Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

FTB ukraynalı milyarderləri “vurdu“ - Ofislərində axtarış aparılıb...

Tarix 05.08.20, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ukrayna maqnatları İqor Kolomoyski Gennadi Boqanolovun Klivlend və Mayamidəki ofislərinə reyd keçirib.

Bu xəbəri avqustun 4-də"Azadlıq" radiosuna FTB-nin xüsusi agenti Vicki Anderson-Qreq təsdiq edib. Xanım Anderson-Qreq deyib ki, hazırda davam edən təhqiqat barədə təfərrüatlı məlumat verə bilməz.

Kolomoyski və Boqanolov Mayamidən idarə olunan bir neçə şirkətlərə sahibdirlər. Bu şirkətlərə daşınmaz əmlak və polad biznesləri daxildir.

2019-cu ilin aprelində və 2020-ci ilin mayında yayılmış media xəbərlərində deyilirdi ki, FTB Kolomoyskini çirkli pulların yuyulmasında şübhəli qismində araşdırır.

Bu da xəbər verilirdi ki, 2019-cu ilin mayında Ukraynanın PrivatBank bankının vəsatəti ilə Delaver məhkəməsində Kolomoyskiy və Boholyubovla bağlı cinayət araşdırmasına başlanıb.

Bank sözü gedən iki biznesmeni 780 milyon dolları ABŞ-ın maliyyə təsisatlarından alınan kreditlər vasitəsilə yumaqda ittiham edir.

Ukrayna milyarderləri bu pulla Birləşmiş Ştatlarda daşınmaz əmlak, xəlitə və poladəritmə zavodları əldə ediblər. Bunların arasında Klivlenddəki ofis binaları da var.

Kolomoyskiy və Boholyubovun ABŞ-dakı partnyorları - Mordeçay Korf və Uryel Laber hələkibu barədə sorğulara cavab verməyiblər. (azadliq.org)



Xəbərin oxunma sayı : 2965




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap