənistan eyni zamanda, bütün regional layihələrdən də kənarda qalıb…
– Sözsüz ki, belədir. Ermənistanın istər indiki, istərsə də əvvəlki siyasi rəhbərliklərinin yanlış, işğalçı, xəyanətkar və təcavüzkar siyasətlərinin nəticəsi olaraq bu ölkə bütün regional layihələrdən kənarda qalıb. Ermənistan xalqını aclıq və səfalətə məruz qoyan mövcud iqtidar indi nə edəcəyini bilmir, çıxış yolu da qalmayıb. Bayaq da dediyim kimi, Tovuz təxribatının əsas məqsədlərindən biri bu olsa da, düşmənin çirkin planı işə düşmədi.
Başqa tərəfdən, biz onu da bilirik ki, xarici ölkələr qarşısında da etimadını itirən Ermənistan daim öz yanlışlıqlarının qurbanı olub. Hətta digər ölkələrdə yaşayan ermənilər sonradan xəyanət və satqınçılıq yolları ilə əsl üzlərini açıb-göstəriblər. Burada qanunsuz erməni silahlı qrup və təşkilatlarının Türkiyədə, Fransada, Gürcüstanda, Azərbaycanda və s. ölkələrdə törətdikləri terrorları da xatırlada bilərik. Təcavüzkarlıq və ultraşovinizm faktoru ermənilərin xislətində formalaşıb və əlbəttə, bu xisləti bilən, anlayan, dərk edən istənilən tərəf onlara heç vaxt etimad göstərə bilməz. Bu artıq müasir zamanımızın aksiomuna çevrilmiş danılmaz bir gerçəklidir. Bütün bunlardan sonra hansı normal ölkə və dövlət Ermənistanla hər hansı bir layihəyə, iş birliyinə imza atar? Əlbəttə ki, heç biri. Bu səbəbdən, yaşadığı ağır və çıxılmaz vəziyyətdən çıxması üçün Ermənistan dövləti və rəhbərliyi xəyanətkar, işğalçılıq siyasətindən əl çəkməli, mümkün olmayacaq iddialarını kənara qoymalıdır.
– Məhərrəm müəllim, son proseslərdə Azərbaycana göstərilən güclü beynəlxalq dəstək baxımından hansı fikirlərinizi bölüşərdiniz?
– Xüsusilə qeyd etmək istərdim ki, artıq Azərbaycanın haqq və ədalət səsi əsas beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu siyasi və dövlət xadimləri tərəfindən də eşidilir, dəstək alır. Bu xüsusda, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti və möhkəm iradəsinin dayandığını xüsusilə vurğulamaq istərdim. Əbəs deyil ki, cənab Prezident bütün görüşlərində daim bu məsələyə toxunur, xalqımızın, dövlətimizin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayacağını bəyan edir.
Dövlətimizin başçısı vurğulayıb və bu gün də vurğulamaqdadır ki, əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü təmin etmək, işğal altındakı torpaqları azad etmək, dövlət sərhədlərinin toxunulmazlığını qorumaq, mühafizə etmək üçün məhz onun tərəfində olan beynəlxalq norma və hüququndan tam istifadə etmək gücündə, qüdrətindədir. O cümlədən düşmənlər unutmamalıdırlar ki, Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel qələbəsində və 2018-ci ilin mayında Günnüt zəfərində düşmənə göstərdi və işğalçının layiqli cavabını ən sərt şəkildə verdi.
Məhz bu dəfə də Tovuz istiqamətində Ordumuz erməni təxribatının qarşısını sərt şəkildə aldı, bundan sonra da müvafiq, çevik tədbirlər nəticəsində düşmənə sarsıdıcı zərbələr vuracağını xatırlatdı.
– Necə düşünürsünüz, bu kimi birmənalı dəstək ifadələri Azərbaycanın regionda və dünyadakı aparıcı rolu ilə əlaqəli ola bilərmi?
– Sözsüz, belədir. Azərbaycan beynəlxalq arenada bir çox sahələr üzrə aparıcı faktor, eyni zamanda təşəbbüskarlıq roluna malikdir. Lakin mən bu məsələni eyni zamanda hərbi-siyasi baxışdan izah etmək istərdim.
Diqqət yetirsək, görərik ki, güclü Orduya, mükəmməl hərbi-texniki təchizata, peşəkar, hazırlıqlı canlı qüvvəyə və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir.
Ona görə də, nəzərə alsaq ki, bu zamana qədər Azərbaycan danışıqlar masasında oturubsa, hərbi güc, hərbi qüdrət faktoru da diqqətə alınıb. Lakin Ermənistan rəhbərliyi, göründüyü kimi, dalana dayandıqda, dərhal təxribatçı əməllərə rəvac verir. Təcavüzkarlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu onlara necə ağır zərbələr endirəcək, ona görə, işğalçılar hələ də beynəlxalq aləmdən dəstək umurlar, amma hazırda – xüsusilə Tovuzda törətməyə cəhd göstərdikləri təxribatçı əməllərində növbəti dəfə yanıldıqlarının fərqinə varmağa başlayıblar. Çünki dəstək görmədilər. Baxın, hətta Ermənistanın üzv olduğu KTMT hərbi-siyasi alyans olaraq onlara heç bir dəstək göstərmədi. Eləcə də, ermənilərin tələblərinin əksinə olaraq, növbədənkənar iclas belə, baş tutmadı. Çünki orada təmsil olunan ölkələr Azərbaycanla Ermənistanı tərəzinin gözünə qoyduqları zaman hansının ağır, hansının isə ümumiyyətlə çəkisiz olduğunu dərk edirlər.
Azərbaycan bütün ölkələrlə sıx təmasda, dostluq və əməkdaşlıq formatında uğurlu siyasət aparır, Ermənistan isə marionet ölkə olaraq ancaq vassallıq təsiri altında qalmaqdadır və bu reallıq düşmənin çox yaxın zamanlarda hansı acınacaqlı vəziyyətə düşəcəyi ilə öz təsdiqini tapacaq. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar.
– Məhərrəm müəllim, hadisələr baş verər-verməz, qardaş Türkiyə dövləti dərhal və ardıcıl bəyanatlarla çıxış etdi, erməni işğalçılarını “ağıllı olmağa†çağırdı. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda Türkiyə reallığını necə qiymətləndirərdiniz?
– Mən daha əvvəllər də demişəm ki, Türkiyə-Azərbaycan birliyi şanlı bir tarix kimi hər iki ölkənin şərəf səhifələrində qızıl hərflərlə yazılıb. Ermənistanın Tovuz istiqamətindəki təxribatından sonra qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan, eləcə də müdafiə naziri sərt və dolğun bəyanat verdilər. Dediyiniz kimi, düşməni “ağıllı olmağa†dəvət etdilər. Bu, həm də Azərbaycan və Türkiyə dövlətlərinin regional güc mərkəzi olduqlarının isbatıdır. Xüsusilə hərbi-siyasi və hərbi-sənaye baxımından ölkələrimiz arasında çoxsaylı əməkdaşlıq amilləri dayanmaqdadır. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır.
Xatırlatmaq istərdim ki, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdiyi zaman bu səfər çərçivəsində Prezident İlham Əliyev cənabları ilə çox mühüm müzakirələr aparıldı, ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirəcək sənədlər imzalandı. Azərbaycan və Türkiyə dövlətlərinin həyata keçirdikləri birgə qlobal layihələrin hər biri istər regionda, istərsə də dünyada mühüm əhəmiyyət daşıyır. Məhz bu əhəmiyyətlərdən biri də hərbi-strateji əməkdaşlıq reallığıdır. Sirr deyil ki, buna qədər də ölkələrimiz arasında birgə hərbi strategiya bazası formalaşdırılıb və müxtəlif vaxtlarda hərbi xarakterli layihələr həyata keçirilib. O cümlədən iki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Eyni zamanda, biz daha bir reallıqdan çıxış edərək, belə qənaətə gəlirik ki, ümumiyyətlə, hər iki ölkənin müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, iki qardaş dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizliyi təmin etmək baxımından önəmlidir. Çünki Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər.
Ona görə də, Azərbaycanın ərazi bütövlüyünə olan istənilən təhdid həm də Türkiyəyə qarşı yanlış siyasət kimi qiymətləndirilir. Düşünürəm ki, qardaş Türkiyə dövlətinin bu dəfə daha sərt və hərbi ritorikaya yaxın bəyanatları qeyd etdiyim faktorlara əsaslanmaqdadır. Əlbəttə ki, Azərbaycan dövləti olaraq biz də öz qardaşlarımızın bu addımlarından şərəf və qürur hissi keçiririk.
Daha bir məqamı da qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida†tarixi bəyanatı, eləcə də, digər sahələrdə Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi və onu bütün mənalarda sarsıtdığı arqumentli cavabları Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik cəhətdən işğalçılar üzərindəki üstünlüyünü ən bariz şəkildə isbatlayıb. Bu baxımdan, cənab Ali Baş Komandanımız münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalı olduğunu inamla bəyan edir. Bax, bu inam amili də belə deməyə zəmin yaradır ki, Azərbaycan dövləti bilavasitə öz hərbi gücünə, hərbi potensialına güvənir. Yəni, bu barədə danışarkən, Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğu faktını da unutmamalıyıq.
– Hadisələr başlayar-başlamaz, Azərbaycan xalqının milli həmrəylik nümayiş etdirərək Orduya dəstəyi barədə nə deyə bilərdiniz?
– Bilirsinizmi, bu, çox önəmli bir hadisə oldu ki, xalqımız bir amaldan, bir mövqedən çıxış etdi. O cümlədən Azərbaycan gənci hərbi vətənpərvərlik ruhundan qidalanmaqla Ordu sıralarına yazılmaq üçün irəliyə atıldı. Bu, çox fərəhli bir haldır və əlbəttə ki, biz bundan çox sevinirik, sonsuz həddə qürur duyuruq.
Həmçinin, minlərlə vətəndaşlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə axın etdilər. Bu onu göstərdi ki, nə daxili, nə də xarici düşmənlərimiz heç vaxt belə bir hədsiz Vətən sevgisini, vətənpərvərlik ruhunu sarsıtmaq gücündə olmayıb, bundan sonra da olmayacaq.
Azərbaycan xalqı birmənalı olaraq cənab Ali Baş Komandanın ətrafında sıx birləşib və onun əmrlərini icra etməyə hazırdır. Bu reallıq, bu gerçəklik bizi növbəti qələbələrə, növbəti zəfərlərə doğru aparmaqdadır. Ancaq biz düşmən tərəfindən nələri müşahidə etdik? Bu ölkənin hərbi-siyasi dairələri təxribat zamanı öldürülmüş əsgər və zabitlərinin sayını gizlətməyə çalışdılar və haqlı olaraq xalqın sərt etirazları ilə qarşılaşdılar. İnsanlar övladlarının işğalçılıq siyasətinin qurbanlarına çevrilməməsini erməni hakimiyyətindən tələb edirlər. Bu, onların məğlubiyyət əsaslarını təşkil edən daha bir sübutdur.
Yəni, düşmən bilməlidir ki, onun istənilən təxribatı ağır məğlubiyyəti və rüsvayçı iflası ilə nəticəsini tapacaq. Azərbaycan xalqı və dövləti, Azərbaycan Ordusu buna qadirdir.
Xəbərin oxunma sayı : 451
Müsahibə
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Arda Güler sayəsində pulsuz transfer: Türkiyə nəhəngi kimi gətirir?
-
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır - Xəbərdarlıq
-
Melaniya Trampla görüşdə Rusiyanı kimlər təmsil edəcək? - Açıqlama
-
Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı
-
Azərbaycanlı həkim Qırğızıstanda nazir müşaviri təyin edildi - FOTO
-
Evli qadını şantaj edib pulunu aldı: Direktor müavininin gizli EŞQ DRAMI
-
Bakının 7 rayonu milyonlarla manat borca düşdü - SİYAHI
-
Şagirdlərin “mygov”da fərdi hesablarının yaradılması: səbəb nədir?
-
Prezidentin sosial media hesablarında sərgi ilə bağlı - Paylaşım
-
Qonşu ölkələr qiymət artımına qarşı necə “mübarizə” aparır? - Siyahı
-
Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı - TƏFƏRRÜAT
-
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - FOTO
-
Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq
-
“Boşanmağımızın səbəbi Fəridin xəyanəti oldu“ - Nagehan
-
“Putin, Tramp, Si görüşünün gündəliyi razılaşdırılır” - Peskov
-
Sığorta şirkətləri qiymətli kağızlara nə qədər pul yatırıb? - RENKİNQ
-
Xameneyidən Vaşinqtona sərt xəbərdarlıq: “Cavabımız dəhşətli olacaq...“
-
Türkiyədə 34 rus rəqqasə saxlanılıb - deportasiya ediləcəklər
-
Mehinin anasından geyim qadağası - “İş yoldaşlarım sənə baxır”
-
Bakıda 30 milyon manata obyekt satışa çıxarıldı: Gəliri ŞOK ETDİ! - FOTOLAR
-
Son 15 ildə AÇG yatağında neft hasilatı 101 milyon barel azalıb - Siyahı
-
“Evdə oturmuşduq, birdən anam qışqırdı...” - Ləman həmin gündən danışdı...
-
Fəvvarələr İdarəsi öz rəisi ilə 20 minlik müqavilə bağladı - Qəhrəman Məmmədov özü-özünə sifariş verdi
-
Gələn il şəhər və rayonların gəlirləri nə qədər artacaq? - Tam siyahı
-
Azərbaycanlılar qonşularından 10 gün az işləyir - SƏBƏB
-
“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İrana qarşı nüvə silahından istifadəyə ehtiyac yoxdur” - Tramp
-
“Esthederm“ klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
-
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - FOTOLAR
-
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
-
“Son illər proqnozla real nəticələr arasında fərq özünü göstərir” - Millət vəkili
-
Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü - Video
-
Əfqanıstan vətəndaşları saxlanıldı - SƏBƏB
-
Bakıda hava kəskin dəyişəcək – Xəbərdarlıq
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Torpaq və ev alqı-satqısı adı ilə 254 min manatlıq dələduzluq - İş prokurorluğa qaytarıldı
-
Şirkətlərin iri obyektləri qeydiyyata alınmır, vergi ödənmir - İRAD
-
Paşinyan İrəvanın AB üzvlüyü hədəflərindən danışdı - “Prosesə başlamışıq...“
-
Bakıda maklerdən külli miqdarda dələduzluq - TƏFƏRRÜAT
-
“Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük“ - Nazir
-
Aİ Ukraynanın üzvlük prosesini ləngidə bilər: Cəmi 7 istiqamət müəyyənləşdirilib
-
Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?
-
Bu qurumlar ilk dəfə dövlətə divident ödəyəcək - “Azercell”, AZAL...
-
Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Ədliyyə Nazirliyindən xəbərdarlıq - Saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını RƏDD ETDİ
-
Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
-
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
-
Nigar Seyidzadə Səfərbərlik Xidmətinə gül satır - 46 min manatlıq
-
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb - CƏDVƏL
-
Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi: Üç müavin gedir, biri qalır…
-
Paytaxtda gecə klubu insanları təngə gətirdi - VİDEO
-
Texasda Demokratlar qalib gəldi - 32 il sonra
-
Qalmaqallı “Şəki Yaylası” qapadıldı - VİDEO
-
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
-
Xətai rayonunda yaşıllıq məhv edilir? - VİDEO
-
Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə!
-
Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb - Paşinyan
-
Maşın almaq istəyənlərin pulunu mənimsədi - Avtosalon əməkdaşına ağır cəza
-
Amnistiya ilə azadlığa çıxmışdı - ətçəkən oğurlayıb yenidən həbsə düşdü
-
“Qızılqaya” restoranı ətrafında qalmaqal böyüyür - VİDEO
-
Həm avtomobillərindən, həm də pullarından oldular - VİDEO
-
ABŞ İsrailə yardımı dayandırır - Trampdan şok qərar
-
Bu şəxslərə hava limanlarının VİP salonlarından istifadə hüququ verildi - Siyahı
-
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
-
Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz - Paşinyan
-
Bu marşrutların hərəkət istiqaməti dəyişir - Xəbərdarlıq
-
Tiktokda qadına gül atan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
-
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs“ elan etdi - SİYAHI
-
Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı - Açıqlandı
-
Hansı ölkədən gələn turistlər Azərbaycanda daha çox pul xərcləyir? - Siyahı
-
AAYDA-nın bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
-
Bəxtiyar Dalinin ittiham olunduğu madələr - o, 3 aya yaxındır ki, həbsdədir...
-
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
-
Məkkə yaxınlığında dron vurulub - Husilər hücum cəhdini təkzib edir
-
Biznesə verilən güzəştli kreditlərlə bağlı sərəncam - Yuxarı həddi müəyyənləşdi
-
Nazirlik 17 nəşriyyatdan 398 min manatlıq kitab alacaq - Son 2 ildə 2 dəfə azalıb
-
Murad Fetiyev Azərbaycana gətirildi - DTX-dən növbəti əməliyyat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Atamın verdiyi qovluqdakı vərəqi görüb güclü stress keçirdim” - Ramiz Mehdiyevin qızı
-
Prezident bu agentliyə sədr təyin etdi:Əsasnamə və struktur təsdiqləndi
-
Nazirlik Əkrəm Həmzəyevdən süni ot örtüyü alır - 278 min manatlıq
-
Restoranı bəyənməyən qadını “Cənnət Baku“da döydü - Məhkəmə qərarı
-
“Azenco” işi üzrə Etibar Pirverdiyevin adı hallandı - 15 minlik gül, 55 minlik məsləhətçi maaşı
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Əcnəbi turistlər Azərbaycanda ən çox taksilərdən narazı qalıblar - Siyahı
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Kozinoğlunun ölümü ilə bağlı detallar ortaya çıxdı - Bədənində ölümcül maddə aşkarlandı
-
Novxanıdakı “milyonluq saray“ın sahibi həbs edildi - Zorlanmada ittiham olunur
-
ABŞ xüsusi nümayəndəsi elan etdi - Rusiya və Ukrayna Abu Dabidə masaya oturacaq
-
Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla“ bağçası ətrafında qalmaqal
-
Dünya ölkələri nəyə hazırlaşır? - 33 ölkə vətəndaşlarına xəbərdarlıq etdi
-
Noyabrın 4-də bu ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
-
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
-
Rayonlar dotasiya almadan necə maliyyələşəcək? - VİDEO
-
Milli Məclis bəyanat qəbul etdi - Zəfər Günü münasibətilə
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi - 7 il müddətinə
-
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu - RƏSMİ
-
“Mobile Payment Solutions” MMC qayda pozdu - Mərkəzi bank tədbir gördü
-
İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
-
ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək - “Bloomberg“
-
Milli Məclisin iclası başladı: Azərbaycanın yeni Ombudsmanı seçilir
-
Yaşıllığı məhv edilən şəhər - Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək?
-
Bu ərazidə yolu keçmək piyadalar üçün təhlükəlidir - VİDEO
-
Adambaşına neft istehlakına görə ilk 20 ölkə açıqlanıb - Siyahı
-
Nəsimi rayonunda bir gecədə 10 ağac məhv edildi - VİDEO
-
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
-
“Amay” Ticarət Mərkəzinin damında təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
-
ABŞ İranın Qeşm adasına zərbə endirib - “The Wall Street Journal”
-
Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var?
-
Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək - VİDEO
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
TOP 10
ARXİV






