![]() |
|














“Mən yeddi şərtin qarşısında bir şərt qoyuram...” – “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
Tarix 30.07.20, 23:06 |
|
697.jpg)
“Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil”.
Bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın: “Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır”.
Azərbaycan Prezidenti bildirib ki, “Dağlıq Qarabağ respublikası” yoxdur: “Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.
Prezident İlham Əliyev qeyd edib ki, onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar: “Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.
Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.
Xəbərin oxunma sayı : 6583
loading...
Gündəm
Xəbərlər
-
Türk futbolçu Fransada “ən yaxşı“ seçildi
-
Bakıda “Lotu Quli”nin adamlarının şok əməlləri - YENİ TƏFƏRRÜAT
-
Ruslan Əliyevin yaratdığı “soyuq hava” – “Azəriqaz” qışa niyə hazır deyil?
-
STP-da yeni Baş icraçı direktor təyin olundu - FOTO
-
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək – Nazir
-
“8 Noyabr” stansiyasına rəis müavini təyin edildi – Heyət komplektləşdirildi
-
Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır – Qanuna dəyişiklik edilir
-
“Çox yaxın zamanda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq” – Mədəniyyət naziri
-
MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır?
-
Sabah Bakıda geniş iməcilik keçiriləcək – BŞİH
-
Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - Rəsmi açıqlama
-
“Ermənilərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları cinayətdir” - Nazir
-
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
-
Füzulinin Qarğabazar kəndindən görüntülər – VİDEO
-
“Azadlıq“ radiosu Rusiyada yayımını dayandıra bilər -Cinayət ittihamı və cərimə hədələri...
-
Cəbrayılda mülki şəxs minaya düşüb – Baş Prokurorluq
-
“Yanvarda 6 milyon 200 min onlayn dərs keçirilib” – Nazir
-
Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq - QƏRAR
-
Qanunda plyonka ilə bağlı dəyişiklik edilir - Bu halda qadağan ediləcək
-
Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
-
Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya
-
İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO
-
Şuşada yeni yarımstansiya tikilir – VİDEO
-
Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib - VİDEO
-
Kəmaləddin Heydərov “TIR”larla ölkədən fantastik məbləğdə pul çıxarıb – 28 milyard
-
Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib - SİYAHI
-
Siyavuş Novruzov Qüdrət Həsənquliyevi “beşinci kolon“un üzvü adlandırdı
-
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
-
“Bayden hələlik Trampla söhbət etməyi planlaşdırmır” –Ağ Ev
-
Müəllimlərin işə qəbulunun növbəti mərhələsinin vaxtı açıqlanıb –Təhsil Nazirliyi
-
Bakıda 11 maşın toqquşdu: Çox sayda xəsarət alan var (FOTO/VİDEO)
-
Planetin ən gözəl qızı: “Xarici görünüşümə görə həmişə sataşıblar” - FOTO
-
Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO
-
TƏBİB-dən peyvənd olunanlar barədə açıqlama: “Halı pisləşən olmayıb“
-
Azərbaycan-Türkmənistan danışıqları məxfi aparılıb - Üçüncü qüvvə razılaşmaya mane ola bilərdi...
-
“Siyavuş Novruzov Sədərək döyüşlərində iştirak eləməyib“ - ETİRAZ
-
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
-
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
-
“Yeri ərzaq məhsulları 5.2 faiz bahalaşıb“ - “Səbəb istehsal xərclərinin artmasıdır...
-
Kişi keçmiş arvadını küçədə 17 bıçaq zərbəsi ilə öldürüb - TƏFƏRRÜAT
-
“Azadlıqda yaşamağımın səbəbkarı Afətdir“ - Manaf Ağayev
-
“Real“ Zidanın yerinə onu gətirir - İDDİA
-
Ermənilər ekspertizaya 3450 cəsəd təqdim edib - Nazir
-
Mingəçevirdə etiraz aksiyası – Yüzlərlə insan toplaşdı + VİDEO
-
Deputat “Vergilər“ qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT
-
ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir - Bu səbəbdən
-
Nazirliyin sabiq şöbə müdirinin Avropadakı əmlakı - SƏNƏD
-
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
-
Azərbaycanda daha 218 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib – 770 nəfər isə sağalıb
-
Nazir Vilayət Eyvazov və nazir müavinləri şəhid hərbçi ilə vida mərasimində – FOTO
-
“Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar“ - Azərbaycan Prezidenti
-
Dollar neçəyə olacaq? –Mərkəzi Bank rəsmi məzənnəni açıqladı
-
“Bu layihə geniş ixracat imkanları açır“ - Dövlət başçısı
-
Orta məktəblərdə bu şagirdlərə “0” qiyməti yazılacaq – Açıqlama
-
Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO
-
Məktəblər bu tarixdən açılır: Hazırlıqlar başladı (VİDEO)
-
Bakı Şəhər İcra Hakimiyyəti “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT
-
Qarabağ qazisinin dili açıldı - VİDEO
-
Pərvindən qalmaqala sərt reaksiya: “Hansısa porno ulduzun videosunu montaj ediblər...“ - VİDEO
-
Özünü polis əməkdaşı kimi təqdim edənlər artıb – DİN məlumat yaydı
-
Avropa Parlamenti “Şimal axını-2“ layihəsini dayandırmağa çağırır - Almaniya əleyhinədir...
-
Qalmaqallı diplomatın yüksəlişi: Qüdsi Osmanov kimə xidmət edir?
-
“Ali təhsil haqqında” qanunun tələblərini pozanlar cəzalandırılacaq
-
Vilayət Eyvazov Gəncə DYP-nin rəisini işdən çıxardı - FOTO
-
Kamala Harrisin həyat yoldaşı tarixə imza atır - VİDEO
-
Azərbaycanda tələbələrin sayı- Açıqlanıb
-
Vaqif Həsənovun Qaradağdan Ağdama uzanan rəngarəng məmur yolu
-
Türkiyənin ən böyük bankı Şuşada filial açır –Açıqlama
-
Paşinyanın arvadının Moskva macəraları – 1900 dollarlıq araq və…
-
Kamran Əliyev Şəfayət İmranovu vəzifədən qovacaq - Biznesmen imiş
-
Liviyada həbsdə olan azərbaycanlılar sərbəst buraxılıb – XİN-dən açıqlama
-
“Bu il SOCAR-ın paylarının satışı planlaşdırılmır“ - Nazir
-
Ali təhsil müəssisələrinin işçilərinin attestasiyası keçiriləcək – Yeni qanun hazırlanır
-
Şəhid ailələri, qazi və digər şəxslərə - Kredit güzəştləri başlandı (SİYAHI)
-
Cahangir Əsgərovun qızı İngiltərədə daha bir şirkəti açdı – FOTOFAKT, VIDEO
-
Bayden onlara yeni vəzifələr verdi – SİYAHI
-
Nabrana 21 sm qar yağıb- Xınalıqda mənfi 15 dərəcə temperatur qeydə alınıb
-
Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı məlum olub – SİYAHI
-
Azərbaycanda mobil və sabit internetin sürəti dekabrda azalıb - Statistika
-
Baydendən Trampın məktubuna reaksiya:“O, çox alicənab məktub yazıb“
-
Ceyhun Bayramov Türkmənistana gedib - Rəsmi səfər
-
Bayden yeni fərman imzaladı - Tibbi maska və Meksika ilə sərhəddəki divarla bağlı
-
Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir?
-
Baydenin andiçməsindən maraqlı anlar - Klintonun yatması, Senatorun əlcəkləri + VİDEO
-
Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? - Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri cavab verdi
-
İndiyədək ABŞ -a rəhbərlik edənlərin SİYAHISI
-
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda I yerdədir- HESABAT
-
Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı - VİDEO
-
Ziyalılar Prezidentə müraciət etdilər - Eldar Həsənovun zaminə buraxılması ilə bağlı
-
ABŞ-ın yeni Prezidenti və ilk qadın Vitse-prezidenti and içdi - VİDEO
-
Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO
-
“Bu il Azərbaycanı iqtisadi artım gözləyir” - Mikayıl Cabbarov
-
İdarəçilikdə yeni qurum – Xüsusi nümayəndələr işğaldan azad edilən bölgələri necə idarə edəcək?
-
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib –Açıqlama
-
Kəlbəcərin Nadirxanlı kəndi – VİDEO
-
Baydenin Azərbaycanla bağlı siyasəti necə olacaq? - Politoloq önəmli məqamları açıqladı
-
Putinin milyardlıq sarayı... - Navalnı Rusiya prezidentilə bağlı yeni faktlar açdı + FOTOLAR
-
Əfv Komissiyasının üzvü:“Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir“
-
Azərbaycan ordusunun şəhid olan 2 əsgəri Gəncədə dəfn edilib - FOTOLAR
-
Daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib – 897 nəfər isə sağalıb
-
20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO
-
“Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir“ - Ermənistanda həyəcan (VİDEO)
-
“Terrorçuları tamamilə zərərsizləşdirmək qərarımız qətidir” - Hulusi Akar
-
Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlandı - FOTO
-
Ruhanı Baydeni nüvə sazişinə qayıtmağa çağırdı - “Tiran erası baş çatdı...“
-
DİN əməliyyat keçirdi - Silahlı şəxslər tutuldu
-
Məktəblər ənənəvi formada açıla bilər - Təhsil eksperti
-
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib- Gəmilər, avtomobillər və qatarlar səs siqnalı verib
-
Çavuşoğlu 20 Yanvar şəhidlərini andı: “Qərənfillər xarıbülbüllə birgə çiçəkləyir”
-
Ömər aşırımında şiddətli döyüşlərdə ŞƏHİD olan baş leytenant - “Son nəfəsində döyüşçü dostuna deyir... “
-
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
-
Tramp 73 nəfəri əfv edib - Ağ ev
-
II Qarabağ müharibəsində itkin düşən 13 əsgər... - FOTOLAR
-
“Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq“ - Hikmət Hacıyev
-
Tovuz rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib - ƏMR
-
Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq - Rəsmi
-
XİN 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
-
Trampdan vida mesajı:“Amerikanın çiçəklənməsi üçün dua edirik”
-
Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlanıb – Səbəb
TOP 10
ARXİV