Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat Vüqar Bayramov:“Büdcəyə dəyişikliklərin edilməsi gözlənilən idi”

Tarix 04.08.20, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


“Büdcəyə dəyişikliklərin edilməsi gözlənilən idi. Təqdim olunan sənədlər pandemiyanın təsirlərini minimuma endirmək və iqtisadi balansı qoruyub saxlamaq məqsədi daşıyır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə üzvü Vüqar Bayramov deyib.

O büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılmasına münasibət bildirib: “Hesablama Palatasının rəyində bu müsbət qarşılanıb. Bu baxımdan neftin büdcədəki payının artırılması neft fondundan transfer hesabına baş verəcək. Bu, əslində valyuta tələbinin ödənilməsinə müsbət təsir göstərsə də, postpandemiya dövründə bunun mənfi təsirlərini görəcəyik. Çünki 2021-ci ildə iqtisadi artım proqnozlaşdırılır. Digər tərəfdən idxalda azalmalar var. Amma bütün bunlar fonunda Dövlət Gömrük Komitəsinin proqnozlarında 1,1% azalma təklif edilib. Bu müzakirə olunmalı məsələdir. Burada şəffaflığın artırılması məsələsi də var. Əslində tövsiyə edərdim ki, büdcə qaydalarında da istisnaların tətbiq edilməsi vacib olardı”.

Deputat qeyd edib ki, Hesablama Palatasının rəyi daha çox faktların daha geniş şəkildə təqdim olunmasıdır: “Ən azından burada statistik analizlərin aparılması məqsədəuyğun olardı. Palatanın rəyi təqdim olunmuş rəqəmlərin genişləndirilməsi olmamalıdır. Hesablama Palatası təklif edilən ssenarilərə əlavə və alternativ ssenariləri və tövsiyələri öz rəyinə daxil etsə, yaxşı olar”.

APA



Xəbərin oxunma sayı : 4309




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap