|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - FAKTLAR
Tarix 10.09.20, 9:34 |
|
Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib. Ramiz Mehdiyev və ona yaxınlığı ilə seçilən sabiq deputat Elmira Axundova, Əli Həsənovun qudası Səttar Mehbalıyev və başqaları komissiya üzvlüyündən çıxarılıblar.
Hazırda Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) fəaliyyəti yoxlanır. Həddindən artıq özündən razı olan, bəzi iddialara görə orda-burda anormal ifadə tonu sərgiləyən Səttar Mehbalıyevin perspektivdə həbsi ehtimalı da var. Sovet dövründən bu yana həmkarlar ittifaqlarında "at oynadan” Səttar Mehbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Mehbalıyevin "ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil. Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir "ailə konfederasiyası”.
İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan AHİK-ə hər il 50 milyon manata yaxın üzvlük haqqı toplanır. Bu vəsaitin necə xərclənməsi Səttar Mehbalıyevdən başqa kimsəyə məlum deyil. Bilinən odur ki, AHİK sədri böyük biznesə sahibdir. İntəhası, bu böyük biznesi açığa çıxara bilmir. Böyük biznesin böyük də ilkin kapitalı olmalıdır və bu böyük paraların mənbəyi də açıq göstərilməlidir. AHİK sədri isə bu məsələdə susmağa üstünlük verir.
Səttar Mehbalıyevin xanımı Türkiyədə "Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3. Nizamnaməyə görə şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var. Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O, 27 ildir ki, konfederasiyanın "toxunulmaz” sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun "Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.
Səttar Mehbalıyev "putyovka” biznesini əsasən iki deputatın istirahət mərkəzi üzərində fokuslaşdırıb. AHİK tərəfindən göndəriş vərəqələri daha çox Lənkərandakı "Palıdlı sahil” və Lerikdəki "Relax” istirahət guşələrinə yönəldilir. Bu obyektlər isə heç də müstəqil sahibkarlar tərəfindən idarə olunmur. Sirr deyil ki, "Palıdlı sahil” eks-deputat Hadı Rəcəbli, "Relax” isə hazırda deputat olan İqbal Məmmədova aiddir. Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, S.Mehbalıyev parlamentdəki həmkarlarının obyektlərinə üstünlük verib. Məsələn, Quba, Şəki, Oğuz, İsmayıllı, Qəbələ və s. zonalarda istirahət mərkəzləri var. Onlar normal fəaliyyət göstərsələr də, AHİK-in diqqətindən və monopoliyasından kənarda saxlanıblar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri adlara layiq görülən həmkarlar ittifaqı fəallarının təltif edilməsi mərasimi keçirilib » AHİK
AHİK-in nəzdində "Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına putyovkaları almaq üçün Səttar Mehbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb! Sadəcə, Mehbalıyevin yazılmayan qaydalarıdır və onlara riayət etməyənlər çətin ki, AHİK xətti ilə müalicə-istirahət zonalarına gedib çıxa bilərlər. AHİK-in "Abşeron”, "Günəşli”, "Bilgəh”, "Naftalan”, "Qaranquş” kimi sanatoriyalarına putyovka almaq istəyənlər mütləq Mehbalıyevin topdağıtmaz sərvəti üzərinə özünün "töhfəsi”ni verməlidir.
"Abşeron”, "Qaranquş”, "Naftalan” sanatoriyalarına bir qayda olaraq imkanlılar valideynlərini, ailə üzvlərini və dost-tanışlarını yollayırlar. Bu isə "Həmkarlar İttifaqları haqqında” Qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Üstəlik, Səttar Mehbalıyevin əlində cəmləşən milyonların "silinməsi” də müalicə-istirahət zonaları üzərindən gerçəkləşir. Hamıya bəllidir ki, AHİK nəzdində fəaliyyət göstərən "Kurort” QSC birbaşa Səttar Mehbalıyevin nəzarəti altındadır. QSC-nin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem qurub.
Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.
Bizi bitirən mərəz: Kütləvi korrupsiya və yeyintilər... » "Dünya" informasiya agentliyi
Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi...
Korrupsiya barədə məlumat verdiyi üçün təzyiqlərlə üzləşir"
Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir. Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya putyovkaları həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır. Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən "Kurort” QSC birbaşa AHİK-in rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə, putyovka adı ilə silinən pullardan əlavə bu obyektlər də külli miqdarda gəlir gətirir. AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında” Qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurumların heç bir real səlahiyyətləri yoxdur, müəssisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətləri ilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq. Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür. Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hazırda özündə 18 min 610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. İl ərzində üzvlük haqqı kimi toplanan məbləğ isə 50 milyon manatı aşır. Üstəlik, putyovka alverindən əldə olunan gəlirlər də var ki, bu da Səttar Mehbalıyevin "xırda” xərclərinə sərf olunur. İllərlə qudasının kölgəsində işlərini ayaqda tutan AHİK sədri indi çox çətin durumdadır. Ən ötəri yoxlama Mehbalıyevə məhbəsin qapılarını taybatay açır...
Mənbə: "Yeni Müsavat”
Xəbərin oxunma sayı : 2026
Gündəm
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV