Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pirşağıda villa sahibləri dənizi yenidən hasara aldı - FOTO

Tarix 05.08.20, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


"Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim".

AzFakt.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu "Facebook" hesabında yazıb.

O bildirib ki, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:

"Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar. Bu adamlar dövlətə və millətə meydan oxuyaraq "biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm. Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin villanın sahibi kimdirsə nümayişkənarə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır. Buna baxmayaraq, "dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldurlar. Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım.

Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü.

Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm. Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq. Çünki, bunu hər dəfə edirlər. Hasarlar sökülür, onlar yenidən tikirlər. Gələn il Pirşağıya qayıtdıqda dənizə uzanan həmin dəmir dirəkləri yenidən müşahidə etsəm, onların dövlətimizdən və qanunlarımızdan daha güclü olduğu qənaətinə gələcəm".
 







Xəbərin oxunma sayı : 2710




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap